Ən faydalı yay meyvələri
Yay meyvələri həm müxtəlif növləri, həm də vitamin mineral cəhətdən zənginlikləri ilə hər yeməkdə süfrələri bəzəyir. Arıqlamaq və xəstəliklərdən qorunmaq üçün ən sağlam variantlardan olan bu meyvələrin uyğun miqdarda və düzgün qaydada yeyilməsi isə böyük şərtdir

Ən faydalı yay meyvələri
Meyvələr korbonhidrat, vitamin və minerallar ilə orqanizm üçün vacib qidadır. Yay ayları meyvələr cəhətdən çox müxtəlifdir. İstər əsas yeməklərdə, istərsə də ara yeməklərdə yeyilən yay meyvələri bir çox xəstəliklər üçün də qoruyucu rol oynayır. Bu meyvələr qocalmaqdan xərçəngə, həzm sistemindən ürək xəstəliklərinə kimi bir çox xəstəliklərə şəfa verir. Eyni zamanda az kalorili olmaları ilə də pəhrizlərdə də istifadə olunur.
Gavalı həm tox tutur, həm də cavanlaşdırır
Gavalı tərkibindəki anti-aging təsiri sayəsində yaşlanmağının qarşısını alır.Gavalının orqanizmanın yenidən bərpası cəhətdən də çox yaxşı təsiri var. Xüsuilə də pəhrizi idman ilə dəstəkləyənlərə gavalının təsiri çoxdur. Gavalı lif cəhətdən də çox zəngin olduğu üçün və qanda şəkəri nizamladığı üçün pəhrizdə mütləq istifadə olunmalıdır. İçində bağırsaqları işlətməyə yarayan maddələr olan gavalı qəbizlik problemlərində tövsiyyə olunur. Gavalı həmçinin sinə, bağırsaq, mədə xərçəngindən də qoruma özəlliyinə sahibdir. Lif tərkibi yüksək olan gavalı tox tutucu olduğu üçün pəhrizdə olanlar da yeməlidir.

Gavalının faydaları
Ərik gözlərin dərmanıdır
Qəbizlik balacadan böyüyə demək olar ki hamının günlük yaşayışına təsir edən vacib sağlamlıq problemidir. Qəbizliyin ən təbii müalicəsi ərik yeməkdir. Əriyin içində olan pektin, lif, bağırsaqların çox yaxşı işləməsinə təsir edir. Görmə problemi yaşamaq istəməyən varsa bu problemlə rastlaşmamaq üçün A, C E vitaminləri ilə zəngin olan qidaları seçməlidir. Sarı və narıngi meyvələrdə beta karoten olur. Uşaqlarda və iləri yaşlarda qarşılaşılan görmə zəifliyinin qarşısını almaq üçün ən təbii yol düzənli olaraq ərik yeməkdir. Ərik yeməklə gecə korluğu, katarakt və göz yorğunluğunun qarşısı alına bilər. Ərik kalium və beta karoten tərkibi ilə ürəyin dostudur.

ərik meyvəsi
Piy yandırmağı tezləşdirən qarpız
Qarpız çəki itirmək proqramlarında köməkçi olmaqla yanaşı yağ yandırmağı da tezləşdirir. Ayrıca orqanizmdəki toksinlərin atılmasında və ürək damar sağlığında qoruyucudur. Bir dilim qarpız gündəlik C vitaminin 16%-ni qarşılayır. Qarpızın tərkibində əzələ, sümük, ürək və damar sağlamlığı üçün çox dəyərli olan lipoken adlı maddə vardır. Qırmızı meyvələrə rəng verən, pomidoru və qarpızı bu qədər dəyərli edən lipoken başda prostat olmaqla bütün xərçəng növlərinə tutulma riskini azaldır. Bundan başqa əzələ itkisi, sümük əriməsi kimi ciddi xəstəliklərin də qarşısını alır. Ayrıca qarpız şirniyyat krizlərinin də azaldır.

qarpızın faydaları
Hamilə qalmağı asanlaşdıran qovun(yemiş)
Tərkibində A, B, C vitamınləri ilə sodium, kalium, magnezium, dəmir və alfa –beta kerotinləri olan qovun folik –asid deposudur. Folik-asid hamilə qalmaq istəyənlərə və hamiləlik dövrünün sağlam keçməsini istəyənlərə verilir. Aparılan tədqiqatlara görə qovunun nizamlı olaraq istifadə olunması hamilə qalma ehtimallarını da artırır. Qavun həmçinin hamiləlik dövrünün sağlam keçməsi üçün də digər hormonları da tənzimləyir.
Ödem atmağa kömək olan vişnə
İsti havalarda orqanizmdə su və duz yığımı artarkən ən çox şikayət olunan problemlərin başında ödəm gəlir. (Ödem su mübadiləsinin pozulması nəticəsində bədən boşluqlarında və toxumalarda suyun toplanmasıdır.) Ödem deyildikdə ağıla gələn ilk fikir ananas və cəfəri istifadə olunmasıdır. Lakin vişnə də əla bir ödem atıcıdır. Fəsilində gündəlik bir ovuc vişnə istifadə olunarsa problem həll oluna bilər. Tərkibində şəkər az olduğu üçün şəkər xəstələri də rahatlıqla istifadə edə bilər.
Antioksidan deposu əncir
Əncir bağırsaqları işləməsi üçün əla bir vasitədir. Yalnız qanda şəkəri arttırdığı üçün diqqətli istifadə olunmalıdır. Xüsusilə də qabığı qara olan əncir antioksidan depodur. İmmunitet sistemi üçün vacib olan bir qara əncirdə 1 stəkan süddə olan qədər kalsium var. Diabet xəstələrinə məsləhət olmayan əncir qan təzyiqini də nizamlayar.

qara əncirin faydaları