Ərdoğan F-35 qırıcılarının tədarükünü gözləyir.
Ankara, ABŞ-dan 120 ədəd F-35 döyüş təyyarəsinin göndərilməsini gözləyir. Bu barədə Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan məlumat verib.

F-35 – ABŞ istehsallı 5-ci nəsil qırıcı təyyarələri
Turkiyə Prezidenti Ərdoğan qeyd edib:
ABŞ F-35 istehsal edir. Bizə də onların 120 ədədini çatdıracaqlar. Bu qırıcıların bəzi detalları Türkiyə tərəfindən istehsal olunur.
ABŞ Konqresi əvvəlcədən bildirmişdir ki, Ankaranın Rusiyanın S-400 zenit raket kompleksini əldə etməsi planı ilə F-35 qırıcılarının Türkiyəyə tədarükünü dayandırmaq niyyətindədir. Senatorlar müdafiə büdcəsinə düzəliş ediblər ki, ABŞ Müdafiə Nazirliyi Türk təyyarələrinin tədarükündə potensial “əhəmiyyətli dəyişiklikləri” qiymətləndirən hesabat tərtib etməlidir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Ankaranın F-35 döyüş təyyarələrinin tədarükü ilə əlaqədar heç bir problem görmədiyini qeyd etmişdir.
Xatırladaq ki, Türkiyə ilə Russiya arasında ikitərəfli müqavilə 2017-ci ilin dekabr ayında imzalanmışdır. Müqaviləyə görə Ankara iki batareya S-400 alacaq və texniki xidmətini özü göstərəcək.
ABŞ və NATO-nun qərb tərəfdaşları bu müqaviləyə görə dəfələrlə Türkiyəni tənqid etmişdirlər.
S-400 “Triumf” – ən yeni uzaqmənzilli raket zenit kompleksidir. Aviasiyanın, qanadlı və balistik raketlərin məhv edilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistem həmçinin yerüstü hədəflərə qarşı da istifadə edilə bilər. S-400 raket zenit kompleksinin diapazonu 400 km-ə çatır, hədəfləri 30 km-ə qədər yüksəklikdə məhv etməyə qadirdir.