2018 Google üçün çətin və dəhşətli il oldu – Topic.az
2018 Google üçün çətin və dəhşətli il oldu

2018 Google üçün çətin və dəhşətli il oldu

Google-un icraçı direktoru Sundar Pichai ötən həftə konqresdə ifadə verdi. Lakin çətin suallardan yayınıb qaçmağı bacardı.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 25.12.2018 Baxış sayı:  1334 Müəllif: 
Sundar Pachai - Google şirkətinin rəhbəri - Konqres qarşısında

Sundar Pachai – Google şirkətinin rəhbəri – Konqres qarşısında

Yüksək səviyyəli mübahisələrə səbəb olan məhkəmə Google-un ağır ilinin kuliminasiyasına çevrildi. Pichai-nin Konqresdə verdiyi cavablar və müxtəlif məsələlərinə göstərdiyi reaksiya qeyri-qənaətbəxş və qeyri-müəyyən idi.

Google-un icraçı direktoru Sundar Pichai, keçən həftə Konqresdə 3 saatdan çox davam edən sorğu – sualda özünü olduqca soyuqqanlı aparırdı. O, Google-un keçmiş icraçı direktorları Eric Schmidt və Larry Page kimi suallara hazırlıqlı və səbrlə cavab verirdi. Araşdırma bir çox izləyiciləri məyus etsə də, Pichai şirkətin istifadəçilərin gizliliyini qorumaq üçün planlarından danışdı.

Pichai suallardan yayındıqca və qeyri-müəyyən cavablar verdikcə Konqres iştirakçıları şirkət və onun üçün ağır il olduğunu hiss elədi. Google-un 2018-ci ildə ağır ictimai mübahisələr və uğursuzluqlarla üzləşdməsi Pichai-nin qeyri-müəyyən cavablarından hiss olunurdu.

Pichai Konqresdə etiraf etdi ki,

Google üçün dəhşətli il olsa da, yenə də Facebook-dan daha yaxşı idi.

Qarışıq məsələlərin uzun siyahısı

Google-un ötən il bir çox çətin problemlərlə üzləşdi. Şirkətin cavabları adətən əsassız və qeyri-müəyyən idi.

Youtube

Google-un video plartforması olan Youtube ilə başlayaq. O, trendlər bölməsində uyğunsuz və əsassız tanıtımlar edərək “21-ci əsrin ən güclü radikallaşma vasitələrindən biri” kimi özünün yanıldıcı məlumatları ilə təsvir olundu. Şirkət problemli məzmunları dayandırmaq üçün addım atsa da, Pichai Konqresdə qeyd etdiyi kimi, daha çox işlər görülməli idi.

Maven

Sonra yaz aylarında Gizmodo sensasiyon məlumat verdi. O, Google-un Pentagon ilə işlədiyini, dron görüntülərini təhlil etməyə köməklik göstərdiyini dedi. Bu 3 mindən çox işçinin etiraz məktubu imzalamasına səbəb oldu. Şirkət işçilərini sakitləşdirərək “Maven” adlanan layihəsini dayandırdı.

Müxtəliflik

İyun ayında, Alfabet şirkətinin səhmdarlarının yığıncağında, bir qrup Google əməkdaşı şirkətin işçi siyasətində ayrı-seçkilik olduğuna və müxtəlifliyin qorunmamasına etiraz etdilər. Google-un HR məsələlərinə verdiyi cavabların adekvat olmaması bir çox məhkəmə prosesləri ilə nəticələndi.

Requlyatorlar muharibə yolunda

Google qanunla da problemlər yaşadı.  İyul ayında Avropa İttifaqı Google-u Android əməliyyat sisteminin bazar üstünlüyündən sui istifadəsinə görə 5 milyard dollar cərimələdi. ABŞ höküməti də Google daxil olmaqla texnologiya nəhənglərinin rəqabəti boğma çabalarını araşdırır. Şirkət bütün ittihamları rədd etsə də, Konqres araşdırmalarında verilmiş suallar yetərli cavabını tapmadı.

Dragonfly

Yayın sonunda məlum oldu ki, Google Dragonfly adlı gizli layihə üzərində işləyir. Layihənin məqsədi Çində senzura qaydalarına uyğunlaşdırılmış axtarış sisteminin tədbiqi idi. Çin höküməti tərəfindən müəyyən olunmuş insan hüquqları və tələbə etirazları kimi həssas məsələlər axtarışda blok olunmalı, istifadəçilərin axtarışları isə onların mobil nömrələrinə bağlı olmalı idi. Məsələ qanunvericilərin, insan haqqları aktivistlərinin və şirkət işçilərinin qəzəbi və qınağı ilə üzləşdi. Buna baxmayaraq, Google-un bu layihəni davam edib-etməyəcəyi barədə aydın bir cavab alınmayıb.

İşçilərin tətil aksiyası

Google işçilərinin Kaliforniyada etiraz aksiyası

Google işçilərinin Kaliforniyada etiraz aksiyası

New York Times qəzetinin bir reportajında isə Google cinsi təcavüzdə ittiham olunan işçilərinin bəzilərini hələ də heyətdə saxladığıını və onları cəzalandırmadan işdən uzaqlaşdırdığı açıqlanmışdır. Bundan sonra dünyanın bir çox yerində işləyən 20 000 mindən çox işçi tətil aksiyası keçirməyə başladı. Pichai aksiyadan sonra bəzi dəyişikliklər etməsinə baxmayaraq, aksiya iştirakçıları əsas məsələlərdən yan keçildiyinini vurğulamışdır.

Məxfilik

İki ayrı təhlükəsizlik xətası ilə 52 milyondan çox istifadəçilərin şəxsi profil məlumatını ortaya qoyan Google Plus sosial şəbəkəsinin bağlanması tələb olundu. The Wall Street jurnalı yazır ki, güvən və etibarını itirməmək və istintaqa cəlb edilməmək üçün Google ilk təhlükəsizlik səhvini aylarca açıqlamadı. Şəxsi həyatın məxfiliyinin qorunması cəhətdən həmçinin Google-un istifadəçinin yerini müəyyən etmək mexanizmlərində də xeyli problemlər və qarışıq məsələlər var. Konqresdə bu məsələ ilə bağlı sorğulandıqda Pinchai sualı qarışıq cavablandıraraq başqa istiqamətə yönəltdi.

Etiraz dalğası

Google-un bütün çətinlikləri boyunca, ən yadda qalan işçi aktivistliyinin artması idi. İşçilər ərizələr, açıq məktublar, istefa, etiraz aksiyaları ilə şirkətin biznes müqavilələri, gələcək planları və daxili siyasətindən öz narazılığını bildirdilər.

Səhmdarların iclasında danışan Google işçisi mühəndis Irene Knapp, rəhbərliyin mənalı bir dəyişiklikdən çox “yayınmaq və qaçmaq” taktikasından istifadə etdiyini demişdir.

Tətil aksiyasının təşkilatçıları Google rəhbərliyini daha şəffaf və aydın iş görməyə təşviq etsələr də, Pichai və komandası tələblərin bir qisminə razılıq verməsinə baxmayaraq, “ədalətsizlik, ayrı seçkilik və vəzifədən sui istifadə etmə” kimi məsələləri həll etmədi.

Tətil aksiyasının bir qrup üzvləri CNBC-yə

Baxmayaraq görüləsi çox işlər var, biz 2019-cu ilə ümidlə giririk

deyə müsahibə veriblər.

Daha da pis ola bilərdi – Mark Zuckerburg-dan soruşun desin.

Google və Pichainin cavabları heç kimin xoşuna gəlməsə də, onların vəziyyəti Silikon Vadisindəki rəqibinə nisbətən yaxşıydır.

Analitik Brian Weiser-in sözlərinə görə

Google bu il Facebook-dan daha yaxşı vəziyyətdə idi. Facebook-un qarşılaşdığı məsələlərin çoxu ilə Google da qarşılaşıb, lakin əsas fərqlilik Google-un daha yaxşı idarə olunan şirkət olmasıdır.

CNBC-yə müsahibəsində şirkət əməkdaşlarının biri zarafatı vəziyyəti dəqiq təsvir edir:

Google-un hər hansı bir probleminin partlayış yaradacağı gözlənilən bir anda Facebook hər dəfə ondan daha ciddi məsələ ilə gündəmə gəlir.

Google skandallar və işlərindəki boşluqlarla baxmayaraq, maliyyə cəhətdən dəyişiklik olmamışdır. İnternetin ən gəniş və vacib reklam platformasının genişlənməsi öz işini görür: Alphabet keçən rübdə 9.2 milyard dollar qazancı ötən ilin eyni dövrünə nisbətən 37 faiz artım deməkdir.

Nəzərə alsaq ki, Google üçün gərgin keçən il artıq sonuna çatır, Pichainin gələn il üçün gözlənilən böyük işləri səhmdarları razı salmaq əəzinə işçiləri, rəsmi qurumları və istifadəçiləri sakitləşdirmək olacaq.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Yaxın mövzular

sundar pichai
Biznes və texnologiya   ⁄   24.12.2019   ⁄   1062  baxış

Google CEO-sunun maaşı açıqlandı

Uzun illər Google-un rəhbəri olan Sundar Pichai, Google-un ana şirkəti olan Alphabet rəhbərliyinə keçdi. Bu ayın əvvəlində “Google” şirkətinin qurucuları Larry Page ve Sergey Brin Alphabet CEO-luğundan ayrılmış və yerini Pichai-yə verdilər. Alphabet-in yeni baş direktoru Pichai Google-un baş direktoru vəzifəsinə də davam edəcək. Bununla Google-un baş direktorunun maaşı da açıqlandı.

Uncategorized   ⁄   19.12.2019   ⁄   984  baxış

Google servisləri çökdü

Google-un Gmail, YouTube və Drive kimi xidmətləri bir çox ölkələrdə çökdü. Problemin səbəbi hələ də rəsmi şəkildə açıqlanmayıb.

Biznes və texnologiya   ⁄   12.12.2019   ⁄   875  baxış

YouTube 1 milyard dollar həddini keçdi

Google-un video xidməti YouTube, bu il 563 milyon dollar gəlir əldə etdi. Bu şəkildə platforma 1 milyard dollar həddini aşdı.

Biznes və texnologiya   ⁄   10.12.2019   ⁄   926  baxış

Google Gmail xidmətinə yeni bir xüsusiyyət əlavə etdi.

Gmail bir e-poçtda fərqli e-poçtları daxil edə biləcək bir xüsusiyyət buraxdı. İstifadəçilərin işini çox asanlaşdıracaq yeni xüsusiyyət, bir e-poçtda digər elektron poçtların əlavə edilməsinə imkan yaradır.

Biznes və texnologiya   ⁄   05.12.2019   ⁄   984  baxış

Google Fotolar tətbiqinə mesajlaşma xüsusiyyəti gəldi

Google tərəfindən paylaşılan məlumata görə, Google Fotolar tətbiqi mesajlaşma xüsusiyyəti gəldi. Bu xüsusiyyət sayəsində istifadəçilər başqa bir tətbiqə ehtiyac olmadan Google Fotolar tətbiqində yer alan şəkillərini istədikləri istifadəçilərlə asanlıqla paylaşa bilərlər.

Biznes və texnologiya   ⁄   03.12.2019   ⁄   900  baxış

Facebook yeni servisini istifadəyə verdi

Facebook, istifadəçilərin platformadakı bütün şəkillərini bir neçə kliklə populyar bulud saxlama xidməti Google Şəkillərə daşımağa imkan verən yeni bir vasitə təqdim etdi. Məlumat ötürülməsi Layihəsi çərçivəsində həyata keçirilən bu xidmətin beta prosesi bu gündən etibarən İrlandiyada başladı.

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1363  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1084  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1672  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2394  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Biznes və texnologiya   ⁄   10.07.2020   ⁄   1811  baxış

Global Game Jam Next Azərbaycan

Global Game Jam Next dünyanın hər yerində, adətən fiziki yerlərdə baş verən ancaq bu il pandemiyayla bağlı olaraq onlayn rejimdə keçiriləcək oyun quruculuğu üzrə təlim və yarış proqramıdır. Tədbir mahiyyətcə oyun inkişafına yönəlmiş hakatondur. GGJ Next – in əsas məqsədi yeniyetmələrin bir araya gələrək yaradıcı olacağı, təcrübə mübadiləsi edə biləcəyi və video oyunlardan istifadə edərək özlərini ən yaxşı şəkildə ifadə edə biləcəklərinə imkan yaratmaqdır.

Biznes və texnologiya   ⁄   01.04.2020   ⁄   1702  baxış

Koronavirusla mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirən “virtual hackathon”a qeydiyyat başladı

Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və “SUP.VC” Akselerasiya Mərkəzinin təşkilatçılığı ilə “Global Virtual Hackathon” müsabiqəsi keçirilir.

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1363  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1084  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1672  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   3915  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5254  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5018  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2428  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2394  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2696  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3319  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?