ABŞ-da Huawei-in müvəqqəti lisenziyası uzadıldı
ABŞ Ticarət Departamentindən verilən məlumata görə, Huawei üçün ixrac və köçürmə kimi əməliyyatları özündə cəmləşdirən Müvəqqəti Lisenziyanın müddəti daha 90 günə uzadıldı.

ABŞ milli təhlükəsizliyi üçün təhlükə yaratdığı səbəbiylə ABŞ administrasiyası tərəfindən sanksiya tətbiq olunan şirkətə Ticarət Nazirliyi tətəfindən 19 avqustda 3 ay müddətinə müvəqqəti lisenziya verildi.
Nazirliyin yeni qərarına uyğun olaraq, Huawei və onun filialları daha 90 gün ərzində ABŞ şirkətləri ilə iş görə biləcəklər. Huawei üçün müvəqqəti ümumi lisenziyanın uzadılması operatorların ABŞ-ın ən ucqar bölgələrindən xidmət ala bilməyən müştərilərə xidmət göstrməsini təmin edəcək
Nazirlik ABŞ-ın yeniliklərinin ölkənin milli təhlükəsizliyini təhdid edənlər tərəfindən istifadə edilməməsi üçün səylərini davam etdirəcəyini deyən Ross, Bu çərçivədə həssas texnologiyanın ixracını yaxından izləməyə davam edəcəklər.