ABŞ-dan Huawei tərəfinə pis xəbər
Texnologiya dünyasının 2019-cu ildə ən mübahisəli adlarından biri olan Huawei, ABŞ-dan pis xəbər aldı. Firma ABŞ-da tam olaraq istənmir.

Huawei şirktəti
Uzun müddətdir ki, Huawei şirktəti üçün ABŞ rəsmiləri tərəfindən təhlükəsizliyə risk yaratdığına dair açıqlamalar verilir. Burada şirkət istehsal etdiyi şəbəkə avadanlığı ilə Çinə məlumat sızdırmaqda ittiham olunur. Ancaq bildiyiniz kimi, bunların heç biri açıq dəlillərlə sübut edilmiş və ya ictimaiyyətə təqdim edilmişdir. Şirkət daim olara günahlandırılır, buna baxmayaraq, 170 fərqli ölkədə işlərini davam etdirir. Lakin ABŞ şirkətlə əlaqələrini kəsməkdə qərarlıdır. Çünki bu yaxınlarda ABŞ Nümayəndələr Palatası, hökumətin bu və bunun kimi ölkənin milli təhlükəsizliyinə xələl gətirəcək digər şirkətlərdən məhsul almasına mane olan qanun qəbul etdi. Bu qanun layihəsinin qısa müddət ərzində senatdan 100 faiz təsdiq alacağı bildirilir. ABŞ-ın kiçik telekommunikasiya təminatçılarına 1 milyard ABŞ dolları təmin etməklə şübhəli rabitə vasitələrinin ləğvini də nəzərdə tutur. Bu şirkətlər artıq uzun müddətdir şirkətin avadanlıqlarında sistemlərini təmizləmək üçün çalışırlar. Yeni qanun və yardımla proses daha sürətli görünür.
Huawei şirktəti üçün 2020 də asan keçməyəcək
Mövzuyla bağlı açıqlamada isə deyilir ki
ABŞ-ın simsiz gələcəyi üçün şəbəkələrimizi xarici müdaxilələrdən qorumaq son dərəcə vacibdir. Onun kimi şirkətlər, ABŞ-ın ticarət və təhlükəsizlik maraqlarına böyük bir təhlükə yaradır. Çünki rabitə provayderlərimiz bu şirkətlərin cihazlarından istifadə etməklə fəaliyyətlərini davam etdirir.
5G baxımından dünyanın bir nömrəli adı olan Huawei, ABŞ-da daim olaraq təhdid olunması Huawei yox, ABŞ-ın 5G infrastrukturuna zərbə kimi görünür.