ABŞ sanksiyaları Şimali Koreyanı acığa saldı
Şimali Koreya ABŞ sanksiyalarını qınayaraq, Nüvə silahından imtina proqramının risk altında olduğu barədə xəbərdarlıq verib.

Şimali Koreyanın rəhbəri Kim Çan In
Bazar günü Şimali Koreya ABŞ administrasiyasını sanksiyaları artırdığı və nüvə silahı olan ölkəyə təzyiq etdiyi üçün qınadı. Şimali Koreya “atəş mübadiləs”nin geri qayıdacağı xəbərdarlığını edərək Pxenyanın nüvə silahının ləğvi (denuklearizasiya) maneə olacağını qeyd etmişdir.
ABŞ bazar ertəsi günü insan hüquqlarını pozduqlarına görə Şimali Koreyanın lideri Kim Çen In da daxil olmaqla daha 3 rəsmilərinə qarşı sanskiya tətbiq etdikdən sonra, Şimali Koreyadan sərt cavab gəldi.
Şimalı Koreyanının nüvə silahından imtina proqramı Kim Çen In və ABŞ prezidenti Donald Trampın iyun ayında Sinqapurda tarixi görüşündən sonra çox az inkişaf etdi. Hər iki tərəf, ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreya rəsmisi Kim Yonq Çol arasında iş səviyyəli danışıqlar baş tutmamış, noyabr ayında görüş anidən ləğv olunmuşdu.
Tramp Şimali Koreya (KXDR) ilə olan münasibətlərini inkişaf etdirmək istərkən Pxenyan ABŞ dövlət katibini ABŞ – KXDR münasibətlərinin “atəş mübadiləsi”nə geri qaytarmaqda günahlandırdı.
Şimali Koreya Xarici İşlər nazirinin dediyinə əsasən Vaşinqton yalnız KXDR deyil, Rusiya, Çin və digər ölkələrin şirkətlərinə, şəxslərinə və gəmilərinə qarşı səkkiz dəfə sanksiya tətbiq edib.
Həmçinin o, öz çıxışında qeyd edir ki,
ABŞ administrasiyası sanksiya və yüksək təzyiqlərin Pxenyanın nüvə silahından imtina edəcəyinə inanırsa bu ən böyük səhv sayılır. Koreya yarımadası heç kimin arzulamadağı nüvə təmizlənməsi proqramından imtina edəcək.