Ağrı kəsicidən 10 qat daha təsirli!
Albalı C vitamini tərkibi ilə virus və bakteriyalara qarşı mübarizə apararaq immunitet sistemini dəstəkləyir. Güclü bir ağrı kəsicidir. 20 ədəd albalının tərkibində 12-25 mq arasında olan “antosiyanin” maddəsi var ki, bu da ağrı kəsicidən 10 qat çoxdur.

Tərkibindəki zəngin minerallarla bədəndəki suyu tarazlayır və qəbizliyi aradan qaldırır. Xolesterolu və qan şəkərini azaldır və damar sərtliyinin müalicəsində təsirlidir. Tərkibində göz xəstəliklərindən qoruyan güclü iltihab əleyhinə bir vasitə olan Quercetin adlı maddə vardır.
Sidikqovucu xüsusiyyəti ilə böyrəklərin dostu olan albalı bədəni zəhərli maddələrdən təmizləyir. Sidik turşusu və ürat duzlarının orqanizmdən xaric edərək revmatizm xəstəlilərinin də qarşısını alır.
Yüksək antioksidan tərkibilə ilə sinir hüceyrələrini yaxşı qidalandırır. Bununla günümüzdə yayılmış yuxusuzluq probleminə qarşı faydalıdır.
Alzheimer xəstəliyinə də qarşı faydalıdır.
Qan təzyiqinin yüksəlməsi ilə yüksək təzyiq ilə bərabər iflic kimi xəstəlikərin riski artır. Lakin albalı bunun qarşısını alır.
Hərəkətsiz həyat və qeyri-sağlam qidalanma əzələ və sümük sağlamlığına pis təsir edir. Əzələ ağrılarının xüsusilə 30 yaşdan sora artmasının səbəblərindən biridə budur. Bu insanın yorğun hiss etməsinə səbəb olur. Albalının tərkibindəki flavonidlər ilə əzələ və sümüklərdəki toksin yığımı azalır.
Hüceyrələrin yaşlanması və yenilənməməsi cild xəstəliklərinə təsir edir. Saç hüceyrələrinin vitamin itirməsi kökünün zəifləməsinə səbəb olur. Buda tökülmə, zəifləmə kimi sonluqlarla nəticələnir. Bundan başqa dəri də zəifləyir, dərinin öz-özünü bərpası mümkün olmur. Ancaq albalı tərkibindəki antioksidanlarla hüceyrələrin yenilənməsini təmin edir.
Yuyulmadan əvvəl, plastik bir qaba qoyulmalı, soyuducuda saxlanmalı və istehlakdan əvvəl yuyulmalıdır.
Tünd rəngli albalı həmişə bir az daha şirindir. Soyuducudan götürüb və otaq temperaturunda 1-2 saat saxlanıldıqda daha dadlı olar. Təzə albalı 2-4 gün ərzində istehlak edilməlidir.