Aİ nəhəng şirkətlərin nə qədər vergi ödəmələrini açıqlanmasının qarşısını alır
Avropa Birliyinin 12 üzv ölkəsi, Apple, Facebook, Google kimi dünyanın ən böyük şirkətlərinə, bütün üzv dövlətlərdə nə qədər qazanc və nə qədər vergi ödədiklərini izah etmək məcburiyyəti tələb edən tənzimləməyə qarşı çıxdı.

tll aznTövsiyə olunan tənzimləmə mənfəətlərini İngiltərə, Fransa, Almaniya kimi vergilərin yüksək olduğu ölkələrdən i İrlandiya, Lüksemburq və Malta kimi aşağı vergi olan ölkələrə keçirərək vergidən yayınmalarına aydınlıq gətirəcəkdi.
İngiltərədə nəşr olunan Guardian qəzetinə görə, çoxmillətli şirkətlərin bu şəkildə ildə yarım trilyon dollar az vergi ödədiyi təxmin edilirdi.
Qəzetə görə, İrlandiya Aİ daxilində mövcud vergi qaydalarından ən çox faydalanan ölkələrdən biridir.
rlandiyadakı çoxmillətli qlobal texnologiya şirkətləri 6.25 faiz vergi ödəyir. Bu nisbət İngiltərədə 19 faizdir.
Ökə iqtisadiyyatı çökər
İrlandiya Maliyyə Məsləhət Şurası (IFAC), vergilər və xərclər üzrə tənzimləmə orqanı, çoxmillətli korporasiyaların vergidən yayınmasının qarşısını almaq üçün mümkün qlobal addımların ölkə iqtisadiyyatını məhv edəcəyini xəbərdar etdi.
İrlandiya iqtisadiyyatı bu vergilərdən çox asılıdır.
Ölkədə toplanan hər beş avrodan birini şirkət vergisi təşkil edir. Keçən il toplanan korporativ vergi 10.4 milyard avroya yüksəldi.
Qurumun açıqlamasında bu şirkətlərdən hansının olduğunu açıqlamayıb. Ancaq bunlar arasında Apple, Facebook, Microsoft, Dell, Google və Oracle’ın da olduğu təxmin edilir.
Şirkət vergisinin aşağı səviyyədə olduğu Lüksemburq, Malta, Kipr, Latviya, Sloveniya, Estoniya, Avstriya, Çexiya, Macarıstan və Xorvatiya da yeni tənzimləmənin əleyhinə səs verdi.
İsveç, ölkənin şəffaflıq standartlarını pozduğu səbəbiylə tənzimləməyə qarşı çıxdı.
Yeni tənzimləmənin ən böyük tərəfdarlarından biri olan İngiltərə səs vermədi. İngiltərənin Maliyyə Nazirliyi seçki ərəfəsində olduğunu açıqladı. İngiltərədə dekabrın 12-də erkən ümumi seçkilər var.