Allergiyaya qarşı 6 təbii dərman
Üzünüzdə davamlı olaraq qızarıqlıq yaranır? Halsızlik, qəfil tərləmə, istilik hissi yaşayırasınız? Mədə ağrısı, ishal, burun tutulması və bu kimi digər halsızlıqların əsil səbəbinin histamin olduğunu bilirsiniz?

Çörək otu və allergiya
Dəri və tənəffüs sistemi allergiyadan böyük şəkildə təsirlənir. Bir çox insan müxtəlif yollarla özünü göstərən bu xəstəlikdən əziyyət çəkir. Uşaqlardan yaşlılara qədər fərqlı yaş qruplarına təsir edən allergik xəstəliklər siqaret tüstüsü, kimyəvi maddələr və toz ilə qıcıqlana bilər.
Bundan əlavə, inək südü, yumurta, yer fıstığı, soya, fındıq, balıq və dəniz məhsulları kimi bir çox yemək allergik reaksiyaya səbəb ola bilər. Allergiyanın hər növü bədənin müxtəlif hissələrində, sinüslərdən həzm sisteminə qədər xüsusi simptomların ortaya çıxmasına səbəb olur. Allergiyadan əziyyət çəkən hər kəs asqırma, burun axıntısı və göz yaşarmasından əziyyət çəkir. Təxminən 2 ya da 3 ay “qalıcı qrip” yaşayarlar.
Günahkar histamin
Hərhansı bir allergik təsirə məruz qaldığınızda yaranan qaşıntı, şişmə, istilik və qızarma histamin adi verilən bir maddəylə bağlıdır. Histamin allergik reaksiyalar yaradmağdan da əlavə olaraq xəbərdarlıq edən bir molekuldur. Histamin dözümsüzlüyü orqanizmanın histamini lazımı qədər parçalamaması səbəbiylə histamin səthlərdəki yüksəlmənin bir və daha çox potensial simptoma yol açmasıdır. Əsasən elmi ədəbiyyatda “diamin oksidaz” (DAO) adlanan histaminin parçalanmasına səbəb olan bir ferment olmaması ilə bağlıdır.
Ekzemadan qaşıntıya qədər bir çox problem
Histamin artımından qanda, dəridə və bağırsaqlarda olan “mast hüceyrələri” adı verilən immunitet elementləri cavabdehdir. Histamin səviyyəsinin normaldan artıq olanda ekzema, sədəf, yuxu problemləri, temperaturanın yüksəlməsi, xroniki baş ağrıları, baş dönməsi, astma xəstəlikləri, xroniki yorğunluq, həddindən artıq mədə turşusunun ifrazı kimi rahatsızlıqlar ortaya çıxar.
Təkrarlanan asqırma və öskürək
Histamin səviyyəsinin artmasının burunda qaşıntı, qıcıqlanma, burun tutulması, dəridə qaşıntı kimi bir çox göstəriciləri olur. Nadir hallarda bəzi insanlarda baş ağrısı, yuxusuzluq, iştahsızlıq və əsəbi hallar kimi də görülür. Bu cür xəstəlik
üçün ən yaxşı müalicə əsasən həkiminiz tərəfindən göstərilən müalicədir.
Bundan əlavə, allergiya krizlərinə qarşı təbii vasitələrdən istifadə etmək istəyirsinizsə bunlardan istifadə edin.
Çörək otu yağı
Allergiyada bir çox insanlarda burun bölgəsi təsirlənir. Uşaqlarda da bu çox görülür. Burun axıntısına təbii həll olaraq çörək otu yağı həm uşaqlarda, həm də böyüklərdə istifadə olunur. Soyuq pres üsulu olaraq hazırlanmalıdır. Çörək otu yağı çəkisi 10 kilodan az olan uşaqlarda gündə yarım çay qaşığı olaraq istifadə olunmalıdır. 10 kilodan artıq və 1 yaş üzəri olan uşaqlarda isə 1 çay qaşığı verilməlidir. 4-10 yaş arası yarım yemək qaşığı, 10 yaşdan yuxarı isə 1 yemək qaşığı verilməsi uyğundur. Allergik burun axıntısında hər burun deşiyinə 2 damcı çörək otu yağı tökmək də xeyirlidir.

çorək-otu-yağı
Allergiyaya qarşı şahtərə otu
Allergiyaya qarşı Şamtərə otu da təsirli olur. Bu bitki bir çox insanlarda allergiyanı oyandıran bir maddə olan histaminin təsirlərinin qarşısını almağa kömək olur. Uşaqlar üçün yaxşı yuyulmuş şahtərə otunun üstünə 100 ml qaynar su tökülür, 5 dəqiqə dəmləndikdən sonra başqa bir stəkana süzülərək qurtum-qurtum içilir. 4-8 yaş arasındakı uşaqlara gündə 2 dəfə, 8 yaş üstü uşaqlarda isə gündə 3 dəfə olaraq qısa müddətli istifadə etmək uyğundur. Yetkinlərdə, qəbul ediləcək doz 1 çay qaşığıdır.

Şahtərə otu
Üzərlik otu buxarı
Burun axıntılarına üzərlik otu toxumu daistifadə olunur. Ancaq buxarı təsirlidir. 2 yemək qaşığı üzərlik otu toxumu 1 litr suda qaynadıqdan sonra buxar şəklində 1-2 dəqiqə həm ağız, həm də burun yoluyla tənəffüs olunduğunda kömək olur. Günaşırı istifadə olunması məsləhətdir, uşaqlarda da istifadə oluna bilər. Allergiya simptomlarını azaltmağa və yüngülləşdirməyə kömək edir.
Qabartı və qaşıntıya qoz ağacaı yarpağı
Qoz ağacı yarpağı allergiya üçün idealdır. Allergiya əlamətlərinin qarşısını almaq və azaltmaq üçün bu yarpağı dəmləyin. Qoz yarpağını dəmləmə üsulu ilə hazırlayıb, ilıq olduqdan sonra kompres şəklində qabartılı və qaşıntılı bölgələrə bir qazlı dəsmalın üstünə tökərək qoyun. Bu üsul, dəri allegiyasını azaltmaqda çox təsirli olur. Ayrıca gicitkan da faydalıdır. Bir ovuc quru və ya təzə gicitkan otu 150-200 ml suda qaynadılır. Soyuduqdan sonra süzülür və gündə 2-3 dəfə içilir. Bu qaydada həm allergiyanı azaldır,həm də yaranmasının qarşısını alır.

gicitkan otu
Allergiyada xüsusi bir duz
Allergiya müalicəsi üçün bu tibbi bitkilər ilə yanaşı Natrium chlororatum-dan da istifadə olunur. Bu duz həkim göstərdiyi doza qədər gündəlik dilaltı əmilərək istifadə olunduğu kimi, suda həll olunaraq qaşıntılı bölgələrə də qoyulur. Bundan əlavə olaraq lektindən az istifadə olunmalıdır. Vitamin E, vitamin B6 və Reishi göbələyi histami səviyyəsini azaltdığı üçün də allergiyada istifadə olunur. Bundan əlavə qara üzüm tumunun əzildikdən sonra çeynənərək yeyilməsi də allergiya reaksiyalarını azaldır.
Histamin səviyyəsini azaldan maddələr
Quersetin: Kələm, brokoli, soğan, sarımsaq, çiyələk, heyva, alma, xurma, üzüm, tut, moruqda olur
Fisetin: Çiyələk, xiyar, xurma, alma və soğan.
Apigenin: çobanyastığı, artichok, cəfəri, kərəviz.