Amazon 2020-ci ildə qida marketləri açmağa hazırlaşır
Elektron ticarət nəhəngi Amazon, kassalarsız mağazalardan sonra olduqca ənənəvi və normal kassalara sahib qida marketləri açmağa hazırlaşır. Şirkətin dediklərinə görə yeni marketlər, digərlərinə görə olduqca ucuz olacaq.

Amazon gələn il Los-Ancelesdəki bir məhəllədə açılacaq yeni market üçün çalışmağa başladı. Şirkətin veb saytında yerləşdirilən bir elana görə, mağaza Woodland Hillsdə açılacaqdır. Şəbəkə market layihəsinin başlanğıc yeri bura olacaq.
Amazonun ərzaq məhsullarını satacaq bir mağaza açmağa hazırlaşdığı barədə xəbərlər, əvvəlcə CNET tərəfindən yayıldı. Amazonun mətbuat müxbiri məlumatı doğruladı. “ Amazon 2020-ci ildə Woodland Hills-də bir market açır” ifadələrini açıqladı.
Amazonun qida məhsulları satacağı marketdə insanlar da işləyəcək
Şirkət bugün yeni marketi üçün mağaza lideri və yemək servisi kimi iş elanları yayınladı. Yeni marketin Amazon Go mağazalarında olduğu kimi avtonom kassa texnolojisini istifadə eləməsi gözlənmir. Bunun əvəzinə kassirlərin olduğu kassalar olacaq.
Mağaza alış-veriş mərkəzində yerləşir. Google xəritəyə görə köhnə oyuncaq mağazasının yerində açılır.
Amazonun sözcüsü yeni market şəbəkəsinin Whole Foods-dan fərqli olacağını dedi, ancaq necə məhsullar satacağı və ya gələcəkdə mağaza yerləri haqqında daha çox məlumat vermədi. Digər məlumatlara görə Whole Foods-dan daha aşağı qiymətlər olacaq. Oktyabr ayında bu yeni şəbəkənin Los Angeles, Chicago və Philadelphia-da açılacağını bildirdi.