Apple casusluq iddiası ilə iki keçmiş işçini məhkəməyə verdi
Bazar dəyəri 1.2 trilyon dollardan çox olan Apple, iki keçmiş işçisini casusluq iddiası ilə federal məhkəməyə şikayət etdi.

Apple şirkəti
Dünyanın ən dəyərli şirkətlərindən biri olan Apple, keçmiş iki işçisinin federal məhkəməyə verdi. Keçmiş iki işçi şirkət tərəfindən casusluqda ittiham olunur.
İki işçisi ilə bağlı narahatlıqlarını dilə gətirən şirkət, Keçmiş iki işçinin ticarət sirrlərini oğurlayaraq doğma Çinə qaça biləcəyini iddia etdi. Köhnə işçilərdən Xiaolang Zhang, şirkətin sürücüsüz cihaz proqramında işlədi.
Amerika Birləşmiş Ştatları Şimali Kaliforniya Bölgə Məhkəməsi prokurorları, texnologiya sirlərininin casusluğu şübhəsi olan Xiaolang Zhang ve Jizhong Chen üçün açıqlama verdi. Prokurorlar, ikisinin də qaçmaq təhlükəsi olduğunu və izlənilməli olduqlarını söylədi.
Prokurorların verdiyi açıqlamada Zhang, şirkətin sürücüsüz cihaz proqramındakı gizli layihələrini oğurladığını iddia etdi. Zhang, keçən il San Jose Hava limanından Çinə qaçarkən tutuldu.
İddiaların mərkəzində olan Zhang və Chen bütün iddiaları rədd edərək onlara qarşı haqsız olduqlarını bildirdilər. Təqsirləndirilən cütlük ilk mərhələdə həbs olundu, lakin bir müddət sonra kəffarə ilə sərbəst buraxıldı.