Apple dördüncü rübdə ən yüksək qazanc əldə etdi
ABŞ texnologiya nəhəngi Apple, 2019-cu ilin dördüncü rübü üçün qazanc hesabatını açıqladı. Tarixin ən yaxşı dördüncü rübü performansını göstərən şirkət 64 milyard dollar gəlir və hər səhm üçün 3.03 dollar gəlir əldə etdi.

Ötən il iPhone satışındakı kəskin azalma və inkişaf etməkdə olan bazarlarda iqtisadi daralma Apple’a ağır bir faktura çıxarmışdı. Son dövrdəki dayanıqlı fəaliyyəti sayəsində üzərindəki qara buludları dağıdan Cupertino şirkəti, 2019-cu ilin dördüncü rübündə 64 milyard dollar gəlir əldə edə bildi.
Apple, xidmət, geyilə bilən məhsullar və iPad satışındakı artım sayəsində bu günə qədər ən yüksək dördüncü rüb gəlirini əldə etdi. IPhone gəlirləri də Wall Street’in gözləntilərini aşaraq 33.4 milyard dollara çatdı.
Geyilə bilən məhsullar Apple şirkətinin gəlirini artırır
Apple-ın geyinilə bilən məhsul kateqoriyası, 2019-cu ilin dördüncü rübündə 6.5 milyard dollar gəlir əldə etdi. Əvvəlki illə müqayisədə xidmət seqmentindən daha çox artım görən geyinə bilən məhsullar, şirkətin qızıl mədəni olmağı davam elətdirir. pple’ın yeni simsiz qulaqlıq AirPods Pro ilə bu böyümə daha da sürətlənə bilər.
Apple Watch satışında da işlər yaxşı gedir. Ötən rübdə alan hər dörd nəfərdən üçünü ilk dəfə Apple Watch ilə qarşılaşdı. ABŞ şirkəti sentyabr ayında yeni Apple Watch-ı sentyabr ayında satışa çıxardı.
Apple xidmətləri sürətlə artır
Şirkətin direktoru Tim Cook 2020-ci ilin sonuna qədər xidmət gəlirlərini ikiqat artırmağı hədəfləyirdi. Maliyyə hesabatına baxdığımızda şirkətin bu hədəfə çatdığı görülür. Xidmətlər son rübdə 12.5 milyard dollar gəlir əldə edərək iPad, Mac və geyinə bilən məhsulları geridə qoydu.
Bundan əlavə, şirkətin rəqəmsal yayım platforması Apple TV + bir neçə gündən sonra istifadəyə verilir. Spotify’in ən böyük rəqibi Apple Music, üçüncü rübdən daha çox gəlir əldə etdi. Bütün rəqəmsal platformalarda 450 milyon aktiv pullu abunəçisi olan Apple tezliklə 500 milyona çatmağı hədəfləyir.
iPhone satışları o qədər də pis deyil
İPhone satışlarının ilbəil aşağı düşdüyü hərkəsə məlumdur. Ancaq 2019-cu ilin dördüncü rübündə 9% azalma, bir öncəki rübə görə daha yaxşı bir performans olduğunu göstərir.
Şirkət bir müddətdir ki, iPhone gəlirində artım görmür. Ancaq bu, 2020-ci ilin ilk rübündə dəyişə bilər. Tim Cook, iPhone 11 və iPhone 11 Pro satışlarının gözlənildiklərindən daha yaxşı olduğunu dedi.