Apple dünyanın ən dəyərli şirkəti adını geri aldı
Şirkətin bazar dəyəri cümə günü 1.065 trilyon dollar dəyərinə çataraq, yenidən ən dəyərli şirkət oldu. Bununla yanaşı, Interbrandın illik hesabatı onu dünyanın ən qiymətli markası elan etdi.

Şirkət cümə günü bazar kapitallaşması əsasında yenidən dünyanın ən qiymətli şirkəti oldu. Bu cəhətdən bazar dəyəri 1.063 trilyon dollar olan Microsoftu geridə qoyaraq, 1.065 trilyon dollar dəyərinə çatdı. Xatırlarladaq ki, aprel ayından etibarən Microsoft ən yüksək bazar dəyəri olan şirkət olaraq təyin olunmuşdu. Microsoftun ilk dəfə aprel ayının 25-də birinci rüb üçün qazancının 1 trilyonu keçdiyini xatırladaq.
Wall Street analitikləri hal-hazırda artım göstərən şirkət hissə dəyərinin iPhone satışları ilə əlaqədar daha da artacağını bildirdilər. Bu gedişatla birlikdə Microsoft hissə dəyərləri cümə günü satılarkən, şirkətin hissə dəyəri 2.2% aşağı düşdü. Şirkət isə gün ərzində cəmi 0,4 faiz azalma yaşadı.
Apple şirkəti yenidən zirvəyə keçməsiylə dünyanın ən dəyərli şirkətlərinin reytinqi dəyişdi. Marka konsaltinq şirkəti Interbrand, cümə günü açıqladığı hesabat ilə şirkətin dünyanın ən qiymətli markası olduğunu açıqladı.
2019-cu ilin dəyərli şirkətləri
1. Apple
2. Google
3. Amazon
4. Microsoft
5. Coca-Cola
6. Samsung
7. Toyota
8. Mercedes
9. McDonalds
10.Disney
İnterbrand bu sıralamanı yaradarkən marka gücü, marka tərəfindən şirkətə qazandırılan dəyər və markanın planlarının nəzərə alır. Şirkət 7 ildirki, Interbrand’ın illik hesabatlarında zirvədə yer almağı bacarır