Apple köhnə qurğular üçün iOS 12.4.4 yeniləməsini təqdim etdi!
Apple, Yeni qurğular üçün iOS 13.3 yeniləməsindən sonra indi də köhnə qurğular üçün iOS 12.4.4 yeniləməsini təqdim etdi.

Apple-köhnə qurğular
Apple köhnə qurğular üçün iOS 12.4.4 yeniləməsini təqdim etdi!
Apple, iOS 13.3 yeniləmələrini ala bilməyən cihazlar üçün iOS 12.4.4 yeniləməsini təqdim etdi. iPhone və iPad modelləri üçün elna edilən yenilənməni edəcək qurğular məlum oldu.
55 MB ölçüdə olan iOS 12.4.4 yeniləməsi ilə bağlı olaraq şirkət yeniləmədə əhəmiyyətli təhlükəsizlik yeniləmələri olduğunu və bütün istifadəçilərə tövsiyə olunduğunu açıqladı.
Bu yeniləmə ilə Apple cihazlarda təhlükəsizlik zəifliklərini həll edərək istifadəçilərə təqdim edir. . İOS 12.4.4 yeniləməsini iPhone 6, iPhone 5s, ilk nəsil iPad Air, iPad mini 2, iPad mini 3 və iPod touch 6-a yükləmək olar.
Apple bazara buraxdığı yeni modelləri və yeni güncəlləmələrinə baxmayaraq, hələ də köhnə modellərə dəstəyi ilə müştərilərini məmnun edir.