Apple növbəti iPhone’nun dizaynında dəyişikliklər edəcək
Gələn il Apple şirkəti metal karkasa sahib iPhone modelini təqdim edəcək və o, iPhone 4-ü xatırladacaq. Bu cür proqnozu TFI Securities şirkətinin məşhur analitiki Ming-Chi Kuo bildirib. Bu barədə Macrumors […]

Apple-iPhone
Gələn il Apple şirkəti metal karkasa sahib iPhone modelini təqdim edəcək və o, iPhone 4-ü xatırladacaq. Bu cür proqnozu TFI Securities şirkətinin məşhur analitiki Ming-Chi Kuo bildirib. Bu barədə Macrumors saytı xəbər verib.
Analitikin sözlərinə əsasən 2020-ci il iPhone modeli iPhone 4 kimi düz kənarlara sahib metal çərçivə əldə edəcək. Çərçivə smartfonun arxa və ön panelində yerləşəcək şüşə materialın arasında inteqrasiya ediləcək.

Apple-iphone
Hal hazırda aktual olan iPhone modellərinin alüminium çərçivələri dairəvi formadadırlar. iPhone dizaynının dəyişilməsi səbəbilə gələn il metal karkasın və şüşə gövdənin qiymətləri 50% yüksələcək. Yüksələcək qiymət göstəricilərinin nəticə etibarilə iPhone modellərinin qiymətlərinə nə dərəcədə təsir edəcəkləri barəsində analitik bir məlumat verməyib. Bundan əlavə olaraq o qeyd edib ki, gələn il 5G şəbəkə dəstəyinin əlavə olunması səbəbilə Apple şirkəti iPhone modellərinin istehsalatını 85 milyon smartfona çatdıracaq.