Apple şirkətinin iPhone satışları aşağı düşüb
Apple-ın rüblük gəlir proqnozunun azalmasına Çin və ABŞ arasında yaranmış ticarət mübahisələri səbəb olur.

Apple şirkətinin logosu
Amerikan korporasiyasının rəhbəri bunu ABŞ ilə Çin arasında olan gərginliklə əlaqələndirir. CNBC-nin məlumatına görə, bu haqda şirkət rəhbəri Tim Kuk (Tim Cook) münasibət bildirmişdir.
Kukun sözlərinə görə, iPhone məhsulu üzrə proqnozlardan 100%-dan da çox geriləmə əsasən Çinin üzərinə düşür. Çində iqtisadiyyat, Kukun fikrinə görə, ilin ikinci yarısında geriləyir. Apple başçısı hesab edir ki, ABŞ və Çin arasında olan ticarət gərginliyinin olması ABŞ iqtisadiyyatına əlavə təzyiq göstərir.
Apple şirkətinin fəaliyyətinə mənfi təsir göstərən digər amillər arasında, şirkət rəhbəri smartfon batareyalarının maya dəyərinin düşməsi və Birləşmiş Ştatlarda uçot faiz dərəcəsinin artmasını qeyd edir. Bu isə xarici kapital axınının artması və dolların güclənməsinə də kömək edir.