Aprel ayında səyahət ediləcək 10 ən gözəl şəhər
Havanın temperaturunun yavaş-yavaş yüksəldiyi aprel ayında təbiət bənzərsiz mənzərələrlə dolur. Travel Triangle saytıının yazıçıları aprel ayında gediləcək 10 şəhəri siyahıya aldı.

İsveçrə
10.Vancouver, Kanada

Vancouver -Kanada
Aprel ayında səhayət ediləbiləcək ən gözəl yerlərdən biri vancouver əyalətində yerləşən Stanley parkı
Çimərlikləri, gəzinti yolları, mənzərəli sahili və ailəyə uyğun məkanlarıyla Vancouver ən böyük şəhər parkıdır. Burada Vancouverin şimalında 1889-cu ildə inşa edilən 137 metrəlik Capilano körpüsünün altındakı meşə mənzərəsini seyr edə bilərsiniz.
Ayrıca aprel ayının gəlməsiylə balina seyr etmə fəsli də başlayır. Gəmi turuyla bərabər bu gözəl canlıların üzmələrinə şahid ola bilərsiniz.
9.San Fransisko, ABŞ

Golden-Gate körpüsündən görüntü
San Fransisko Amerikanın Kaliforniya əyalətində yerləşir. Kaliforniya ən canlı, ən sürətli, il ərzində ən çox səyahət olunan şəhərlərdən biridir. Havanın istiləşməsi ilə burada açan gözəl çiçəklər ilə birlikdə yamyaşıl mənzərə bəxş edir. San Fransisko dostlarınızla bərabər gedib gəzmək üçün ideal yerlərdən biridir. Gəziləsi məkanlar: Golden Gate körpüsü, Balıkçı İskelesi, Alcatraz adası
8.Yaponiya

Hanami- Yaponiya
Yaponiya aprel ayında Asiya qitəsində görüləcək ən yaxşı ölkələrdən biridir. Ölkə gilas ağaclarının çiçək açmasıyla çəhrayı rəngə bürünür. Bu vaxt ərzində gilas çiçəyi fəslinə ev sahibliyi edən Hanami festivalında da iştirak edə bilərsiniz.
Bayram festivalı gilas ağaclarının altında keçirilir. Gecə olunan şənliyə isə “yozakura” deyilir. Bir çox gilas ağaclarından asılan elektrikli lampalar ortaya möhtəşəm mənzərə bəxş edir.
Gəziləzi məkanlar: Ueno Parkı, Yae dağı, Nakijin Qalası
7.Nepal

Nepal
Nepalın mənzərəsi sizləri heyran edəcək. Tədbirlərin və mədəni festivalların da bir çoxu bu vaxt ərzində keçirilir.
Dağcılıq, yamac paraşutu kimi macera idman növlərinə marağınız varsa Nepal səhayət edəcəyiniz məkanlardan biri ola bilər.
6.Oahu, Havai

Oahu- Havai
Həm təbiət sevərlər, həm də macera axtaranlar üçün Havai adasında həyatınızdakı ən gözəl təcrübələrdən birini yaşaya bilərsiniz.
Qızıl kimi sapsarı sahili, açıq masmavi dəniziylə dostlarınızı və sevdiklərinizlə aprel ayında rahatlamaq üçün gözəl bir məkandır.
Ayrıca çimərlikdə, sörf, üzmə, bu kimi digər bol miqdarda adrenalin dolu su aktivləri mövcuttur.
5.Şri Lanka

Sigiriya- Şri Lanka
Günəşin mülayim və isti işıqlarına baxmayaraq aprel ayında bir gəzinti planlamanın ən yaxşı yerlərindən biri Şri Lankadır.
Çay və ədviyyat bağçaları, yamyaşıl dağları və çimərlikləri, dünyanın dörd bir yanından gələn turistlər üçün çox cəzbedicidir. Günəşdə parlayan gözəl, təmiz və yaşıl ölkənin çimərliklərini kəşf etmək üçün aprel ayı ən yaxşı zamandır. Gəziləcək yerlər: Kandy və Galle şəhəri, Sigiriya antik kəndi və paytaxt Kolombo
4.Paris, Fransa

Paris-Fransa
Sevgilinizlə bərabər romantik tur planlayırsınızsa Paris bunun üçün möhtəşəm bir yerdir. Aprel ayında hava nadirən yağışlı və mülayim olur.
Turistlərin may ayından etibarən bura səyahəti artır. Gəziləsi yerlər: Luvr muzeyi, Nort Dam kilsəsi, Eyfel qülləsi
3.Roma, İtaliya

Kolizey- Roma
Bütün izdihamı və müxtəlif turistik yerləri ilə İtaliyanın ən qədim şəhəri Romadır. Pasxa bayramı üçün sayılı günlərin başladığı aprel ayında gəziləbiləcək ən gözəl yerlərdəndir. Pasxa vaxtında müxtəlif tədbirlərdə iştirak edə bilərsiniz. Aprel ayında buarada hava turistlərə hər tərəfi kəşf etmək üçün şərait yaradır. Antik kənd ziyarətçilərə gəzmək üçün olduqca əlverişlidir. Gəziləcək yerlər: Kolizey Müqəddəd Pyotr Bazilikası, Pantheon Məbədi
2.Antalya, Türkiyə

Antalya-Türkiyə
Aralıq dənizinin sahilində yerləşən Antalya aprel ayında ən gözəl, ən canlı yerlərdən biridir. Bir tərəfdə möhtəşəm çimərlik, digər tərəfdə isə dağların kölgəsiylə Antalya tarixi bir məkandır. Xüsusilə Avropalıların ən çox axtardığı çimərliklərinə sahibdir. Gəziləcək məkanlar: Düdən Şəlaləri, Kaputaş Çimərliyi, Perge Antik Kəndi
1.İsveçrə

Luzern- İsveçrə
Aprel ayında bir az soyuq olmasına baxmayaraq, ən çox romantik tətil yerlərindən biridir. İsveçrə torpağı ilin bu vaxtında gözəl və heyran edicidir. Dostlarınızla, sevdiklərinizlə gedəcəyiniz möhtəşəm bir yerdi. Gəziləcək məkanlar: Luzern, Cenevre, Zürih