Arı sancması zamanı nə etməliyik?
Arı sancarkən ilk anda müdaxilə etmək çox vacibdir. Çünki arının iynəsi içəridə nə qədər çox qalarsa, zəhərini bir o qədər çox buraxır.

Arı sancarkən nə etməliyik
Qızaran böıgədə ilk olaraq qara nöqtə axtarın. Bunu dırnaq ucu ilə və ya bərk bir material ilə aralayın. Qara nöqtəni dağıtmamağa çalışın, nə qədər çox parçalasanız zəhər də bir o qədər çox yayılar. Qara nöqtə arının iynəsidir. İynəsini çıxartdıqdan sonra bölgəni sabun və su ilə yuyun. Sonra buz parçalarını bir torpaya yığaraq üzərinə qoyun. Arı sancdığı bölgənin ağrısı bir neçə saata keçər. Lakin şişmə daha sonrakı günlərdə başlayır.
Unutmamaq lazımdırki, arı sancdıqdan sonra qızarıqlıq keçənə qədər buz və donmuş nəsə qoymaq vacibdir.
Arı sancmalarına qarşı ev üsulu ilə bunları eləmək lazımdır.
Lavanda yağı
Lavanda yağı arının zəhərini asanlıqla silə bilir. Arının sancdığı əraziyə 1-2 damcı lavanda yağı tökün. Bir neçə dəqiqə sonra ağrı keçməyə başlayacaq.

Lavanda yağı
Karbonat və sirkə
Bir miqdar karbonatı sirkə və su ilə macun halına gəlincəyə qədər qarışdırın. Əldə etdiyiniz məcunu sancılan bölgəyə çəkib 30 dəqiqə gözləyin. Karbonat və sirkə arının iyəsində olan zəhəri təsirsiz hala gətirəcək və ağrı hissi azalacakdır.

karbonat və sirkə-arı sancması
Sarımsaq
1-2 diş sarımsağı suyunu buraxana qədər əzin, yaranın üstünə basın. Daha sonra nəmli bir bez və ya dəsmalla bağlayıb, 20-30 dəqiqə saxlayın. Çıxartdıqdan sonra isə su ilə durulayın.

sarımsaq suyu
Soğan
Soğan arı sancması daxil bir çox həşərat sancmalarına yaxşı təsir edir. Bir soğanı ortadan iki yerə parçalayın. Ağrının və acının çox az vaxt içində keçdiyini görəcəksiniz.
Diş məcunu
Diş məcunu da karbonat kimi sancılan ərazidəki zəhəri təsirsiz hala gətirəcək. Yanma, şişmə və ağrının yaranmasının qarşısının alacaqdır. Diş məcunun yaranın üstünə çəkib, təmziləmədən əvvəl 20-30 dəqiqə saxlayın
Bal
Balın arıdan gəldiyini düşününcə bu sistem istər-istəməz təbəssüm etməmizə səbəb olur. Arının sancdığı əraziyə bir az bal çəkib, yaranı qazlı bint ilə bağlayın. Təxminən 1 saata qədər aça bilərsiniz.

Arı sancması-bal