Arılardan gələn şəfa- Propolis
Propolis arıaların bitkilərdən emal etdikləri bir maddədir. Bu plastilinə oxşayan, sarı-yaşıldan qəhvəyi-qaraya qədər çox müxtəlif rənglərdə ola bilən spesifik balzam iyli maddədir.

Propolis nədir?
Propolis müxtəlif bitkilərin yarpaq, tumurcuq, qabıq və bənzər hisslərindən işçi arılar tərəfindən toplanır. Plastik və şam formasında olan, kəskin və gözəl iylidir. Suda əriməyən, otaq tempuraturunda yarı qatı halda olan bir maddədir.
Arı bu maddəni boğaz arasında yerləşən bezlərdən ifraz etdiyi etdiyi fermentlərlə qarışdırır. Propolisin rəngi və fiziksəl xüsusiyyətləri qaynağına görə dəyişməkdədir. Propolisin şam, söyüd, şabalıd, evkalipt kimi ağacların tumurcuq, buda və yarpaqlarından əldə edildiyi bilinir. Prpopolisin tərkibində indiyə qədər 180 fərqli birləşmə müəyyən olunmuşdur. Tərkibində 50% qatranlı birləşmələr və balzamlar var. Təxminin 30 % balmumudur, 10% aromatik yağlar, 5% arı polenidir. Bundan başqa B vitamini, ən vacib isə antibiotik tərkiblidir.
Propolisin faydaları nələrdir?
Propolis, antibakterial, antifungal, antiviral, iltihab əleyhinə, antioksidan, hepatoprotektiv kimi bir çox xüsusiyyətə malikdir. Bu səbəblə ürək xəstəlikləri, diabet və xərçəng kimi xəstəliklərin qarşısını almaq üçün qida və içkilərə əla və olaraq qatılır. Yüksək flavonoid tərkibi ilə dəri xəstəliklərinə səbəb olan göbələk və Candida növlərinə qarşı aktivlik göstərir.