Arıqlamaq üçün hansı qidaları qəbul etmək lazimdır?
Çox insanlar arıqlamağı aclıqda və ya idman zalında keçirməkdə görür. Bəli, məşqlər formada qalmağa yaxşı təsir göstərir. Ancaq ən əsası siz nə yeyirsiz və necə bişirirsiz. Düzgün pəhriz bədənə ziyan vermədən asanlıqla çəki itirməyinizə kömək edəcək.

Hansı qidaları qəbul etmək olar
Arıqlamaq üçün qəbul olunan qidalar çox saydadı, lakin sizin yemək seçiminə ciddi yanaşmanız lazımdı.
Taxıllar
Bu məhsullar qrupu, həzm sistemimizə faydalı olan və kilo verməyə kömək edə biləcək bitki lifləri ilə zəngindir. Onlara görə, doyma hissi tez gəlir və uzun müddət davam edir. Bundan əlavə, taxıl istehlakı bədənin dəyərli elementlərlə doyurulmasında faydalıdır. Bunlara fosfor, sink, magnezium, dəmir, selenium və s. daxildir. Bu maddələr bədənə faydalı təsir göstərir. Xüsusilə, maddələr mübadiləsini sürətləndirirlər.
Diyetoloqlar bu taxıllara üstünlük verməyi tövsiyyə edir:
- Qreçka
- Düyü
- Çovdar
- Yulaf
- Arpa
Tez bişən sıyıqlardan imtina edin. Onların tərkibində yalnız karbohidratlar var və sizə heç bir fayda verməyəcək. Ən azı 10 dəq bişən sıyıqları alın. Onlar faydalıdır.
Ət və balıq

Ət-balıq
Bu, əzələ toxumasının qurulması üçün zəruri bir proteindir. Arıqlamaq üçün ətdən imtina etmək yağ toxumasının yığılmasına və eyni zamanda əzələ itkisinə gətirib cıxarır. Və bədən hələ ətin də həzminə çox enerji sərf edir. Uzun müddət belə bir yeməkdən sonra aclıq hissini unutursunuz. Diyetoloqlar ətin az yağlı növlərinə üstünlük verməyi məsləhət görür – yağsız mal əti, dovşan, toyuq və hinduşka əti. Həmçinin menyuya yumurta da daxil edin.
Kilo itkisi sahəsində bəzi mütəxəssislər ən yaxşı ətin soyuq sularda üzən balıqlar olduğunu düşünürlər. O, yalnız zülallarla deyil yod və omeqa 3 turşuları ilə də zəngindir. Az yağlı balıq seçin. Dəniz məhsullarından da istifadə edin: krivetka, kalmar və s. Zülala geldikdə isə, bir dəfəyə 20-30 qramdan çox almağınızdan qorxmayin, həzm olunacaq.
Tərəvəz
Məhsulların bu qrupu az kalorili olmağı ilə fərqlənir. Həmçinin, tərəvəzlər bədənin həzmi üçün çoxlu enerji sərf edən liflə zəngindir. Bitki lifi həzm sistemini yaxşılaşdırır və maddələr mübadiləsini normallaşdırır. Həm də lif yemək ilə daxil olan yağların həzm olunmasına imkan vermir.
Kilo verən tərəvəzlərə aiddir:
kələm (gül kələm, ağ kələm, brokoli), pomidor, xiyar, bibər, kabaçok, turp, selderey (kökü) və s.
Unutmayın, çuğundur və yerkökü çiy halda yeyilməlidir. Bişmiş halda onlar bədəndəki şəkər səviyyəsini artırır bu da yanlarda artıq yağların əmələ gəlməsinə səbəb olur.
Meyvə

Qreyfurt
Çox meyvələrin tərkibində karbohidratlar aşağı səviyyədədir. Buna görə də, onların qanda qlükoza səviyyəsinə xüsusi təsiri yoxdu. Meyvələr də liflərlə zəngindir.
Arıqlamaq istəyənlərə isə bu meyvələri qəbul etmək olar.
Qreyfrut, alma, nar, armud, kivi, şaftalı
Süd məhsulları
Son zamanlar qatıqla arıqlamaq çox yayılıb. Qatıq kasium ilə zəngindir, hansiki yağ hüceyrələrini parçalamağa kömək edir. Həmçinin, o orqanizmin əzələ toxumasını qurması üçün lazım olan asanlıqla həzm olunan zülallarla zəngindir. Ancaq bu süd məhsullarının bütün üstünlükləri deyil. Belə ki, bərk pendirlərin tərkibində triptofan var. Bədəndəki bu amin turşusu xoşbəxtlik hormonu – endorfinə çevrilir. Diyetoloqlar belə bir qənaətə gəliblər ki, arıqlayanlar öz menyularına pendir daxil edərlərsə, bu onların diyeti pozub şirniyyat yemələrinin ehtimalını azaldır. Buna görə, tort yemək istəyirsinizsə bir dilim pendir yeyin. Amma 20-30 qramdan çox olmamaq şərti ilə yağlı qidalar qəbul etmək olar.
Tövsiyyə olunan süd məhsulları bunlardır (pendirdən başqa):
Qatıq 2,5% yağlılıq
Təbii yoqurt (qatqısız)
Kəsmik 5% yağlılıq
Pendir (yağlılığı 20%-ə qədər)
Tam yağsız qidaları almayın. Onlardan yağı çıxarıb bitki tərkibli yağlar əlavə edirlər. Az yağlı süd məhsulları yeyin.
Qadağan olan məhsullar

Çipsi- mayonez
Bunlara trans yağları daxil olan məhsullar daxildir: yarıfabrikatlar, marqarin, çips, mayonez və s. Bundan əlavə, satılan meyvə şirəsi və qazlı içkilərdən imtina etməlisiniz. Həmçinin, şorabalar və konserv qidalardan istifadə etməməlisiniz. Nişastalı (kartof, düyü) qidalar da olmaz.
Gündə neçə dəfə yemək lazımdır?
Diyetoloqlar deyir ki, yemək tez-tez lakin, az porsiyalarda qəbul edilməlidir. Təxmini 5-6 dəfə. Hər yeməkdə qadınlar 200 qram, kişilər 300 qramdan çox yeməməlidir.
Bu məsləhətlər sizin üçün faydalı olacaq:
- Yeməkdən 20 dəq əvvəl bir stəkan su için.
- Kiçik boşqablarda yeyin. Onlarda kiçik porsiya da böyük görsenir.
- TV qarşısında və ya kompyuter arxasında yeməyin. Daimi yayınma istehlak miqdarını 20% artırır. Yeməkdən zövq almayacaqsınız və daha çox yeyəcəksiniz.
- Fastfood yeməyin. Yalnız özünüz hazırladığınız yeməkləri yeyin və ya kafedə mayonezsiz yeməkləri seçin. Və heç bir qizardılmış və yağlı yeməklər olmaz.
Əlbəttə ki, işdə bu cür rejimə əməl etmək çətindir. Buna görə də, həmişə üstünüzdə qoz-fındıq, təzə alma, xiyar dilimləri və ya şəkərsiz kəsmik kimi atışdırmalıqlar götürün.
Arıqlamaq üçün menyu necə qurulur?
Kalorinin böyük bir hissəsini günün birinci yarısı qəbul etməlisiniz. Buna görə səhər yeməyi zəngin, nahar isə balanslı olmalıdır. Yeri gəlmişkən, günün birinci yarısı şirniyyat da yemək olur. Çünki şirin beyin üçün vacibdir. Yalnız qədərini bilin. Su içməyi də unutmayın. Günə ən azı 1,5-2 litr tükətməlisiniz. Bu arıqlamaq üçün içilən yaşıl çay, qəhvə, meyvə şirəsindən əlavə içilməlidir.
İdmandan əvvəl və sonrakı qidalanma

idman-sağlamlıq
İdmandan öncə düzgün qidalanmamaq idman zamanı narahatçılığa səbəb ola bilər və ya onu faydasız edə bilər. İdmandan 1 saat öncə yemək lazımdır. Yaxşı olarkı tərkibi zülal və karbohidratlı olsun. Kəsmik, qaynadılmış balıq, toyuq, yumurta kimi. Zülallar kimi karbohidratlar da yaxşı həzm olunmalıdır. Mükəmməl bir seçim kimi, meyvə, tərəvəz sayılır. Məşq zamanı mütləq çoxlu maye qəbul olunmalıdır. Bir saat orta intensivlikdə idman edirsinizsə 1 litr maye itirirsiz.
İdmanın nəticəsini görmək üçün ordan sonrakı qidalanma düzgün seçilməlidir. Hətta bəzi sürətli karbohidratlar + zülallar qəbul edə bilərsiniz. Məsələn, yarim banan. Bu enerjinin sürətli bərpası üçün lazımdır. İdmandan sonra tərəvəzli salatla balıq və ya ət, dəniz məhsulları yeyə bilərsiz.
Yeri gəlmişkən, idman üçün idman zalına getmək vacib deyil. Evdə də bəzi idmanları etmək olar. İdman üçün ən yaxşı seçim qaçmaqdır. Qaçmağa 10 dəqiqədən başlayıb getdikcə artıra artıra 1 saata çatdırmalısız. Bu üsulla aya 10 kq –a qədər çəki ata bilərsiniz. Arıqlamaq üçün gündəlik ayaqla da gəzmək vacibdi. Günü 20 dəqiqədən başlayıb getdikcə çoxaldırsınız.