Avstraliya Qərbi Qüdsü İsrail paytaxtı kimi tanıdı.
Avstraliya on illik xarici siyasətini dəyişərək Qərbi Qüdsü İsrail paytaxtı kimi tanıdı. Eyni zamanda, ölkənin Baş Naziri Skott Morisson qeyd edib ki, münaqişə sülh yolu ilə tam həll edilməyincə səfirlik Qüdsə köçürülməyəcək.

Skott Morrison – Avstraliyanın Baş Naziri
Şənbə günü Avstraliya höküməti Qərbi Qüdsü İsrail paytaxtı kimi tanıyaraq ABŞ prezidenti Donald Trampın nümunəsi ilə bu addımı atan Qvatemala, Çexiya, Braziliya və Qondurasdan ibarət az saylı ölkələr sırasına qoşuldu. Morrison eyni zamanda vurğulayıb ki, Kanberra höküməti gələcəkdə Şərqi Qüdsü Fələstin dövlətinin paytaxtı kimi tanımaq niyyətindədir. Sidney şəhərində çıxış edərək Morrison deyib ki,
Avstraliya Qərbi Qüdsü tanıyır – Knessetin və bir çox dövlət qurumlarının yerləşdiyi bu şəhər İsrailin paytaxtıdır.
Qüdsün müqəddaratı İsrail – Fələstin danışıqlarında əsas mübahisə mövzularından biridir. İsrail 1967-ci ildə birtərəfli olaraq Qüdsü tam nəzarətə götürərək bu şəhəri bütöv olaraq İsrail paytaxtı hesab edir – Fələstin rəsmiləri isə ümid edirlər ki, Qüdsün şərq hissəsi gələcəkdə qurulacaq Fələstin dövlətinin paytaxtı olacaq.
Tramp birtərəfli olaraq ABŞ səfirliyini Qüdsə köçürəndən öncə digər dövlətlər danışıqlara mənfi təsir etməmək məqsədi ilə bu addımdan çəkinirdilər.
Hesablamalara görə Avstraliya səfirliyinin Qüdsə köçürülməsi çox bahadır və ölkəyə 200 milyon ABŞ dolları bahasına gələcək. Morrison əlavə edib ki,
Biz səfirliyi Qərbi Qüdsə Şəhərin statusunun tam müəyyən edilməsindən sonra köçürəcəyik.
Baş Nazir bildirib ki, Avstraliya İsraildə hərbi və ticarət nümayəndəliklərini açacaq. O, qeyd edib ki,
İsraillə hərbi sahədə əlaqələrin dərinləşməsi və illik ticarətin artaraq 1.3 milyard ABŞ dollar təşkil etməsini nəzərə alsaq bu qərar ikitərəfli münasibətlərin inkişafına yardım edəcək.
Qüdslə bağlı qərarın səbəbi və nəticəsi
Morrison ölkənin xarici siyasətində etdiyi dəyişikliklər onun ən çox əhalisi olan müsəlma qonşusunu İndoneziyanın qəzəbinə səbəb olmuşdu. Artıq bir ildir ki üzərində çalışdıqları 16.5 milyard ABŞ dolları dəyərində olan ikitərəfli ticarət razılaşması təxirə salındı. Avstraliya öz vətəndaşlarını İndoneziyaya səfər edərkən “artıq dərəcədə ehtiyyatlı olmalarını” tövsiyyə etdi.
Ehtimal olunur ki, gələn il seçkilərində ciddi rəqabətlə qarşılaşacağından ehtiyyat edən Baş Nazir Qüds qərarı ilə ölkədə yəhudi icmasının və mühafizəkar xristianların dəstəyini və ağ evin rəğbətini qazanmaq niyyətindədir. Ancaq Baş Nazirin qərarını “yarımçıq” hesab edən yəhudi icmasının ilkin reaksiyası elə də müsbət olmadı.
Müxalif Əmək partiyası Morrisonu şəxsi maraqların ölkə maraqlarından üstün tutması ilə günahlandırıb. Penni Vonq qeyd edib ki,
Qərbi Qüdsü İsrail paytaxtı kimi tanıyaraq səfirliyi Tel-Avivdə saxlamaq sadəcə olaraq simanı itirməmək üçün bir cəhddir.
O, əlavə edib ki,
Bu yalnız risk yaradan və Avstraliyanı beynəlxalq ictimayyətdən uzaqlaşdıran faydasız bir addımdır.
Fələstinin Avstraliyada səfiri İzzət Abdulhadi bilditib ki, Fələstin hakimiyyəti ərəb və müsəlman ölkələrini Avstraliyadan öz səfirlərini geri çağırmaqlarını və bu ölkə ilə iqtisadi əlaqələrini məqdudlaşdıraraq boykot etmələrini xahiş edəcək.
Qüdsün müqəddaratı ilə bağlı yanaşmalar
İsrail konstitusiyası Qüdsü tam olaraq ölkənin paytaxtı elan edir. Dünya ölkələrini əksəriyyəti və Birləşmiş Millətlər Təşkilatı (MBT) İsrailin yalnız Qərbi Qüds üzərində suverenitetini tanıyaır. Fələstin muxtariyyətinin rəhbələri isə paytaxtı Şərqi Qüdsdə olaraq azad Fələstin dövlətinin yaradılmasını tələb edir.
Hazırda Qüdsdə öz səfirliklərini ABŞ və Qvatemala yerləşdirib. Paraqvay öz səfirliyini Qüdsə köçürsə də, sonradan öz diplomatlarını yenidən Tel-Avivə qaytarıb. Eyni zamanda Qüdsdə Çex evi də fəaliyyət göstərir, ancaq Avropa İttifaqının siyasətinə zidd ola biləcəyinə görə səfirliyin köçürülməsi nəzərdə tutulmayıb. Braziliyanın yeni prezidenti Jair Bolsonaru da ölkəsinin səfirliyini Qüdsə köçürmək istədiyini bildirib.