Azərbaycanda 10 milyonuncu sakin dünyaya gəlib
Azərbaycan Respublikasının tarixində çox əlamətdar hadisə baş verib, əhalinin sayı 10 milyon nəfərə çatıb. Aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Azərbaycan- 10 milyonuncu
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Dövlət Statistika Komitəsinin hesablamalarına əsasən, aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.
Azərbaycan Respublikasının vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.
Körpə tam sağlamdır və peşəkar tibb işçilərinin nəzarəti altındadır.
Ocaqova Nigar Çərkəz qızı və Həsənov Rauf Yunis oğlu Ağdərə rayonunun sakinləridirlər və hazırda Ağdam rayonunun Baş Güneytəpə kəndində qeydiyyatda olan məcburi köçkündürlər.
Azərbaycan 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə paytaxtda bir sıra tədbirlər keçirib.
Bakının bütün rayonlarında ağacəkmə aksiyası və Bakı bulvarında konsert proqramı keçirilib. Böyük atəşfəşanlıqla davam edib.