Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı təşkil olunacaq
21-26 Noyabr tarixinlərində Azərbaycanda ilk dəfə “StartupFest 2019” adı altında bir həftəlik beynəlxalq startap festivalı təşkil olunacaq. Festival, bir çox beynəlxalq brendlərin silsiləvi tədbirlərindən ibarət olacaq ki, bunlardan biri də 22-24 Noyabr tarixində baş tutacaq “Startup Weekend Fintech Baku”dur.

54 saat davam edəcək tədbir sizə ideyanızı həyata keçirməyə şans verəcək. Siz 54 saat ərzində digər sənaye sahələrindən texnoloji və biznes modelləri istifadə edərək maliyyə dünyasını yeniləmək və Fintech dünyasının ən çətin problemlərinə real həllər yaratmaq üçün texnoloqlar, bank mütəxəssisləri, sahibkarlar, dizaynerlər, developerlər və digər mütəxəssislərlə işləyəcəksiniz.
Techstars Startup Weekend Fintech Baku tədbirində iştirak etməklə siz həm mükəmməl təcrübə həm də peşəkar şəbəkə əldə edəcəksiniz.
Startup Weekend Baku Fintech tədbirinin baş sponsoru Bank Respublikadır.
Qaliblərimizə isə:
1. İstanbulda keçiriləcək “Startup Turkey” tədbirində iştirak
2. Bank Respublika-dan pul mükafatları
3.Topla.az-dan pul mükafatları
İştirak edin, siz də qazanın!
Bilet əldə etmək üçün: https://bit.ly/2QFhQKT