Balqabaq tumunun faydaları
Bəlkə günəbaxan tumu qədər deyil, ancaq yediyimiz çərəzlər arasında ən məşhurlardan biri olan balqabaq tumu yüksək qida dəyəri ilə sağlamlığımıza faydalıdır. Balqabaq tumunun faydaları arasında sink və dəmir minerallarla zəngin olması ilk sırada gəlir. Ayrıca sağlam yağ olaraq tanınan omega 3 yağ asidləri ilə də zəngindir.

balqabaq tumu və faydaları
Aparılan araşdırmalar göstərir ki, balqabaq tumundakı komponentlər prostat genişlənməsindən menopoz simptomlarının yüngülləşməsinə qədər bir çox xəstəlikdə faydalıdır. Balqabaq tumunu yeyərkən nəzərə alınmalı olan məqam, bu tumun çox yüksək kalorili dəyərə sahib olmasıdır.
Balqabaq tumunun sağlamlığa faydaları
Sink mineralı
Sink cəhətdən olduqca zəngindir. 1 ovuc balqabaq toxumu gündəlik sink ehtiyacının təxminən 20% -ni təmin edir. Sinkin ən vacib faydası immunitet sistemini gücləndirməkdir.
Bu mineral hüceyrələrin böyüməsi və bölünməsi, yuxu rejiminin qorunması, yaddaşı qorumaq və yaxşılaşdırmaq, yaraları sağaltmaq, qoxu və dad hisslərini inkişaf etdirmək, göz və dəri sağlamlığını qorumaq üçün də vacibdir. Sink çatışmazlığında xroniki yorğunluq, soyuqdəymə, depressiya, sızanaq və öyrənmə pozğunluqları ola bilər.
Kilo itkisi
Balqabaq tumları ümumiyyətlə kilo verməyə kömək olan qidalara daxil edilmir, ancaq kontrol altında qəbul edilərsə çəki verməyinizə kömək olar.
1 ovuc balqabaq tumunda təxminən 5 qr protein vardır. Bu miqdar gündəlik protein ehtiyacının 10% -nə uyğundur. Buna görə də, digər yüksək proteinli qidalar kimi balqabaq tumu sizi uzun müddət tox tuta bilər. Xüsusilə məşqdən sonra biraz balqabaq tumlarını yemək yağ yandırmasını asanlaşdıracaq.
Maqnezium mineralı
30 qram balqabaq tumu gündəlik maqnezium ehtiyacının 20% -ni qarşılayır. Maqnezium mineralının ürək ritmini, sümük sağlamlığını və qan təzyiqini tənzimləmək kimi vacib vəzifələri var.
Maqnezium bir çox qidada (badam, ispanaq, fıstıq, soya südü, qara lobya, çörək, qatıq) mövcud olduğuna görə xroniki maqnezium çatışmazlığı nadirdir. Lakin antibiotik istifadə edənlər, diabet və xərçəng müalicəsi dərmanlarından istifadə edənlər, böyrək xəstəlikləri olanlar və 60 yaşında olanlar yetkinlərdə bu mineralda çatışmazlığı ola bilər. Maqnezium damarların rahatlanmasına kömək edir və buna görə ürək sağlamlığının qorunması üçün tövsiyə olunan minerallardan biridir.
Omega3
Balqabaq tumu da daxil olmaqla çiy çərəzlər bitki qaynağlı omega 3 yağ asidləri cəhətdən ən sağlam mənbələrdir. Bitki mənşəli omeqa 3 yağ asidləri ədən tərəfindən daha təsirli EPA və DHA omega 3 yağ aidlərinə çevrilir. Bədənimiz omeqa 3 istehsal etmədiyi üçün yalnız istehlak etdiyimiz qidalardan əldə edirik.
həmiyyətli bir komponent olan omega 3 damar kirəçlənməsindən depressiyaya, uşaq inkişafından astmaya, diqqət çatışmamazlığından Alzheimerə qədər bir çox xəstəliyin profilaktikasında və müalicəsində istifadə olunur. Balqabaq tumundan başqa kətan toxumu, qoz, zeytun yağı, somon balığı kimi qidalar da yüksək miqdardaomega 3 tərkiblidir.
Dəmir
Balqabaq tumu toyuq və ya quzu ciyərindən sonra ən çox dəmir tərkibli qidalar arasında 3-cü yerdədir. Dəmir mineralı oksigenin qandan bütün bədənə ötürülməsinə imkan verən qırmızı qan hüceyrələrinin istehsalında istifadə olunduğu üçün vacibdir. Əgər hüceyrələrə və orqanlara gedən oksigen azalarsa bunun ilk əlaməti halsızlıq olaraq görülür. Dəmir mineral saç, dırnaq və dəri sağlamlığının qorunması üçün də vacibdir.
Prostat böyüməsi
Balqabaq tumu 1900-ci illərin əvvəlində prostat genişlənməsini müalicəsində istifadə edilirmiş. Bəzi tədqiqatlar balqabaq tumundakı bitki sterollarının (fitosterol) prostat genişlənməsindən qoruya biləcəyini göstərir. Bundan əlavə, balqabaq tumlarında olan bəzi digər komponentlər, prostat genişlənməsinin səbəblərindən biri olan testosteronun dihidrotestosterona (DHT) çevrilməsinin qarşısını alır.
Menopoz simptomları
Balqabaq tumu və balqabaq tumunun yağı menopoz dövründəki isti basması, tərləmə, oynaq ağrlıları kimi əlamətləri yüngülləşdirir. Balqabaq tumunun yağı menopoz sonrası HDL (yaxşı xolesterol) səviyyəsinin artmasına kömək edir.
Yuxu rejimi
Təbii bir amino asit olan “triptofan” tərkibli balqabaq tumu yuxunuzu rejimə salar. Bədən tərəfindən yuxu hormonu olaraq bilinən serotoninə çevrilən triptofan hormonu yuxu pozğunluqlarının müalicəsində istifadə olunur. Yatmadan 2-3 saat əvvəl 1 ovuc balqabaq tumunu yeyərək yuxu keyfiyyətini yüksəldən melatonin və serotonin səviyyəsini artıra bilərsiniz.
Diabet
Balqabaq tumunun diabetə təsiri yalnız laboratoriya heyvanları üzərində aparılan tədqiqatların nəticələrinə əsaslansa da, ilkin nəticələr çox perspektivlidir. Balqabat tumunun şəkərli heyvanlarda insulinin tənzimlənməsinə köməkçi olduğu aşkar edildi. Eyni araşdırma nəticələri balqabaq tumunun diabet səbəb olduğu böyrək xəstəliklərindən də qoruduğu görünür. Bunun əsas səbəbi, balqabaq tumlarının sərbəst radikalları zərərsizləşdirərək müxtəlif xəstəliklərin inkişafını sürətləndirən orqanizmi oksidləşdirici stresdən qorumasıdır.