Bitkoinləri unudun, bilik və bacarıqlara pul yatırın!
Latın Amerikası ixtisaslı insanlar (işçilər) çatışmazlığından dünyada ən çox əziyyət çəkən regiondur. Bəs bu problemi necə həll etmək olar?

Bitkoin
Gündəlik olaraq müxtəlif təhdidlərlə qarşılaşan və eyni zamanda dəyişən iqtisadi mühitdə fərdin (insanın) bilik və bacarıqlarının inkişaf etdirilməsi bütün dünyada aktuallığını itirməyib.
Qloballaşma və texnoloji inkişaf bu və ya digər hədəfə nail olmaq yolunda fərd (insan) qarşısında əlavə maneələr qaldırır, yəni kompleks bilik və bacarıqlara yiyələnməyi tələb edir.
Dünya dövlətləri arasında Latın Amerika regionunun dövlətləri ixtisaslı kadrların çatışmazlığından daha çox əziyyət çəkirlər. Az və ya orta ixtisaslı insanlar bir növ “orta təbəqə tələsinə” düşüblər. Bir tərəfdən onlar sosial vəziyyətlərini yaxşılaşdırmaq istəyir. Lakin daha yaxşı iş (karyera) tapmaq və ya fərdi biznes qurmaqda (zəruri bilik və bacarıqlarının çatışmadığına görə) çətinlik çəkirlər. Okeanın o tayında isə əksər Avropa və Asiya dövlətləri təhsil sistemləri və əmək bazarlarında islahatlar apararaq (onları müasir tələblərə uyğunlaşdırmaqla), iqtisadiyyatlarında adam başına düşən gəliri artırmağa nail olublar.
Bilik və bacarıqlara edilən yatırımlar əhali arasında bərabərsizliyin aradan qaldırılmasına da öz töhfəsini verir. Çünki az ixtisaslı işçi daha az çalışır və nəticədə yüksək ixtisaslı işçidən fərqli olaraq, daha az əmək haqqı alır. Bu sahəyə davamlı yatırım olmasa vəziyyət getdikcə daha da pisləşəcək. Yekun nəticədə innovativ şirkətlər və onların yüksək ixtisaslı işçiləri yenə də hamıdan çox qazanaraq, hər şeyə nail olacaqlar.
Latın Amerikasındakı bilik və bacarıqlar haqqında nə bilirik?

Latın Amerikası- işçilər
“ManpowerGroup”un yerli əmək bazarlarında keçirdiyi sorğunun nəticələrinə görə Latın Amerikasında hər 10 şirkətdən 4-ü zəruri işçinin tapılmasında (kadr ehtiyyatlarında) çətinlik çəkdiyini qeyd edib. Sorğuya görə 59% nəticə ilə ixtisaslı kadr qıtlığından ən çox əziyyət çəkən Latın Amerikası dövləti Argentinadır. 50% nəticə ilə sıralamada ikinci yerdə Kolumbiyadır, Peru isə 49% nəticə ilə üçüncü yerdə qərarlaşıb.
10 ildən çox bir müddət ərzində (yəni 2000-ci illərin iqtisadi artımı, 2012-ci ildəki azalma və 2015-2016-ci illərdəki durğunluq) Latın Amerikası dövlətləri ixtisaslı kadr çatışmazlığı üzrə bir çox beynəlxalq reytinqlərdə birinci yerdə qərarlaşırlar.
Bu problemi necə aradan qaldırmaq olar?
Təhsil proqramları, eyni zamanda ixtisas artırma kursları texniki bilik və bacarıqları tədris etməlidirlər. Bu kimi biliklər insanın həyatında vacib rol oynayır, zərurət yarananda iş yerini dəyişməyə və yeni mühitə tez bir zamanda öyrəşməyə imkan verir.
Sinif otağında tədris olunan elm, onu öyrənən insana sabah bayırda (gündəlik həyatda) faydalı olmalıdır. Bu sarıdan hər bir fərdə (insana) ali riyaziyyat tədris etmək səhv yanaşma tərzidir.
İxtisas artırma, eyni zamanda yeni bilik və bacarıqların əldə edilməsi müasir trenddir. Məhz bu amillər (müasir işçi qüvvəsinin yüksək ixtisaslaşması) növbəti onilliklərdə dünya iqtisadiyyatı irəliyə aparacaq. Buna da nail olmaq üçün müasir dövrdə biznes sektorunun hansı bilik və bacarıqlara ehtiyacı olduğunu analiz edərək, əhali arasında məhz həmin bacarıqları inkişaf etdirmək lazımdır.
Bunu necə etmək olar?
Yuxarıda qeyd etdiyimiz prosesi həyata keçirmək istiqamətində işəgötürənin boynuna böyük öhdəliklər düşür. Çünki o bu prosesin bütün mərhələlərində (zəruri bilik və bacarıqların analizi, onlara uyğun qiymətləndirmə və qəbul proqramlarının təşkili, təşəbbüslərin birgə maliyyələşdirilməsi və s.) yaxından iştirak etməlidir. Bütün bu addımlar dövlətin Təhsil, Əmək və Gənclər nazirliklərinin, maliyyə qurumlarının yaxından iştirakı ilə işlənib, hazırlanmalıdır. Daha sonra geniş ictimaiyyətə aşılanmalıdır.