Bloomberg: Rusiya indi OPEC-i idarə edir – Topic.az
Bloomberg: Rusiya indi OPEC-i idarə edir

Bloomberg: Rusiya indi OPEC-i idarə edir

Əgər kimsə hələ də OPEK-in zombi təşkilatdan başqa bir şey olmadığına şübhə edirdisə, son hadisələr məsələnin nöqtəsini qoymuşdur. OPEK müstəqil qərar vermək iqtidarında olmadığını nümayiş etdirdi. Onun daha az təsir qüvvəsinə malik üzvləri neft hasilatının azaldılması ilə bağlı əsas zərbəni öz üzərinə götürmək məcburiyyəti ilə üz-üzə qaldılar. Bu isə, Rusiya OPEK-in baş ofisində müzakirələri öz kontrolu altına aldığından sonra baş verdi. Hətta Səudiyyə Ərəbistanının yanvaradək öz neft hasilatını gündəlik bir milyon barelə kimi azaldacağı haqda bəyanatından sonra belə treyderlər sadəcə çiyinlərini sıxmışlar.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 11.01.2019 Baxış sayı:  1126 Müəllif: 
Vladimir Putin və Səudiyyə kralı Salman

Vladimir Putin və Səudiyyə kralı Salman

Bu əvvəllər müxtəlif ölkə hökumətlərini qorxuya salan bir təşkilat üçün çox acınacaqlı nəticədir. Bu necə alındı?

OPEC üzvləri 6 dekabr tarixində təşkilat katibliyinin binasında toplandı. Tələbin azalması və ABŞ-də hasilatın kəskin artması onlara 2019-cu ildə bazarın balanslaşdırması üçün hasilat həcmlərini azaltmaq haqda qərar qəbul etməyi zəruri etmişdir. Ancaq OPEC üzvləri bu yükü aralarında necə bölüşdürəcəkləri barədə heç cür razılığa gələ bilmədilər.

Səudiyyə Ərəbistanı, bütün üzvlərin 2018-ci ilin oktyabrında olan hasilat göstəricilərinə əsaslanıb neft hasilatını eyni faiz dərəcəsində azlatmaqlarına təkid edirdi. Nəzərə alsaq ki may ayından etibarən OPEC-də ən böyük istehsalçı olan Səudiyyə Ərəbistanı istehsal həcmini günə bir milyon bareldən artıq miqdarda artırmışdır, rəqibləri bazarda balans yaratmaq üçün neftin azaldılması yükünün böyük hissəsini məhz Səudiyyənin öz üzərinə götürməsinə təkid etdilər. Bununla yanaşı, İran bir qrup ölkə adından özlərinin hazırkı çətin vəziyyətini nəzərə alıb, özlərinə dair xüsusi şərtlər tələb etmişdir.

Bu mübahisələr 2016-cı ilin aprelində Doha müqaviləsinin bağlanmasına mane olan vəziyyəti xatırladırdı və bu vəziyyətin təkrarlanmasını heç kəs istəmirdi. Lakin 6 dekabr tarixində heç bir razılıq əldə olunmadı və Səudiyyə Ərəbistanının neft naziri Xalid əl Falih (Khalid Al-Falih) bəyanatında belə bir razılığın ümumiyyətlə əldə olunmasının mümkünlüyünə “şübhə” etdiyini bildirdi. Daha sonra, Səudiyyə Ərəbistanı və İran nümayəndə heyətlərindən başqa, bütün heyətlər Lixtenşteyn sarayında rəsmi şam yeməyində yığışdı.

Cümə günü bir qədər yaxşı başladı. OPEC üzvlərinin təşkilat  tərəfdaşları ilə görüşəcəyi gözlənilirdi.  OPEC nazirləri yenidən müzakirələrə başladı. Ancaq müzakirələr bir nəticəyə gətirib çıxarmadı və OPEC+ görüşməsi günün ikinci yarısına kimi təxirə salındı.

Daha sonra ruslar gəldi.

Adətən belə danışıqlardan əvvəl ikitərəfli müzakirələr aparılır. Müzakirələr danışıqlardakı mövqeləri müəyyən etmək üçündür. Bu iki-üç gün və ya iki-üç saat əvvəl yaranan və artıq adi hal almış bir vəziyyətdir. Adı çəkilən müzakirələr, adətən, müxtəlif ölkələrin nümayəndə heyətlərinin yerləşdiyi Vyana şəhərinin ən lüks otellərində keçirilir. Son bir neçə il ərzində Rusiya bu müzakirələrdə fəal iştirak etməyə başlamışdı.

Lakin Rusiyanın energetika naziri Aleksandr Novak cümə günü səhər saatlarında OPEC baş katibinin ofisinə getdi. Bunu OPEC-in süqutunun ilk real işarəsi kimi qəbul etmək olar. Daha sonra Novak ilk olaraq İranın daha sonra isə Səudiyyə Ərəbistanının neft nazirləri ilə görüşdü. Danışıqların hər biri 45 dəqiqə davam etdi. İki saat sonra OPEC ölkələri razılığa gəldi. İran, Liviya və Venesuela haqda sonuncu açıqlamada bir söz olmasa da belə, onlar israr etdikləri güzəştləri ala bildilər.

Kağız üzərində əldə edilən razılaşma ədalətli və məqbuldur. OPEC, 2018-ci il oktyabr ayının səviyyəsinə görə hasilatını günə 800 min barel  aşağı salacaq və bu təşkilat üzvlərinin istehsalını 3% azaldacaq. OPEC tərəfdaşları neft hasilatını 2% azaldacaq, bu isə günə 400 min barel təşkil edəcəkdir. Azaltmaların həcmi gələn ilin birinci yarısına tələb və təklifin balanslaşdırılması üçün kifayət edəcəkdi.

Əl Falihin sözlərinə görə, krallıq hasilatını noyabr ayından yanvara kimi günə 11,1 milyon bareldən 10,2 milyon barelə dək azaldacaq. Bu, olduqca əhəmiyyətli azalma kimi görsənsə də, müqavilənin ilkin variantında göstərilən rəqəmdən günə 150 min barel artıqdır.

Və burada OPEC+ yeni sazişinin şərtlərindəki qeyri-bərabərlik aşkara çıxır. May ayından oktyabr ayına dək Səudiyyə Ərəbistanı, Rusiya, BƏƏ və İraq istehsal həcmini gündə 1,6 milyon barelə kimi artırdı. Bu nəinki bazarda neftin artıqlığına gətirib çıxardı , həm də hasilat həcminin aşağı salınmasından əvvəl daha yüksək başlanğıc nöqtələrinin olmasını təmin etdi. Təşkilatın digər üzvləri hasilat səviyyəsinin azaldılması üçün daha aşağı başlanğıc nöqtələrindən başlamağa məcbur olacaqlar.

Nəticədə, OPEC-in daha zəif istehsalçıları 2016-cı ildən davam edən OPEC siyasəti nəticəsində ortaya çıxan yükün böyük hissəsini öz üzərlərinə götümərəyə məcbur olacaqlar.

Qərar vermə prosesinə nəzarətin Kremlə  ötürülməsi bu qrupa, xüsusilə də daha zəif üzvlərinə baha başa gəldi. Bunlardan bəziləri onsuz da maraqlarının nəzərə alınmadığını hiss etmişdilər. Bu yeni razılaşma onların fikirlərini dəyişdirməyəcək və OPEC-in güclü və zəif üzvləri arasında olan boşluq daha da artacaq.

Rusiya bu manevri mükəmməl yerinə yetirdi. O, 2018-ci ilin oktyabr ayının göstəricisinə nisbətdə öz hasilatını günə 230 min barel azaldacağına razılaşmışdır. Xatırladaq ki, bu göstərici 11,42 milyon barel təşkil edirdi. Şərtlərə görə hasilat günə 11,19 milyon barelə endiriləcək, bu isə 2016-cı ilin ilkin göstəricisindən 15 min barrel azdır – beləliklə, söhbət yalnız 0,1%-dən gedir.

İndi isə Rusiyanı OPEC üzvü olan Əlcəzair ilə müqayisə edin, onun hasilat həcmi Rusiya hasilatının təxminən onda birini təşkil edir. Əlcəzair üçün yeni göstərici günə 1,023 milyon barel olacaq və o, hasilatını 66 min barel azaltmalı olacaq, yəni 2016-cı ilin göstəricisindən 6,1% miqdarında azaldacaq.

Nəticədə nə baş verdi?

Neft bazarları xəbərlərə laqeyd yanaşdı. Müqavilənin elan olunmasından dərhal sonra baş verən qısamüddətli yüksəlmədən sonra, Brent markalı neft görüşmədən əvvəlki səviyyəsindən də aşağı düşdü. Ola bilsin ki, treyderlər OPEC-in bu razılaşmanı həyata keçirə biləcəyinə inanmadılar və ya onlar müqavilənin qüvvəyə minməsini gözləyirdilər.

Bloombergdə dərc edilmiş məqalənin ümumi nəticəsi:

OPEC çox şey itirdi və demək olar ki, heç bir şey qazanmadı.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Yaxın mövzular

rusiya-qlobal internet
Biznes və texnologiya   ⁄   24.12.2019   ⁄   1064  baxış

Rusiya qlobal internet şəbəkəsini istədiyi zaman tərk edə biləcək

Rusiya müstəqil internet infrastrukturunun yaradılması üçün addımlar atır. Hökumət, kiber hücumlara qarşı görüləcək tədbirlər üçün qlobal internet şəbəkəsindən müvəffəqiyyətlə ayrıldığını açıqladı.

Turizm   ⁄   06.12.2019   ⁄   9523  baxış

Dünyanın 10 ən soyuq yeri

Mülayim hava bir çox insanın xəyalı ikən həddindən artıq isti və soyuq dünyann bir reallığıdır. Xüsusilə şimal və cənub qütb bölgələrinə yaxınlaşdıqca, soyuq hava təsirini daha çox hiss elətdirərkən planetimizin ucqar bölgələri bu soyuqdan öz paylarını alırlar.

Wikipedia
Gündəm   ⁄   04.12.2019   ⁄   963  baxış

Rusiya Wikipedia-nı yerli ensiklopediyası ilə əvəzləyəcək

Rusiya rəsmi olaraq, Vikipediyanı əvəz edəcək, yerli  ensiklopediyasını rəsmiləşdirdi. Yeni ensiklopediya ‘Böyük rus ensiklopediyası’ adlandırılacaq.

Ginnesin rekordlar kitabı
Gündəm   ⁄   22.01.2019   ⁄   3340  baxış

“Maşa və Ayı” Ginnesin rekordlar kitabında

“Maşa və Ayı” cizgifilminin bir epizodu olan «Маша плюс каша» YouTube-da ən çox izlənilən cizgi filmi olaraq Ginnesin Rekordlar Kitabına düşüb. Bu məlumat “Animaccord” şirkətinin mətbuat xidmətində təsdiqlənib.

Orxan Camal - Mərkəzi Afrika Respublikasında qətlə yetirilmiş jurnalist
Gündəm   ⁄   10.01.2019   ⁄   1350  baxış

Ruslar Afrikanın mərkəzini də ələ keçirə bilər

Orxan Camalın qətlə yetirildiyi ölkə olan Mərkəzi Afrika Respublikasının müdafiə naziri burada Rusiya hərbi bazasının yaradılmasının mümkünlüyünü qeyd edib.

Müəmmar Qəddafinin oğlu - Seyf əl-İslam Qəddafi
Gündəm   ⁄   04.01.2019   ⁄   1867  baxış

Rusiyanın Liviya üçün planı var – növbəti Qəddafi

Rusiyanın Liviya üçün yeni potensial lideri var. Bu şəxs köhnə diktator Müəmmar Qəddafi-nin oğlu Seyf əl-İslam Qəddafi-dir.

Gündəm   ⁄   27.12.2019   ⁄   2000  baxış

Messenger Facebook hesabı olmadan istifadə edilə bilməz

Ən populyar sosial media tətbiqetmələri və platformaları sahib olan Facebooka məxsus Messengerdə yeni bir dəyişiklik edildi. Bu gündən etibarən Facebook hesabı yaratmadan Messenger tətbiqi olmayacaq. Facebookun sürətli mesajlaşma tətbiqi Messenger-i yalnız bir mobil telefon nömrəsi ilə qeydiyyata almaq mümkün idi. Ancaq görünür bu artıq mümkün olmayacaq. Yeni istifadəçilər Messenger istifadə etmək üçün bir Facebook hesabı açmalıdırlar.

Gündəm   ⁄   27.12.2019   ⁄   2085  baxış

İnternetə sərf olunan vaxt televiziya izləməsindən çoxdur

İnsan gündə orta hesabla 170 dəqiqə televiziya qabağında keçirir. Sosial siniflər nəzərdən keçirildikdə bu nisbət artır. Lakin ABŞ-da bir media istehlakı hesablaması, insanların bir neçə il ərzində internetə sərf etdiyi vaxtın televiziya izləməsini keçəcəyini göstərir.

TikTok
Gündəm   ⁄   26.12.2019   ⁄   2046  baxış

TikTok, ABŞ-ı susdurmaq üçün Çindən uzaqlaşmağa başladı

Çinli ByteDance şirkətinə məxsus sosial media tətbiqi TikTok, keçən ildən bəri istifadəçilərin sayını xeyli artıraraq bütün dünyada məşhurlaşdı.

twitter-dən yenilik
Gündəm   ⁄   24.12.2019   ⁄   1951  baxış

Twitter-dən yeni xüsusiyyət: Paylaşmaya verilən cavablar gizlədilə biləcək

Dünyanın ən populyar sosial media platformalarından biri olan Twitter, yeni bir xüsusiyyət təqdim etdi. İndi istifadəçilər cavablarını gizlədə biləcəklər. Twitter bu gündən etibarən yeni xüsusiyyətini dünyaya təqdim etdi.

whatsapp-dan yenilik
Gündəm   ⁄   20.12.2019   ⁄   1598  baxış

Whatsapp-ın zəng funksiyasına yeni xüsusiyyətlər gəlir

Bu gün Whatsapp-dan başqa bir müjdə gəldi. İndi istifadəçilər Whatsapp-da gələn zəngləri gözləməyə ala biləcək.

Gündəm   ⁄   19.12.2019   ⁄   1280  baxış

Texnologiya nəhənglərinə qarşı kobalt davası

Konqo Demokratik Respublikasındakı kobalt mədənlərində övladları zərər görən ailələr, Google və Apple kimi texnoloji şirkətlərdən təzminat istədi.

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1366  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1086  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1674  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   3918  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5257  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5023  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2430  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2397  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2697  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3320  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?