Boeing-in yeni rekordu
Ötən il Boeing şirkəti öz müştərilərinə 806 təyyarə tədarük edib. Beləliklə, şirkət artıq 7-ci ildir ki, dünyanın ən böyük aviasiya istehsalçısı adını qoruyur. Sərnişin avialaynerlərinə tələbin stabil artması korporasiyanın mənfəətinin gələcəkdə də artmasını labüd edir.

Boeing şirkətinin logotipi
Amerikanın Boeing şirkəti təyyarə istehsalı üzrə dünyanın ən böyük şirkəti adını qoruyub. İlə 806 təyyarə tədarük etməklə o, 2017-ci ilin 793 təyyarə rekordunu yenilədi. Nəticələrin dərcindən dərhal sonra şirkətin səhmləri 4% artım göstərdi.
Uğurlu nəticəyə baxmayaraq, təchizatçılarla yaranmış problemlər səbəbindən şirkət öncədən müəyyən etdiyi 810-815 təyyarə istehsalı üzrə hədəfini vura bilməyib.
Şirkətin avropalı rəqibi Airbus bəyan edib ki, hədəf qoyduğu kimi ötən il 800 təyyarə istehsal edib, ancaq mühərriklərin təchiztında yaranan ləngimələr səbəbindən rəqibindən bir qədər geri qalıb.
Boeing tədarük zəncirində problemləri həll etmək üçün bəzi təchizatçıların istehsal gücünün artırılmasında dəstək olaraq işçi saylarının artırılması üçün şərait yaradıb. Bir çox mütəxəssis şirkətin səhmlərinin 20%-dək artacağını gözləyir və səhmlərini almağı məsləhət görür.