Botanika parkı- Çanqi hava limanı
Sinqapurun şərqində Çanqi ərazisində yerləşən Çanqi hava limanı dizayni və sərnişin dostu xüsusiyyətləriylə dünyanın ən yaxşı hava limanları siyahısında ən üst sıralardadır. Məşhur memar Moshe Safdie tərəfindən dizayn olunan hava limanı 135.700 min kvadrat metrəlik ərazini əhatə edir. Hava limanın 4 terminalı mövcuddur.

Çanqi hava limanından görüntü
Ümumi dəyəri 1 milyard 250 milyon dollar olan hava limanının xarici kimi içi də yaşıllıqlarla əhatə olunmuşdur. Hava limanın içində 40 metrə yüksəklikdə şəlalə də yerləşir. Bu şəlalə eyni zamanada dünyanın ən yüksək qapalı şəlaləsidir. Hava limanında yağış suyunun depolara saxlanaraq, tropik bitkilərin suvarılmasında istifadə olunması üçün bir sistem də var.
Polad və şüşə ilə əhatə olunan hava limanın daxilində 280-dən çox mağaza, 11 kinoteatr var. Dünyanın ən işlək hava limanları sırasında 7-ci olan Çanqi hava limanın terminallarından 2018-ci ildə 65.6milyon sərnişin keçmişdir. Dünyanın 400-dən çox şəhərinə bağlanan Çanqi hava limanına hər 80 saniyədə bir uçuş olunur. 100-dən çox havayolu şirkətləri bu hava limanına uçuş həyata keçirir.
Hava limanını ziyarət etmək üçün sərnişin olmağa ehtiyac yoxdur. Hava limanın hər tərəfində pulsuz internet, pulsuz şarj stansiyaları quraşdırılıb. Çanqi hava limanı 10 mərtəbədən ibarətdir. Beş mərtəbə isə yer altında yerləşir.