Böyük Britaniya “Brexit”in 30 İyuna keçirilməsini istədi
Böyük Britaniyanın Baş naziri Tereza Mey, Avropa Şurasının sədri Donald Tuskdan ölkənin Avropa Birliyindən çıxmasının (Brexit) 30 İyuna təxirə salınmasını istəyib.

Tezeza Mey- Brexit
Tereza Mey-in ofisi tərəfindən Cümə günü verilən rəsmi açıqlamaya görə, Mey məktubunda müxalifət lideri Jeremy Corbyn ilə görüşlərindən bəhs edərək Brexit “düyününü” həll etmək üçün əlavə vaxt istəyib.
Mey məktubunda “Bu prosesə hələ də uğurlu və ardıcıl şəkildə son qoymamış olmağımız çox kədərlidir” deyib.
Mey, AB-dən çıxışı təmin edəcək bir razılığa gəlməyin yollarını axtarır, amma müxalifləri bu məsələdə inandıra bilmir.
AB liderləri 10 Aprel günü xüsusi “Brexit Sammiti”ndə görüşəcəklər. “Brexit”in bir dəfə də təxirə salınması üçün Böyük Britaniya xaric AB üzvü olan digər 27 ölkənin də razılığı lazımdır.
Avropa İttifaqı Şurasının sədri Donald Tusk Böyük Britaniyanın Baş naziri Tereza Meyin təklifini dəstəkləməyib.
Məlumatı “Sky News” yayıb.
Donald Tusk “Brexit”i 2020-ci martın 31-dək təxirə salmağı təklif etmək niyyətindədir.
Onun sözlərinə görə, danışıqlar üçün daha bir il Böyük Britaniya parlamentinin “Brexit”lə bağlı dalandan çıxması yeganə məqbul variantdır.