Braziliya ABŞ-da hərbi bazasını yerləşdirilə bilər
Braziliya ölkədə ABŞ hərbi bazasının yerləşdirilməsi ilə bağlı ABŞ ilə razılaşma əldə edə bilər. Bu barədə SBT kanalına verdiyi müsahibədə Braziliya prezidenti Cair Bolsonaru (Jair Messias Bolsonaro) məlumat vermişdir.

Cair Bolsonar-Braziliyanın prezidenti
Cair Bolsonaru müxbirin Braziliyada ABŞ hərbi bazası-nın olması imkanları haqda verdiyi suala cavab olaraq
“Dünyada baş verəcək hadisələrdən asılı olaraq, ola bilsin ki, gələcəkdə bu məsələni müzakirə etməli olacağıq”
deyə münasibət bildirmişdir.
Braziliya lideri hesab edir ki, ABŞ-la yaxınlaşma iqtisadi məsələdir, ancaq bu yaxınlaşma hərbidə də ola bilər.
Həmçinin prezident Cair Bolsonaru onu da qeyd etmişdir ki, Braziliya Cənubi Amerikada üstünlük əldə etməlidir. Cair Bolsonaru yanvarın 1-də Braziliyanın prezidenti seçilmişdir. O, seçki kampaniyası zamanı korrupsiyaya qarşı mübarizəyə üstünlük verəcəyini vəd etdi.
Daha əvvəl, 1964-cü ildən 1985-ci ilədək Braziliyada hərbi diktatura zamanı desant və artilleriya bölmələrində xidmət etmişdir. Rejimin süqutundan sonra Bolsonaru siyasətə qoşuldu. Siyasi karyerası ərzində 7 dəfə milli parlamentin deputatı vəzifəsini tutmuşdur.