Bu qidalar beyni öldürür!
Hansı metallar beynimizə mənfi təsir edir? Bu metallar beynimizdə necə birləşir? Hansı qidalardan dəmir, sink, mis alırıq? Son illərdə ən vacib müzakirə mövzusu olan metalların orqanizm, xüsusilə də beynimiz tərəfindən mənfi təsirlərini haqqında

Bədən sağlamlığımız üçün dəmir, sink, misə ehtiyac duyuruq. Ürəyimiz bu metallar sayəsində işliyir. Diş və sümük quruluşumuz, əzələ funksiyamız, törəmə və qan dövranı sistemimiz də mis, sink, dəmir mikro elementləri ilə işləyir. Bu metalları artıq qəbul etmək isə orqanizmdə toksik təsir yaradır, beynimizə mənfi təsir edir. Vacib olan doğru metalı doğru şəkildə qəbul etməkdir.
Dəmir
Böyüklərin günlük dəmir ehtiyacı 9 mg-dır. Ət, bəhməz, quru meyvələr, susam, quru paxlalar, quru pomidor və badımcanda yüksək miqdarda dəmir vardır. Orqanimdə qırmızı qan hüceyrələrinə rəng verən, oksigen daşımasını təmin edən hemoglobin içində yerləşir.
Orqanizm qəbul olunan artıq dəmiri ata bilmədiyi üçün toxumlarda və orqanlarda birləşməyə başlayır. Ortaya çıxanda yorgunluq, güçsüzlük, ağrı ilə özünü göstərən ürək xəstəliyi, diabet, qaraciyərə ziyan və arterit ola bilər.
Mis
Gündəlik 900 mcg misə ehtiyac olar. Ətlər, balıq, susam, fıstıq, quru paxlalar, kakao, yumurta, yaşıl səbzələrdə yüksək miqdarda, taxıllar səbəzlərdə isə orta miqdarda, süd və təzə meyvələrdə isə çox az miqdarda mis vardır.
Artıq alınan mis də orqanizm içində oksidlənərək sərbəst radikalların, yəni yandırıcı oksigen molekullarının istehsalını başladır. Bu da beyin hüceyrələrinə zərər verib yaşlanmağı artırır.
Sink
Yetişkinlərdə günlük sink ehtiyacı 3 mg-dır. Ət, balıq, balqabaq toxumu, badam, qoz içi və pendirdə yüksək miqdarda sink var.
Beyin hüceyrələri bir-biri ilə əlaqə saxlamq üçün sinkdən istifadə edirlər. Ancaq artıq alınan sink həm toksik hala gəlir, həm də beyində lövhə meydana gətirir.
İçalat
Dalaq, ciyər kimi orqan ətləri, qabıqlı dəniz məhsulları çox miqdarda metal tərkiblidir. Bu da orqanizmin lazım olandan artıq miqdarda dəmir kimi metalların orqanizmə qəbul olunmasına, sonrasında toksik təsirlərə səbəb olur. Ən doğru halda isə tərəvəz qəbulunu artırmaqdır.