Bu qidalar qaraciyəri təmizləyir
Orqanizmamızın ən vacib orqanlarından biri olan qaraciyərin təzələnməsində sağlım qidalanma böyük rol oynayır. Toksinləri xaric edərək yeniləyən bəzi qidalar qaraciyərin sağlamlığını qoruyur.

Sarimsaq
Çiy sarımsaq toksinləri çıxarır
Ən yaxşı antioksidanlardan biri olan sarımsaq qaraciyərin bərpasında vacib bir qidadır. Sarımsaq qaraciyər fermentlərini aktivləşdirir, toksinlərin bədəndən çıxarılmasına imkan verir.
Antioksidantlar, allisin və vitaminlərlə çox zəngindir. Sarımsağın tərkibindəki kükürd qaraciyərin işinə kömək edən fermentlərin istehsalına da kömək olur. Təbii bir antibiotik olan sarımsağın çiy yeyilməsi vacibdir.
Avokado qaraciyər yağlanması ilə mübarizə aparır
Sağlam yağ qəbulu üçün ən uyğun bitki olaraq bilinən avokado qaraciyərin bərpasını təmin edir və xüsusən tərkibindəki omega 6 ilə hüceyrələrin yaxşılaşmasına kömək edir. Avokadolar ümumiyyətlə birbaşa salatlarda və ya limon sıxmaqla yeyilə bilər.
Gündə birdən çox yeyilməmi tövsiyyə olunur. Bədənə sağlam yağ təmin edən və eyni zamanda da zərərli yağ turşularını məhv edən avokado qaraciyər yağlarına qarşı vacib bir qidadır.
Həm üzüm, həm də tumu qaraciyər üçün faydalıdır
Üzüm sağlam bir qaraciyər üçün digər vacib bir qidadır. Üzümün özü və tumu qaraciyər sağlamlığı üçün vacibdir. Bir çox tədqiqat üzüm tumunun qaraciyər zədələri üçün müsbət nəticə verdiyini göstərir.
Bədəni toksinlərdən təmizləmək kimi vacib bir vəzifəsi olan qaraciyərin öz-özünü təmizləməsi üçün üzüm qidalanma planında yer almalıdır.
Brüssel kələmi də qaraciyəri təmizləyir
Qaraciyərin təmizlənməsi üçün təsirli qidalardan biri də Brüssel kələmidir. Qaraciyəri yeniləyir və zərərli toksinləri çıxarmağa kömək edir.
Kükürd tərkibli qidalar qaraciyəri zərərlərdən qoruyur və artıq hormon və toksinləri çıxarmaq funksiyalarını dəstəkləyir.
Qaraciyər sağlamlığınız üçün bunlara diqqət yetirin
Əlavə yağlı ət qrupları, spirtli içkilər, kolbasa, sucuk, sosis, yağda qızardılmış yeyəcəklər, əy suyu, kakaolu qidaları və yağlı souslar qaraciyəri yora bilər.
Qaraciyər sağlamlığı üçün gündə 2-3 litr su içmək mütləqdir. İçdiyiniz suya az miqdarda sarıkök ata bilərsiniz.
Qaraciyər yağlanmasına qarşı gündəlik 30 dəqiqəlik gəzintiləri də unutmamalısınız.