Buludların üzərində “İtgin Dünya”!
Amazon meşələrində tapılan Roraima dağı! Dünyanın ən maraqlı dağlarından biridir. “İtkin Dünya” olaraq adlanan bu bənzərsiz dağda başqa yerdə olmayan canlılar var. Üstəlik ərazidə yaşayanların dağla bağlı maraqlı bir inancı da var. Buludların üzərindəki bənzərsiz gözəlliyi olan Roraima…

Roraima dağı

Roraima dağı – buludların üzərində
Braziliya və Venesuela arasında, Amazon meşələrinin içərisində yerləşən Roraima dağı (Kvars dağı), dünyanın ən sirrli yerlərindən biri olaraq qəbul olunmuşdur. Adətən sənətkar bir əl tərəfindən inşa olunduğu görüntüsünü verən Roraima dağı, səmaya doğru ucalan quruluşu ilə nağıl kimi görüntüyə sahibdir. O, saxladığı sirrləri ilə “itkin dünya” olaraq adlandırılır.
Amazon meşələrinin ortasında ucalan və buludların üzərinə çıxan bu dağ 2 min 770 metr hündürlüyündədir. Son dərəcə bərk kvars daşından ibarət bu maraqlı dağ memarın əlindən çıxmış kimi görsənir.
Bu görüntüsünə görə yerli sakinlər, uzun müddət bu dağı burada yaşayan insanların etmiş ola biləcəyini düşündülər.
Ancaq bunu subüt edəcək bir dəlilə rast gəlinmədi. Bu sərt və çıxılması çətin olan dağın sadəcə görünüşü deyil, zərvəsindəki əsrarəngiz coğrafi fərqlilikləri də tapılmayıb.
Elm adamlarından maraqlı nəzəriyyə
Dünyada çox az ölkədə olan, quruluş şəkili və görünüş etibari ilə kvars dağlar digər dağlardan fərqlidir. Elm adamları kvars dağlarının quruluşunda bir nəzəriyyə üstündə dururlar. Dünyada milyardlarla il öncə bütün qitələr bütöv bir quru parçasıydı.
Afrika qitəsi Amerikadan qopduğdan sonra, Afrika qitəsindən Cənubi Amerikaya tərəf su kütlələri axmağa başladı. Meteorların toqquşması ilə Cənubi Amerikada əmələ gələn böyük çuxurlar su kütlələrinin daşıdığı torpaqla dolmağa başladı.
Milyon illər keçdikcə bu çuxurlarda toplanan torpaq maqmanın təsiri ilə daşlaşdı. Bölgədə əmələ gələn eroziyalar çuxurların ətrafındakı daha yumşaq torpağı da özündə topladıqca, daşlaşmış olan hissə daha da möhkəmləndi.
Milyon illər keçdikcə küləyin də aşındırmasıyla bu quruluşun zəif olan hissəsi aşındı, aşağı tərəf çökdü. Bunun nəticəsində kvars dağları bugünki formasını aldı. Kvars dağlarını Cənubi Amerikadakı bir neçə ölkə xaricində, Afrikada tapmaq mümkündür. Ancaq Afrikadakı kvars dağları olduqca alçaqdır (100-200 metr yüksəkliyində)
Dağın zirvəsində bir neçə şəlalələr var. Bu qədər sərt bir dağda çox sayıda şəlalələrin olması elm adamları tərəfindən qəribə qarşılanır. Bəzi yerləri saf qranittən olan Roraima dağı sadəcə quruluşu və görüntüsü ilə deyil, üzərində yaşayan canlılar ilə də təəccübləndirir.
Dünyanın ən balaca qurbağası da bu dağın zirvəsində yaşayır. Ayrıca dağda yaşayan bitki və heyvanları da buradan başqa yedə görmək mümkün deyildir.

Ən balaca qurbağa
Başqa yerlərdə olmayan çox maraqlı bitki və heyvan nümunələri elm adamlarının marağını bölgəyə çəkir. Adətə başqabir dünya kimi özünə xas həyatın yaşandığı dağın təpəsində yer alan qayaların, təpədə sərt əsən küləklər səbəbilə yarandığı düşünülən maraqlı şəkilləri də görənləri heyrətə gətirir.
Kvars dağının təməl maddəsi olan kvars qayaları və kvars yataqları, zəlzələlərin olmasıyla bağlı araşdırmalara da səbəb olur.

Kvars dağı
Yəni Roraima dağı da araşdırmalara səbəb ola biləcək yerlər arasında yerləşir. Dağın zirvəsi günboyu duman altında qala bilər. Günəş dumanı açdıqda isə yandırıcı olur. Burada havanın nə vaxt dəyişkənlik göstərəcəyi bilinmir.
Ayrıca dağda maraqlı görüntüyə sahib su yığıntılarıda var. Bunlardan biri jakuzini xatırladan görüntüsü ilə diqqət çəkir. Bu ərazidə su çox soyuqdur. Tək şansınız günəşin olması və soyuğu minumuma salmasıdır.
Sakinlərin qəribə inancı
İllər öncə Venesuelada Kukenan və Tək çaylarının sahilində böyük bir qəbilə yaşayıb. Bu qəbilə budaqları göylərə qədər uzanan nəhəng bi ağacın ətrafında həyatlarını yaşayıblar. Uzaq diyarlardan bir gənc ağac kökünü görmək üçün yola çıxıb. Meşələri aşaraq bu qəbilənin yaşadığı bögəyə gəlib çıxıb.
Bölgəyə gələn gənc qəbilənin başçısının qızına aşiq olub. Qəbilə başçısı bu sevgiyə qarşı çıxıb. Gəncləri yandırmaq üçün yandırılan balaca atəş gənclərin ruhuyla böyüyüb və bütün ağacı bürüyüb.
Qəbilə bu atəşi söndürməyincə ağac qapqara olana qədər yanıb və bütün meyvələri ətrafa tökülüb.
Bu yanğın sonrası ağac kökünə yaxın yerdən qırılınca gövdəsi Canaima bölgəsinə düşüb. Bu nəhəng ağacın qalan kökü Roraima Kvars dağı, Canaima bölgəsinə düşən gövdəsi isə Auyan Kvars dağıdır. Ətrafa tökülən meyvələri isə kvars dağlarını yaradmışdır.
Bu təsirləndirci dağa gələnlərin sayı olduqca azdır. Təhlükəsizlik tədbirlərinin görülməməsi buna səbəb kimi göstəmək olar. Ama macerapərəst səyahətçilərin bu bənzərsiz dağa çıxmasına maneə törədmir.
Dağa ilk çıxan isə İngilis olmuşdur. İndi də bir çoxları ondan ilham alaraq bura dırmaşmağa çalışır. Bu təbiət möcüzəsini görmək üçün bir çox insan can atır.