Həyat tərzi xəbərləri – Topic.az

Diş qulluğu
Həyat tərzi   ⁄   23.03.2019   ⁄   584  baxış

Diş qulluğu təlimatında ən vacib suallar

Yaxşı ağız gigiyenası bir çox problemlərin qarşısını alır. Moskva Dövlət Tibb Universitetinin Periodontologiya şöbəsinin professoru, Viktoriya Atruşkeviç öz müsahibəsində dişlərə necə qulluğ edilməsindən, hansı qulluğ vasitələrinin seçilməsindən danışdı.

Kalsium-qida
Həyat tərzi   ⁄   23.03.2019   ⁄   8710  baxış

Kalsiumla zəngin olan qidalar

Gündəlik yeməklərdə kalsium insan bədəni üçün son dərəcə vacibdir. Bu təbii mineral ən çox diş və sümük toxumasında var. O, damar divarlarını gücləndirir, allergen və virusların hüceyrəyə nüfuz etməsinə qarşı müdafiə edir, həmçinin qanın qatılaşmasına kömək edir.

Həyat tərzi   ⁄   30.01.2019   ⁄   686  baxış

Qocalmanı ləngidən 8 məsləhət

Orqanizmin yaşlanmasının qarşısını almaq mümkün deyil, ancaq bu qaçınılmaz prosesin sürətini azaıtmaq üçün həyat tərzini düzəltmək əlimizdədir. Yaşlanma səbəblərini tapdıqdan sonra, biz bu zərərli amilləri minimuma endirib gümrah xarici görünüşdən, sağlam səhhətdən və xoş əhval-ruhiyyədən zövq alacağıq. Belə ki, elm adamları yaşlanmağımızın dörd əsas səbəbini müəyyən ediblər.

Şəkərli diabet
Həyat tərzi   ⁄   29.01.2019   ⁄   694  baxış

Şəkərli diabetin simptomları

Diabetin simptomları bunlardı: susuzluq hissləri, quru dəri, ağızda quruluq, daimi aclıq hissləri, gün ərzində çox miqdarda sidik ifrazı. Şəkərli diabetə tutulduqda xəstəlik əlamətləri gizli ola bilər. Yəni patologiya özünü göstərməyə bilər. Patologiya qan damarlarına zərər verə bilər, neyropatiyaya, katarakta, nefropatiyaya, retinopatiyaya və bir sıra digər ağırlaşmalara səbəb ola bilər.

Həyat tərzi   ⁄   28.01.2019   ⁄   1008  baxış

Psixoloji komplekslər və onları məğlub etməyin yolları

Psixoloji komplekslərin əksəriyyəti uşaqlıq vaxtında yaranır, beləki uşaq gördüyü və eşitdiyi məlumatları beynindən silə bilmədiyi üçün onunla bağlı bütün mənfi fikirlər şüurunda qalır. Həyat boyu əldə edilən komplekslər də var və bu insanın başqasının fikrinə qarşı reaksiyasından asılıdır. İnsanlarda müxtəlif sahələrlə əlaqəli komplekslər yarana bilir və onlar özlərinə, hərəkətlərində özgüvəni itirirlər. Komplekslərin təzahürü müxtəlif yollarla baş verir, onlar görünməz ola bilər, amma böyüdükcə sinir böhranına, depressiyaya, aqressiyaya çevrilə bilər.

sağlam qidalanma
Həyat tərzi   ⁄   25.01.2019   ⁄   750  baxış

Sağlam qidalanmağa necə keçmək lazımdır?

Düzgün qidalanmağa başlamaq bir çoxlarını narahat edən sualdır. Sağlam həyat tərzi və vücudumuza diqqətlə yanaşma təşəbbüsü bizdə masa üzərində olacaq məhsulların seçilməsi baxımından daha çox məsuliyyət yaradır. Lakin reallıq bir qədər fərqlidir. Əslində, qeyri-müntəzəm iş qrafiki, yeməkləri qaçırma və ayaqüstü yeməklər bizi sağlam qidalanmadan uzaqlaşdırır. Amma nə edəcəyimizi bilirik: bu məqalədə – düzgün bəslənməyə keçməyin yollarını sizə göstərəcəyik.

Qripdən qorunmaq
Həyat tərzi   ⁄   24.01.2019   ⁄   1329  baxış

Qripdən asan xilas olmağın və yenidən xəstələnməməyin yolları

Əgər siz qripin başlanğıcında tədbir almamısınızsa, onda müalicə simptomatik olacaq – xəstəliyin özü deyil, onun xoşagəlməz simptomlarını aradan qaldıracaqsınız. Gəlin, əsas simptomları necə idarə edəcəyimizə baxaq.

Akrofobiya
Həyat tərzi   ⁄   23.01.2019   ⁄   1154  baxış

Akrofobiya və ya yüksəklik qorxusuna necə qalib gəlmək olar?

Bəzi insanlarda yüksəklik qorxusu bir müddət sonra öz-özünə keçir. Ancaq illər keçdikcə heçnə baş vermirsə hərəkətə keçməlisiniz. Təəssüf ki, bu fobiya ilə mübarizə aparmaq üçün mövcud olan texnikalar təsirsizdir. Problem ondadırkı, yüksəklik qorxusu – təhlükəsizliyə qarşı məsuliyyət daşıyan bir qoruyucu mexanizm istehsal edən təbii qorxudur. Ancaq, normal olaraq, o panika dərəcəsinə çatmamalıdır. Fobiya – patoloji, qaçınılmaz bir qorxudur. Özünüzü ümidsiz hesab etməyin. Bir çox insanlar psixoterapevt köməyi olmadan belə akrofobiyanı məğlub edə biliblər. Bu qorxu ilə necə mübarizə aparmaq lazım olduğuna baxaq.

Zəyif immun sistemi
Həyat tərzi   ⁄   17.12.2018   ⁄   1786  baxış

İmmun sistemini gücləndirən 4 vitamin

Vitamin və faydalı əlavələr qəbul etmək orqanizmin sağlamlaşdırılmasının düzgün yoludur. Biz həkim­ – endokrinoloqdan xahiş etdik ki vitaminlər əlavələr haqqinda bizə əhatəli məlumat versin: hansıları payızda qidalarımıza əlavə etmək əsəblərin sakit olmağı ve cildin cavan qalması ücün xeyirlidir.

Sağlam gözlər
Həyat tərzi   ⁄   15.12.2018   ⁄   1085  baxış

Gözünüzü qorumaq üçün 10 məsləhət

Kompyuterdə işləmək, eləcə də filmə və ya videoya baxmaq, elektron kitab oxumaq gözü yorur. Gözü qorumaq üçün nə etmək lazımdır?

Reklam