Çərəzlərin bilinməyən faydaları
Enerji verən qidalardan çərəzlər, ləzzətli qəlyanaltılıq olaraq siyahının başında gəlir. Protein, doymamış yağ asidləri tərəfdən zəngin olan çərəzlər bol vitamin və mineral tərkiblidir. Düzgün miqdarda yeyildikdə qarın bölgəsindəki yağ yandırmağa kömək olan çərəzlər tox tutur.

Çərəzlərin bilinməyən faydaları
Tərkibi ilə sinir sistemini xoşbəxt edərlən sümükləri gücləndirir, ürək xəstəlikləri və xərçəng riskini də aşağı salır. Faydalı olduğuna inanaraq ovuc-ovuc istifadə olunduğunda çəki artırır. Keyfiyyətli yağ olan çərəzlərin faydaları ilə yanaşı həm də diqqət olunması lazımdır.
Qovrulmuş deyil, çiy olanları istifadə edin
Çərəzlərin qovrulmamış olanını istifadə eləmək sağlam olanıdır. Yəni çiy çərəz yeyin. Həm qovrulan yağlı toxumun qida tərkibinin azalması, həm də qovrulma səbəbi ilə içərisindəki yağın trans yağa çevrilir. Ayrıca qovrulan zaman dadlandırmaq üçün duz istifadə olunur. Bu da təzyiq kimi sağlamlıq problemlərinə yol açır.
Bir ovucu yağ yandırır
Aparılan bir təcrübədə 6 ay müddətində düzgün qidalanan bir qrupa gündə bir ovuc içi yağlı çərəz (25-35 gr) verildiyində qarın bölgəsindəki yağın azaldığı müşahidə olunmuşdur. Sağlam yağları yeyərək yağ əridmək mümkündür. Bunun üçün gün ərzində 20-25 gr, bir başqa deyişlə bir ovuc içi qədər çərəz yeyilməsi yetərli və dəngəli olur. Ancaq bu miqdarı keçdikdə isə çəki almaq qaçılmaz olur.
Çərəzlərə allergiyanız ola bilər
Orqanizmamız bir çox fərqli qidaya qarşı allergik reaksiya göstərə bilər. Bu allergiya doğuşdan gəldiyi kimi iləri yaşlarda da ortaya çıxa bilər. Çərəzlər ət və yumurta ilə yanaşı ən çox allergik reaksiya göstərən qidalar sırasındadır. Bu səbəblə istifadə edərkən allergiya reaksiyasını düşünün. Yer fıstığı, badam, hindistan qozu, fındıq və qoz allergik çərəzlər arasında yer alır. Yağlı toxumların allergik özəlliyi çox ciddi bir risk olan anaflaktik şoka qədər çıxa bilər. Buna görə paketli məhsullar alarkən tərkibini mütləq oxuyun.
Çərəzlərin faydaları

badam
Badam-Tərkibindəki doymamış yağ asidləri ilə yanaşı lif, antioksidan, magnezium və kalsium kimi minerallardan zəngin olan badam qan şəkərini düzənləməyə kömək olur və pis xolestrolun düşməsinə kömək olur
Yer fıstığı- Enerji tərkibi digər yağlı çərəzlərə nisbətən daha yüksək olduğu üçün idmançıların qidalanmasında vacib yer tutur. Ayrıca yüksən lif tərkibinə görə bağırsağ sağlığımız üçün olduqca yararlıdır.
Hindistan qozu- Bol miqdarda magnezium tərkibi sayəsində qan təzyiqini düzənləyir və yüksək təziyiqin düşməsinə kömək olur
Fıstıq- Çərəzlər içərisində antioksidan tərkibi yüksək olanıdır. Böyrək və öd kisəsi ağrılarını sakitləşdirici təsiri vardır.
Qoz-Orqanizmamızın ehtiyacı olduğu bitki tərkibli omega 3 yağ asidi tərkibli tək çərəzdir. İçərisində bol miqdarda lif, protein sayəsində Alzheimer xəstəliyinin qarşısının alınmasında təsiri çoxdur.
Balqabaq tumu- Yüksək miqdarda magnezium, dəmir, sink tərkibi olan balqabaq tumu yaddaşın güclənməsini və ürəyin sağlam qalmasını dəstəkləyən bir çərəzdir. Lif zəngini olduğu üçün qəbizlik problemini olanlar üçün faydalıdır