Çində elə bir kənd var ki, hər sakini milyonçu olmuşdur…
Huaksi – çin kəndidir. O Szyansu vilayətindədir, ölkənin şərqində yerləşir. Yarım əsr əvvəl burada kasıb kəndlilər yaşayırdı, su və düyü ilə bir təhər dolanırdılar. Ancaq bir nəfər qayğıkeş kəndli sayəsində bir neçə il içində orada kommunizm quruldu və sakinlərin hər biri milyonçu oldu.

Huaksi – milyonçular kəndi

Ötən əsrin ortasında kəndin görünüşü

50 ildən sonra Huaksi kəndi
Bütün hekayə ötən əsrin 60-cı illərin sonlarında başlamışdır. Yox olma təhlükəsi altında olan bu yaşayış məntəqəsi yerli fermer Vu Renbao köməyi ilə yeni inkişaf səviyyəsinə çıxmağa imkan tapdı. Kənd partiyasının lideri olduqdan sonra, o, Pekindəki yüksək rəhbərliyi kommunizmin qurulması ideyasının mümkün olmasına inandırmışdır, ayrıca yaşayış məntəqəsi götürülsə belə.

Jenbao kommuzim qurdu
Başlanğıc nöqtəsi çinli fermerin qeyri-adi hərəkət planı idi ki, onun nəticəsi olaraq nə vaxtsa aclıq və səfalət içində yaşayan kəndlilər ölkənin ən varlı kənd sakinlərinə çevrildilər. Bunun üçün Renbao heç də kommunist üsulundan istifadə etmədi və buna baxmayaraq nəticə bütün proqnozları üstələdi və konsepsiyanın yaradıcısını belə təəccübləndirdi.

Huaksidə tekstil kombinatı
1969-cu ilsə Huaksidə tekstil kombinatı tikildikdən sonra, yerli əhali nəinki yaxşı pul qazanmaq imkanı aldı, hətta kooperativin bərabərhüquqlu üzvü ola bilərdilər.

Huaksidə polad kombinatları
Qazanılmış pul ilə, onlar yeni polad kombinatları və tekstil istehsalını qura bilib, əkinçilik bölgəsindən əyalətin sənaye mərkəzinə çevrildi.
Təbii ki, bunun üçün yaxın kəndlərin ərazilərinin cəlb edilməsi ilə yanaşı yerli əhalinin özü də instensiv işləyən müəssisələrin əsas işçi qüvvəsinə çevrildi.

Huaksidəe evlər
Beləliklə, sadəcə 20 ilə 576 insandan ibarət balaca bir kənd 35 minlik böyük yaşayış məskəninə çevrildi.
Əldə edilmiş mənfəətin düzgün yatırılmasının nəticəsi kimi bu ərazidə fəaliyyət göstərən 80 müəssisədən hər bir kooperativ üzvünün və onun ailəsinin (yeni doğulmuş uşaqlar da həmçinin) illik qazancı gəlirin 20% miqdarındadır. Geridə qalan pul isə sənaye müəssisələrinin inkişafına və yenilənməsinə yatırılır. İllik xalis mənfəət 8 milyard dollar miqdarındadır, bu isə bəzi ölkələrin ÜDM-dən çoxdur.

Huaksidə 9 qüllə kompleksi
Mənfəətin beşdə bir hissəsi yerli əhaliyə möhtəşəm evlər, bahalı avtomobillər əldə etməyə, hətta turistik infrastrukturu öz hesablarına inkişaf etdirməyə imkan verdi. Bütün kooperativ üzvləri mənfəətin 20%-dən əlavə ödənişsiz tibbi yardım və təhsil almaqda da bərabər hüquqlara malikdirlər.

Huaksidə pulsuz evlər
Huaksidə sakinlər
Həmçinin sakinlər üçün qocalıq sığortası, həddi-buluğa çatanlar üçün pulsuz evlərin verilməsi kimi təminatlar var. Hətta onlar hər il üçün ərzaq məhsullarının əldə edilməsinə görə ayrılmış müavinət və subsidiyalardan da istifadə edrilər.
Bütün bu nemətlərin əldə edilməsi yalnız səhmdar yaşayış məntəqəsinin ərazisində yaşayıb işlədiyi halda onun üçün əlçatandır. Əks halda nə gəlir, nə də ki heç bir imtiyaz olmayacaq.

Huaksidə fabrik
Baxmayaraq ki, əhalinin hesablarında böyük məbləğlər var, sakinlər tənbəllik etmək hüququna malik deyirlər. Onları işin icrasından heç kəs azad etməmişdir. Bu səbəbdən əhalinin işqabiliyyətli təbəqəsi demək olar ki istirahətsiz işləyir.
Buradakı insanlar həmçinin ekologiyanın da qayğısına qalırlar. Zərərli müəssisələrin bu ərazidə sıx yerləşməsi çox pis nəticələnə bilər və ətraf mühitə düzələ bilməyəcək ziyan vura bilər. Bu fəsadların qarşısını almaq məqsədi ilə ən müasir təmizləyici qurğular tikilmişdir və eləcə də ərazinin yaşıllaşdırılmasına nəhəng vəsaitlər yatırılır, ələxüsus da yaşayış zonalarında.
Həmçinin burada turistik infrastrukturu da inkişaf etdirirlər, bunun üçün öz vəsaitlərini belə xərcləməyə heyfslənmirlər. Beləcə yer üzündə ilk kəndli göydələni inşa edildi. Onunn hündürlüyü Eyfel qülləsini geridə qoyur (onun hündürlüyü 328 metrə çatır). Yerli əhali onun inşasına öz vəsaitlərindən xərcləmişdir, hər bir sakin təxminən 1,5 milyon dollar minqdarında yatırım etmişdir.

Huaksi – Qızıl fəvvarə
Huaksinin arxitekturası
Onun arxitekturası və interyeri öz möhtəşəmliyi ilə bütün dünyadan böyük turist kütləsinin buraya axınını təmin edir. Burada böyük biznes mərkəzləri, dəbli butiklər, 5 ulduzlu otel, bahalı restoranlar, elitar idman klubları, su hovuzları, çiçək parkları hətta qızıldan düzəldilmiş fəvvarələr və qızıl öküz heykəli də vardır. Bu fəvvarələrin inşasına bir ton qızıldan istifadə edilmişdir.

Huaksidə restoran
Belə qeyri-adi mənzərəyə baxmaq üçün yer üzünün hər tərəfindən axışan turistlər bu kənddə az pul xərcləmirlər. Bu səbəbdən kəndlilər yeni turist məskənlərinin tikilməsini planlaşdırırlar, bu onlar üçün sərfəli yatırım hesab edilir.

Huaksi – Sülh Parkı
Turist axınını nəzərə alıb burada “Dünya parı”-nı yaratmaq planlaşdırılmışdır. Onun inşasına 23 milyon dollar xərclənmişdir. Bu parkda dünyanın ən məşur abidələrinin oxşarları inşa edilib. Bunların içində Böyük Çin səddi, Kapitoli, Sidney opera teatrı və bir çox məbəd və qəsrləri tanıya bilərik. Bu abidələri seyr edərkən insan anlayır ki, həqiqətən də Huaksi – yer üzünün 1 №-li kəndidir.