Çində avtomobil satışları 20 ildə ilk dəfə 6% azalıb
2018-ci ildə Çində avtomobil satışları 20 ildə ilk dəfədirki 6% azalıb. Bu məlumat Çin sərnişin avtomobil birliyi tərəfindən verilib (CPCA).

Çin – avtomobil istehsali
Avtomobil satışı noyabrda 18%, oktyabrda 13,2 % azaldıqdan sonra dekabr ayında illik göstəriciyə nisbətən 19% da azalaraq 2,256 milyon maşına düşüb.
CPCA-nın proqnozuna əsasən 2019-cu ildə də dünyanın ən böyük avtomobil bazarı Çin zəifliyini qoruyacaq. Assosasiyaya görə satış artımı təxminən 1,2% olacaq. Bloomberg-in məlumatına görə potensial müştərilər ABŞ-la olan ticarət münahisələri, Çin fond bazarındakı azalmalar, iqtisadi artımın geriləməsindən narahatdılar.
CPCA-nın baş katibi Cui Dunshu avtomobil istehsalçılarına təzyiqin artdığına inanır.
Satışların azalması bacarıqsız oyunçuların xaric olma prosesini sürətləndirə bilər və biz onlardan bəzilərinin gələn il bazarı tərk edəcəyini görə bilərik.
Bu həftə Goldman Sachs, Çindəki avtomobil bazarındakı satışların digər rüblərdə də davam edəcəyini dedi. İnvestbankın proqnozuna əsasən isə 2019-cu ildə azalma 7% artacaq, lakin 2020-ci ildə isə 3% bərpa olunacaq.
Rəsmi Pekin çərşənbə günü daxili bazarda avtomobil satışı və məişət texnikasının satışını stimullaşdırmaq üçün tədbirlər görməyə söz verdi.