Çinin Las-Veqası olan Makaoya xoş gəlmisiniz – Topic.az
Çinin Las-Veqası olan Makaoya xoş gəlmisiniz

Çinin Las-Veqası olan Makaoya xoş gəlmisiniz

5 əsrlik tarixə malik Makao cəmi bir neçə kiçik, balıqçı kəndləri olan, Portuqaliya kolonial əyalətindən çıxaraq, bu gün dünyanın ən çox gəlir gətirən əyləncə mərkəzlərindən birinə çevrilib.

Məcid Musayev
Dərc olunma tarixi: 28.01.2019 Baxış sayı:  1452 Müəllif: 
Makao - şəhərdən görüntü

Makao – şəhərdən görüntü

The venetian - Makao

The venetian – Makao

Həvəsdi – Bəs deyil!

Makao limanında cərgə-cərgə avtobuslar turistləri qarşılayır. Şəhərə gələn turistlərin əksəriyyəti qurudan gələn çinlilərdən ibarətdir. Paromdan düşən çinlilər birbaşa şəhərin kazinolarına üz tuturlar, çünki Makao istisna olmaqla Çinin bütün ərazisində mərc oyunları (qumar) qadağandır. Oyunçulara edilmiş vurğu qısa zamanda öz nəticəsini verdi. Bu gün Makaouda dünyanın ən böyük “The Venetian” şəbəkəsi daxil olmaqla 40-a yaxın kazino fəaliyyət göstərir və onların gəliri muxtar şəhərin büdcə gəlirlərinin 70% hissəsini təşkil edir.

Makaonu Asiyanın Las-Veqası adlandırırlar, ancaq bu bənzətməyə baxmayaraq o gündəlik pul dövriyyəsinə görə ABŞ-lı qardaşını ötüb, keçib. Lakin bir çox digər amillərlə (göydələnlər, məşhur memarlıq abidələrinin surətləri, neon işıqları, musiqili nəhəng fontanlar və hər gecə təşkil olunan şoular) bu iki şəhər bir-birinə oxşayır. Amma Makaonu Las-Veqasdan fərqləndirən əsas amil onun çoxəsirli tarixidir.

Qərbdən – Şərqə doğru

Çinin ərazi vahidi olmamışdan öncə Makou təxminən 450 il Portuqaliyanın müstəmləkəsi və Avropanın Cənub-Şərqi Asiyadakı ən qədim ticarət mərkəzi olub. 1513-cü ildə, Portuqaliyalı səyyahların, Çjutszyan çayının deltasında kəşf etdikləri 3 ada bütün Asiya ilə ticarət aparmaq üçün ideal məntəqəyə çevrildi. 19-cu əsrdə Honq-Konqun daha böyük limana çevrilməsinə qədər Makao özünün qızıl dövrünü yaşayıb. Dövrün inkişafı ilə Portuqaliya artıq ona lazım olmayan Makaonu 1999-cu ildə Çinə geri qaytardı.

İki bir-birinə bənzəməyən mədəniyyətlərin bir araya gəldiyi şəhər möhtəşəm kontrastlarla doludur. Adı portuqal dilində olan şəhər meydanlarında Çin bayraqları dalğalanır. Şəhərdə bir küçədə hər iki ölkənin mətbəxinin yeməklərinin dadmaq mümkündü.

Portuqaliya ləhçəsi

Bu gün Makaoda Avropa təsiri elə də çox hiss olunmur. Hər iki dildə təqdim olunan yol işarələri qanun yox, bir növ ənənədir. Formal olaraq Makaoda dövlət dillərindən biri olan portuqaliya dili yerli əhalinin gündəlik istifadəsindən praktiki olaraq çıxıb. Şəhərin kolonial keçmişini yalnız portuqal arxitekturası xatırladır.

Makao - Kitayın Las -Veqası

Makao – Kitayın Las -Veqası

Onun da böyük hissəsi Makaonun “Qədim şəhər” adlanan rayonunda cəmlənib. Öz növbəsində bu rayon da YUNESKO-nun mədəni irs siyahısına daxildir. Şəhərətrafı təpələrdə hələ də qarovul çəkən portuqal qalaları şəhərin keçmişinin bariz nümunəsidir. Hal-hazırda ölkəyə gələn turistlər və yerli əhali arasında əsas gəzinti və fotosessiya məkanı Fortaleza-du-Monti qalasıdır. Qalandan qədim Müqəddəs Pablo kilsəsinin divarlarına mənzərə açılır. 38 il ərzində tikilmiş kilsə 200 ildən sonra (1835-ci ildə) yanğın zamanı məhv olub. Qala bir növ Makaonun ürəyidir və buradan şəhərin digər istiqamətlərinə gedən küçələri yerli əhali hələ də “calle” adlandırırlar.

Hər şey bir yerdə

Bütün Makaonu bir neçə saat ərzində gəzmək olar, lakin biz bu işdə sizə tələsməməyi məsləhət görürük, çünki burada hər küçə, hər binanın öz unikal tarixi var. Hətta şəhər senatının indiki binasında həm türmə, daha sonra isə poçt mərkəzi də fəaliyyət göstərib. “Xoşbəxtlik küçəsi” turistlərin şəhərdə ziyarət etdikləri əsas piyada küçəsidir. Alameyda Ribeyro küçəsi şəhərin əsas zərgərlik məmulatları satılan məkandır. Gəzintinin son məntəqəsi kimi möhtəşəm mənzərəli Luiş-de-Kamoensa parkını seçmək olar. Yerli əhali burada tay-çi dərsləri, şahmat turnirləri, müxtəlif musiqi festivalları və kitab günləri keçirirlər.

Makao - tarixi görüntü

Makao – tarixi görüntü

Makoya necə səyahət etmək olar?

Birbaşa uçuşlar Çindən həyata keçirilir. Eyni zamanda Honq-Konqdan gedən gəmi ilə də Makaoya çatmaq olar. Gəmi biletinin qiyməti 20 USD təşkil edir. Bundan əlavə Quançjodan Makaoya dəmir yolu xətti mövcuddur. Qatar biletinin qiyməti 10 USD başlayır. Bu yaxınlarda isə hər iki şəhəri birləşdirən körpü də istifadəyə verilib. Viza yerində verilir.

Ən yaxşı səyahət mövsümü

Makaoya ən yaxşı səyahət mövsümü sentyabr – dekabr ayları arasındadır. Bu mövsümdə yağışlar praktiki olmur, lakin nə badə yay aylarında bura gələsiniz. Bu dövr Makaoda tayfun və musson yağışları dövrüdür.

Harada qalmaq

Makaoya səyahət zamanı büdcənizdən asılı olaraq dəbdəli otellər və ya kiçik qonaq evlərində qala bilərsiniz. Ümumilikdə şəhərdə hər turist büdcəsinə uyğun gecələmə yerləri var.

Nəqliyyat:

Şəhər geniş (lakin olduqca yüklənmiş) ictimai nəqliyyat sisteminə malikdir. Nəqliyyat şəhərin bütün əsas məkanlarını və kənar əraziləri əhata edib. Digər tərəfdən bir qayda olaraq otellərin əksəriyyəti hava limanı və dəniz limanına gediş-gəliş istiqamətləri üzrə pulsuz transferlər təşkil edirlər. Eyni zamanda şəhərin əsas görməli abidələri, kazino və ticarət mərkəzləri xidmətə aiddir.

 

Məcid Musayev
Oxatan bürcündən olan Məcid bütün dünyanı səyahət etmək arzusundadır. Pasport, miqrasiya və Hi-Tech mövzularında xəbərlərlə maraqlanırsınızsa bizim çoxbilmişi izləyin.

Yaxın mövzular

TikTok
Gündəm   ⁄   26.12.2019   ⁄   2096  baxış

TikTok, ABŞ-ı susdurmaq üçün Çindən uzaqlaşmağa başladı

Çinli ByteDance şirkətinə məxsus sosial media tətbiqi TikTok, keçən ildən bəri istifadəçilərin sayını xeyli artıraraq bütün dünyada məşhurlaşdı.

Uncategorized   ⁄   03.12.2019   ⁄   905  baxış

TikTok istifadəçi məlumatlarını Çin ilə paylaşmaqda ittiham olunur

TikTok, ABŞlı bir gənc tərəfindən məhkəməyə verildi. Şikayətçi gənc deyir ki, TikTok istifadəçi məlumatlarını gizli şəkildə toplayır. Bu məlumat Çin hökuməti ilə paylaşmağa davam edir.

Çin sürətli qatar
Biznes və texnologiya   ⁄   24.10.2019   ⁄   1025  baxış

Çin sürətli qatar testlərində yeni bir rekord vurdu

Dünyanın ən böyük iqtisadiyyatlarından biri olan Çin, Pekin-Zhangjiakou şəhərləri arasında sürətli qatar dəmir yolu inşa edir. Məlumata görə, bu dəmir yolu üzərində keçirilən test sınaqlarının birində ölkənin lokomotiv sürət rekoru vuruldu.

Trump-Çin məhsullarına əlavə vergi
Gündəm   ⁄   06.08.2019   ⁄   863  baxış

Tramp Çin məhsullarına əlavə 10% vergi təyin etdi

Çinin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyindən əmin olan Donald Tramp 2018-ci ildən bəri Çindən olan məhsullara əlavə vergilər təyin edir. Nəticə olaraq ABŞ prezidenti yeni qərar qəbul edib. Belə ki, bu ilin 1 sentyabr tarixindən başlayaraq Çindən olan məhsullara əlavə 10% vergi təyin olunacaq. 

Biznes və texnologiya   ⁄   31.07.2019   ⁄   963  baxış

Huawei ilin ilk yarısında gəlirini 23 faiz artırdı

Çinin telekommunikasiya nəhəngi Huawei, ABŞ-ın ticari qara siyahısında yer almasına baxmayaraq ilin birinci yarısında gəlirini keçən ilin eyni dövrü ilə müqayisədə 23 faiz artırdı.

HP şirkəti
Biznes və texnologiya   ⁄   04.07.2019   ⁄   1151  baxış

HP, Dell kimi şirkətlər istehsalatlarını Çindən köçürtmək istəyir

HP və Dell şirkətləri daxil olmaqla digər böyük texnoloji şirkətlər öz istehsalat güclərinin bir hissəsini Çindən köçürtməyi planlaşdırırlar. Məlumata əsasən HP ilə Dell şirkətləri özlərinin kompüter istehsalının 30%-ni Çindən kənara köçürtmək niyyətindədirlər. HP şirkəti yeni istehsalat yeri kimi Tayvan ilə Taylandı görür. İstehsalat gücünün köçürülməsinə artıq iyul-sentyabr aylarında start verilə bilər.

Turizm   ⁄   04.09.2020   ⁄   2512  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Dehidrasiya nədir
Turizm   ⁄   02.03.2020   ⁄   2842  baxış

Dehidrasiya nədir, bunun qarşısını necə almaq olar?

Temperatur və rütubət faizinin artdığı yay aylarında digər fəsillərə nisbətən maye ehtiyacı daha yüksəkdir. Bədən istiliyini hava istiliyinə nisbətən balansda saxlamaq üçün nəfəs alıb-vermə, tərləmə və idrar ilə istiliyini ifraz edər. İnsan bədəninin təxminən 65% -i sudan ibarətdir. Yetkin bir şəxs gündəlik orta hesabla 2,5 litr maye itirir. Maye itkisinə əlavə olaraq, bədənin elektrolit balansını tənzimləyən natrium, kalsium və kalium kimi minerallar xaric olur. Normal şəraitdə bədən, maye elektrolit balansını qorumaq üçün itirdiyi maye və elektrolitləri qida və su istehlakı ilə qarşılayar. Bədəndəki mayenin ümumi miqdarının azalması susuzluq hissi ilə özünü göstərir. Maye miqdarında azalmalar artdığda ciddi sağlamlıq problemləri yarana bilər.

Turizm   ⁄   20.12.2019   ⁄   1686  baxış

Niyə dünyanın ən xoşbəxt insanları Skandinaviya ölkələrində yaşayır?

Anket və araşdırmalara görə Skandinaviya ölkələrində yaşayan insanların xoşbəxtlik nisbəti olduqca yüksəkdir. Yəni əlverişsiz hava şərtləti xoşbəxtliklərinə təsir etmir. Bu xoşbəxtliyin mənbəyi yüksək firavanlıq və iqtisadi inkişafdan qaynaqlansa da, vəziyyətə təsir edən bir çox amil var.

Ən maraqlı otellər
Turizm   ⁄   13.12.2019   ⁄   2134  baxış

Dünyanın ən maraqlı otelləri

Yeni bir yer araşdırarkən, səyahətçinin qaldığı yer ziyarət etdiyi yerlər qədər vacibdir. Çox vaxt qiymət, məkan və gözəlliyə görə yaşayış yeri seçirik. Yaxşı, otel özü fərqli bir təcrübədirsə nə etməli?

Turizm   ⁄   06.12.2019   ⁄   9710  baxış

Dünyanın 10 ən soyuq yeri

Mülayim hava bir çox insanın xəyalı ikən həddindən artıq isti və soyuq dünyann bir reallığıdır. Xüsusilə şimal və cənub qütb bölgələrinə yaxınlaşdıqca, soyuq hava təsirini daha çox hiss elətdirərkən planetimizin ucqar bölgələri bu soyuqdan öz paylarını alırlar.

Turizm   ⁄   19.11.2019   ⁄   1906  baxış

Arktikada ən qalın buz sürətlə əriyir

Dünyanın getdikcə isinməyə davam etməsi, iqlim dəyişikliyini gətirir. Yeni bir araşdırmaya görə, Şimal Buzlu dənizdə yerləşən ən qalın buz kütləsi,Arktikadakı digər buzlardan iki qat sürətli əriyir.

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1451  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1137  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1730  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   4069  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5386  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5163  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2512  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2460  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2781  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3395  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?