Çinin ÜDM artımının 28 ildə ən aşağı səviyyəsinə düşəcəyini proqnazlaşdırılır
2018-ci ilin nəticələrinə görə Çin iqtisadiyyatının son 28 ildə ən kiçik göstəriciləri gözlənilir. Bunu rəsmi məlumatlar əsasında Reuters mütəxəssisləri deyib. 2018-ci ilin sonunda Çin iqtisadiyyatının artım tempi 6,6% olacaq, bu […]

china flag
2018-ci ilin nəticələrinə görə Çin iqtisadiyyatının son 28 ildə ən kiçik göstəriciləri gözlənilir. Bunu rəsmi məlumatlar əsasında Reuters mütəxəssisləri deyib. 2018-ci ilin sonunda Çin iqtisadiyyatının artım tempi 6,6% olacaq, bu isə 1990-ci ildən ən aşağı göstəricidir. Ekspert və analitiklər bu qənaətə gəliblər.
2018-ci il Çin iqtisadiyyatının artımı ilə bağlı rəsmi məlumatlar bu gün açıqlanmalıdır. Bəzi analitiklərin sözlərinə əsasən Çinin real ÜDM-i rəsmilərin açıqladığından da aşağıdır.
Rəsmi məlumatlara görə 2017-ci ildə Çin iqtisadiyyatı 6,8% böyüdü.
Bir çox analitiklərin fikrincə təşviq tədbirlərinə baxmarayaraq, təsir bir müddət sonra özünü göstərəcək. Böyümənin azalması inkişaf başlamamışdan da davam edəcək. Bu il 6,3%-ə qədər azalma da gözlənilir.
Artımın azalmasının səbəbləri olaraq daxili tələbatın azalması, investisiyanın azalması və ABŞ ilə ticarət müharibələrini göstərmək olar.
Çin və ABŞ arasında ticarət məsələlərində razılaşma olsa da, bu Çin iqdisadiyyatın böyüməsini sürətləndirmək üçün də çətin bir məsələ olacaq.
Pessimist proqnozların səbəbi 2018-ci ilin üçüncü rübündə ÜDM-artımı ilə bağlı məlumatlar olub. O, 2009-cu ildə maliyyə böhranından bəri ən zəif göstərici idi. Ötən ilin eyni dövrü ilə müqayisədə Çinin ÜDM-i 6,5% artıb, ikinci rübdə isə 6,7% artıb. Rəsmi məlumatlar yayılmazdan əvvəl analitiklər Çin iqtisadiyyatının iyul-sentyabr aylarında 6,6% artacağını gözləyib.
Çin hakimiyyətinin iqtisadiyyata dəstək vermək üçün daxili investisiyanı həvəsləndirməsinə baxmayaraq, yavaşalma tendensiyası güclənməyə davam edir. Daxili tələbat gözlənilməz olaraq sabit ixracdan daha zəifir”, – bunu reuters agentliyinə verdiyi müsahibədə Kotian Hirayama deyib.
Çin iqdisadiyyatının vəziyyətinə dair məlumatlar neftin qiymətinə də əhəmiyyətli dərəcədə təsir göstərir. Son 4 il ərzində zirvəyə çatdıqdan sonra, sentyabr ayında Brent markalı xam neftin qiyməti azalma mərhələsinə girdi. Sentyabrda 82 dollar olan neftin bir barelinin qiyməti dekabr ayının sonlarında 50 dollardan aşağı düşdü. Daha sonralar isə Brent markalı xam neftin qiyməti 62 dollara qədər yüksəlmişdir.