Civə dağılarkən nə etməli? – Topic.az
Civə dağılarkən nə etməli?

Civə dağılarkən nə etməli?

Civə gümüşü rəngdə olan bir elementdir. Maye formasında olan 5 elementdən biridir (Qallium, Brom, Sezyum, Civə və Frankium). Civə zəhərli və bahalı bir maddədir. Fermentlərin istifadəsinə mənfi təsir etdiyi üçün bu çox təklükəlidir. Civə hava, su, torpağda bir neçə formada yerləşir. Onlar elementar civə, qeyri-üzvi və üzvi civə biləşmələri şəklindədir.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 12.04.2019 Baxış sayı:  7297 Müəllif: 
civə elementi

civə elementi

Civə bütün mayelərin içərisində ən ağırıdır. Onun xüsusi çəkisi 13,59 qr/sm3- dur. Qaynama dərəcəsi 357°, donma dərəcəsi 39°, atom ağırlığı isə 200, 61-dir. Civənin kimyəvi işarəsi Hg (Hydrargyrum yunan sözü olub mənası gümüşü rəngdə olna maye metal deməkdir). Atom sayı 80-dir. Civənin donma temperaturunun çox yüksək olması səbəbi ilə o maye halındadır

Bu element daha çox Meksika, İspaniya, İtaliya, Kaliforniya və Perudadır. Civə əldə etmək üçün qızdırılır, kükürt diokit və civə buxarına ayrılır. Civə buxarı artdıqca, maye halındakı civə əldə olunur. Civə buxarı rəngsizdir. Yerə töküldükcə yuvarlaq damlalar formasında yığılır.

Civə buxarları havadan 7 dəfə ağır olub, həddən artıq zəhərlidir. Civə buxarları və onun birləşmələri fövqəladə təhlükəli maddələr sırasına daxil olub, yüksək qatılıqda belə iyə və qıcıqlandırıcı təsirə malik deyil. Civə güclü kumulyativ təsirə malikdir. Civə buxarlarının təhlükəli xassələrindən biri də onun taxta, divar kağızı, plastik kütlə səthlərinə boya kimi aktiv hopmasıdır. Yüksək qatılığı belə heç bir rəngə, iyə və dərhal qıcıqlandırıcı təsirə malik deyil. Buna görə insan özü də bilmədən uzun müddət civə ilə çirklənmiş otaqda qala bilər.

Civə nələrdə istifadə olunur?

İnsanlar sənaye və kənd təsərrüfatı məqsədləri üçün 3500 ildir ki civə istifadə edirlər. Civə 300 ° -dən aşağı olan temperaturdan təsirlənmədiyi üçün ondan güzgü hazırlanmasında, gümüş və qızıl mədənlərində, termometr və barometr kimi əşyaların hazırlanmasında istifadə olunur. Bundan əlavə civədən mikrob qırıcı kimyəvi maddələrin təmizlənməsində, göbələkləri məhv etmək üçün, kağız, boya, plastik məhsulların istehsalında da istifadə olunur. Tibbdə müalicə məqsədilə də civədən istifadə olunur.

Civənin zərərləri

Civə kanserogendir. Civə zəhərli bir maddədir. Tənəffüs, mədə və dəri yolu ilə əmilir. Orqanizmdən çıxması olduqca çətin olduğu üçün bədəndə yığılır, artır. Civə uçan bir elementdir. Uzun müddət tənəffüsə məruz qalan insanlarda böyük problemlər yaradır.

İnsanlarla təmasda sinir sisteminə əhəmiyyətli ziyan vura bilər. O, bədəndən atılmır və civənin buxarı hüceyrə membranından keçərək beynə çatır.

Civə buxarı toxumalara yerləşdikcə zamanla toxumalarda yığılır və nevroloji problemlərə səbəb ola bilər. Vaxtında diaqnoz qoyulsa da, müalicə üsulu problemləri aradan qaldıra bilməz. Hətta ölümlə nəticələnə bilir.

Civənin insan orqanizmasına olan zərərləri:

Sinir sistemi pozulmasına səbəb ola bilər.

Beynin işləməsinə zərər ola bilər.

DNT və xromosomlara zərər verə bilər.

Dəri yaralarına, allergik reaksiyalar, yorğunluq və baş ağrılarına səbəb ola bilər.

Beyin funksiyasının zədələnməsi yaddaş itkisinə, öyrənmə əlilliyinə, titrəmələrə, vizual pozuntulara, karlığa , əzələ koordinasiyasının itkisinə səbəb ola bilər

Civə dağılarsa nə etməli?

İlkin tibbi yardım olunmalıdır. Civə və onun buxarları ilə zəhərlənməyə məruz qalma əlamətləri müşahidə edildikdə dərhal təhlükəli zonanın tərk edilməsi vacibdir. Bundan sonra əgər civə orqanizmə həzm sistemi ilə daxil olubsa, onda zərərçəkmişin mədəsi əvvəlcə   20-30 qr aktivləşdirilmiş kömür qatılmış su və ya su ilə qarışdırılmış yumurta ağı ilə bolluca yuyulur və ardınca süd verilir. Düyü və ya yulaf həliminin verilməsi tövsiyə olunur. Sonda isə zərərçəkmişə işlətmə dərmanı verilməsi məsləhət görülür. Həkim gələnə qədər burun, göz və ağız boşluğu 2%-li soda məhlulu ilə yuyulmalı, zərərçəkmişi mümkün qədər xəstəxanaya tez çatdırmaq lazımdır.

Civəyə birbaşa əl ilə toxumaq olmaz. Termometr dağılan ərazi çox yaxşı havalandırılmalıdır. Tozsoran istifadə eləmək olmaz. Yuvarlaq civə dairələri kənardan mərkəzə yığılaraq toplanmalıdır. Tualet, su kanalizasiya kimi yerlərə tökmək olmaz. Qapağı yaxşı bağlanan su su dolu qaba qoyulmalıdır. Tökülən ərazilərə ayaq basmaq, yerimək olmaz.

Məişət şəraitində insanların ən çox rastlaşdığı təhlükələrdən biri də termometr sınması nəticəsində civənin ətrafa dağılmasıdır. Civənin təcili yığılması və ləğv edilməsi – demerkurizasiya adlanır.

Termometr qırılarsa-civə

Termometr qırılarsa-civə

  • Demerkurizasiyanı həyata keçirmək üçün lazım olan ləvazimatlar:
  • civə və çirklənmiş materialı yığmaq üçün ağzı kip bağlanan şüşə banka (100-ml-lik və daha böyük);
  • çirklənmiş əşyaları yığmaq üçün böyük polietilen kisələr;
  • tibbi şpris, yoğun iynə və ya məftil, nazik ucluqlu armudvari rezin pipetka;
  • pambıq, yapışqan plastır kəsikləri;
  • rezin əlcəklər, stolüstü lampa;
  • oksidləşdirici kimyəvi maddələr (dezinfeksiya edici və ağardıcı xüsusiyyətlərə malik olan maddələr), tərkibində xlor olan birləşmələr (xlorinol və s.)
  • kalium permanqanat və ya yod məhlulu;
  • sintetik tərkibli üst geyimləri (civə buxarları ilə az çirklənən);

Demerkurizasiya aşağıdakı ardıcıllıqla aparılır:

civə

civə

1.Civə dağılmış otaqdan insanları təcili çıxartmaq və qapını bağıayaraq həmin otağı izolyasiya etmək, tənəffüs orqanlarını civə buxarlarından qorumaq üçün ağızı yaş dəsmalla bağlamalaq lazımdır.

2.Otaqda civənin buxarlanmasının qarşısını almaq üçün pəncərələri açaraq temperaturun aşağı salınmasını təmin etməli və dağılmış civənin üzərini isladılmış kağız, qəzet, vərəq və ya əski parçası ilə örtmək lazımdır.( kondisioner və ventilyatoru işə salmaq olmaz)

3.Üzərinə civə dağılmış bütün əşyaları toplayaraq, evdən kənarlaşdrımaq lazımdır.

4.Civə damlalarını toplayarkən olduqca ehtiyatlı olmaq lazımdır. Bu zaman tozsaran cihazlardan istifadə etmək olmaz. Çünki tozsaran civə hissəciklərini ətrafa yaya bilər.

5.Dağılmış civənin damlalarını toplayarkən nazik ucluqlu armaudvari rezin pipetkadan, yoğun iynəli tibbi şprislərdən istifadə olunur. Civə damlaları yığıldıqdan sonra ağzı kip bağlanan şüşə bankalara doldurulur. Xırda damlaları isə yapışqan plastr vasitəsi ilə götürmək olar. Yarıq və oyuqlardakı civə isə ucuna pambıq dolanmış məftil vasitəsilə yığmaq mümkündür. Məftilin ucundakı pambıq tamponlara da kalium permanqanat və ya dezinfeksiya edici məhlullarla isladılması məsləhətdir. İstifadə olunmuş bütün əşyaları da bağlı şüşə bankaya atılmalıdır. Əgər civə damlaları parketin, döşəmənin altına keçmişdirsə, onda həmin hissələr sökülməli və çirklənmiş sahələr civədən azad edilməlidir. Toplanmış civəni zibil qutusuna və ya kanalizasiya xəttinə atmaq olmaz. Ağzı kip bağlanmış civə bankalarını eyvanda, qarajda və digər təhlükəsiz yerlərdə müvəqqəti saxlayıb, aidiyyəti qurumlara təhvil verilməlidir.

6. Gözə görünən civə damlalarını topladıqdan sonra demerkurizasiyanın kimyəvi mərhələsi başlayır. Bu zaman civənin buxarlanmasının qarşısını almaq üçün istifadə edilən maddələrə demerkurizatorlar deyilir. Demerkurizatorlar kimyəvi maddələr olub, civənin buxarlanmasının sürətini azaldır və civənin mexaniki yığılmasını asanlaşdırır. Civə dağılmış sahələr mexaniki təmizləmədən sonra mütləq demerkurizatorlar vasitəsilə kimyəvi işlənilməlidir. Civədən təmizlənmiş sahələr kalium permanqanat və sabunlu-sodalı məhlul ilə silinir. 30 dəqiqədən sonra silinmiş sahə quru əski ilə silinərək qurudulur. Sabunlu su olmadıqda məişət yuyucu vasitələrindən istifadə edilməsinə icazə verilir.

Sonda unutmamaq lazımdır ki, termometr istifadə edərkən ehtiyatlı olmalı, uşaqlardan kənarda, əlçatmaz yerlərdə saxlanmalıdır. Termometr haqqında məlumat vermək lazımdır.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   4058  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5379  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5154  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2777  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3389  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir? 

Ferritin nedir
Həyat tərzi   ⁄   01.06.2020   ⁄   9950  baxış

Ferritin nədir? Ferritin əksikliyinə səbəb nədir?

İnsan bədəni üçün zəruri minerallardan biri olan dəmir, oksigen daşıyan qırmızı qan hüceyrələrində olan hemoglobinin (HGB) istehsalı üçün istifadə olunur. Dəmir səviyyəsinin aşağı olması qırmızı qan hüceyrələrinin lazımınca oksigenlənməməsinə və beləliklə daha az istehsalına səbəb olur.

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1447  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1133  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1725  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   4058  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5379  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5154  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2509  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2455  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2777  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3389  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?