Çiy fındıq və onun faydaları
Tam bir sağlıq deposu olan fındığın beyin sağlığından xoşbəxtlik hormonlarına, diabet riskini azaltmasından xərçəngə qədər önəmli faydaları vardır. Ləzzəti ilə yanaşı tərkibində də bol miqdarda lif vardır. Protein, kanbonhidrat, antioksidanlar, B riboflavin, tiamin, niasin, pridoksin, kimi vitaminlər, kalsim, çinko, dəmir və magnezium kimi mineralları ilə sağlığımız cəhətdən də bir xəzinə kimidir.

fındıq və faydaları
Lakin fındıq çiy halda yeyilərsə,qida dəyərindən daha çox faydalana bilərik. Fındığın qovrulma vaxtı uzandıqca tərkibində qida dəyəri də azalır. Sağlam yağlar zərər görür, hüceyrələrimizə zərər verə biləcək sərbəst radikallara çevrilir. Qovrulmamış fındıqlar, qovrulmuş fındıqlara nisbətən 2 qat faydalıdırlar. Buna görə fındıq alarkən qovrulmamış olmasına diqqət etməliyik.
İmmuniteti gücləndirir
Fındıq yağı E vitamini cəhətdən zəngin bir qaynaqdır. E vitamini qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alaraq anemiya riskini azaldır. Düzgün qan dövranı, temperatur, soyuqdəymə və digər xəstəlikərin qarşısını alır.
Sinirləri möhkəmləndirir
Tərkibindəki qida dəyəri ilə tam bir sağlıq deposu olan fındıq, B6 vitamini cəhətdən də zəngindir. B6 vitamini elektrik siqnallarının sürətini artırır, sinir sisteminin düzgün işləməsini təmin edir. Sinir sisteminin sağlam bir şəkildə funksiyasını yerinə yetirməsi üçün seratonin, melatonin və epinerfin kimi hormonların ifrazatı üçün B6 vitaminin dəstəyi vacibdir.

fındıq və faydaları
Beyin sağlamlığını qoruyur
Fındığın tərkibindəki flavonoidlər beyin sağlamlığını dəstəkliyir. Triptofan və izolosindən zəngin olduğu üçün zehinsəl və psixolojik olaraq da insanın özünü daha yaxşı hiss etməsini sağlayır.
Toxluq hissi yaradır
Fındıqdakı protein, kif və yüksək yağ kompozisiyası toxluq hissini artırır, bu da həddən artıq yeməyin qarşısını alarkən yüksək kalorinin də qarşısını alır. Ancaq normadan artıq fındıq qəbulu tam əksinə yol açır, çəki artırır. Çünki fındığın enerjisi olduqca yüksəkdir. 1 ovuc fındıq təxminən 25 qrama, o da 150 kaloriyə qədərdir. 1 porsiya təxminən 6-7 fındıq miqdarındadır.
Diabet riskini azaldır
Diabet xəstələri günlük menularına fındıq əlavə elədikdə, glükoza dəyəri sabitləşir.
Pis xolestrolun dəyərini normalaşdırır
Fındıq ürək sağlamlığımı qoruyan yağlarla zəngindir. Müntəzəm fındıq yeyilməsi xolestrolu 27 faiz aşağı salır. Davamlı fındıq yeyənlərin ürək xəstəliklərinə görə riskini olduqca aşağı salır. Eyni anda fındıq dəmir, selenium, magnezium, potasyum, fosfor, çinko kimi mineralların təbii qaynağı olduğu üçün ürək sağlamlığını qoruyur.
Xərçəngə qarşı qoruyur
Xərçəngli hüceyrələrin inkişafının qarşısını aldığı düşünülən fındıq, həm də orqanizmdakı pis niyyətli hüceyrələri yox etməyə kömək olaraq xərçəngin qarşısını alır. Fındıqda olan beta-sitosterol sinə və prostat xərçənginin də riskini azaldır.
Qəbzliyin qarşısını alır
Fındıqdakı yüksək lif tərkibi, bağırsağ sağlamlığı üçün olduqca yararlıdır. Yüksək lif istifadəsi bağırsaq hərəkətlərini aktiv hala gətirib, həzm sisteminin işini asanlaşdırır.
Əzələləri gücləndirirMagnezium orqanizmaya girən və çıxan kalsium miqdarının düzənlənməsində çox vacib bir rol oynayır. Doğru miqdarda kalsium əzələni sıxlaşdırır.
Magnezium bunun sayəsində əzələ gərginliyini azaldır. Əzələ yorğunluğunu, spazmı, ağrıların qarşısını almaq üçün mücadələ aparır. Yüksək magnezium eyni zamanda əzələ gücünü də artırır.