CV-də yazmayacağınız 6 şey – Topic.az
CV-də yazmayacağınız 6 şey

CV-də yazmayacağınız 6 şey

Hədəflədiyiniz işi almaq üçün CV-dəki məlumatlar çox vacibdir. CV-yə daxil edilməməsi lazım olan məlumatlar iş axtarışı prosesinə birbaşa təsir edə bilər. CV hazırlamaq karyeranız üçün atacağınız ilk və ən vacib addımlardan biridir. Düzgün hazırlanmış CV bir çox qapını aça bilər. Ancaq hazırlıqsızlıq, səhvlər və lazımsız məlumatlar iş tapmaq prosesini uzadır və istənilən mövqeyə çatmağının qarşısını alır.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 24.12.2018 Baxış sayı:  756 Müəllif: 
Səhv doldurulmuş CV-nin aqibəti

Səhv doldurulmuş CV-nin aqibəti

Tərcümeyi-hal hazırlayarkən aşağıda qeyd olunan məqamlara diqqətli olun:

Yazı səhvləri

CV-də heç vaxt yazı səhvləri olmamalıdır. Unutmayın ki, siz iş axtarışınızda onlarca müraciət edəcəksiniz. Əgər, bir yazı səhvi varsa onu onlarca işə götürən mütəxəssislər görəcək. Yazı səhvləri olan bir CV işə götürənlər tərəfindən ilk mərhələdə aradan qaldırılacaq. Sözlər düzgün yazılmalı, cümlələr düzgün qurulmalıdır. Cv-ni yazdıqdan sonra, yenidən oxuyub səhvləri düzəltməlisiniz. Yazı qaydalarını bilmirsizsə, etibar etdiyiniz birinin oxuyub, düzəltməsini istəyə bilərsiniz.

Uyğun olmayan şəkil

CV-də şəkil vacib rol oynayır. Xaricdə, xüsusilə, ABŞ və digər Qərb ölkələrində foto şəkillərdən istifadə edilməsi tövsiyyə olunmur. Buna görə də, xaricdə vəzifə sahibi olmaq üçün heç bir şəkildən istifadə etməməlisiniz. Türkiyədə və Azərbaycanda isə şəkilsiz CV-lər yaxşı qarşılanmır. Ona görə bu ölkələrdə işə düzələrkən şəkil qoymağı unutmayın. Lakin, şəkil rəsmi görünməlidir. Gündəlik həyatdan seçdiyiniz şəkli istifadə etməyin.

Qəribə mail ünvanı

Bir çox gənclərin CV hazırlayarkən etdiyi ən böyük səhvlərdən biri, yeniyetmə dövründə açdığı mail ünvanını qey etməkdir. Bu, ünvanlar fərqli, qəribə və hətta məzəli də ola bilir. Sizin mail ünvanınız əhəmiyyətsiz olsa da, haqqınızda çox şey deyir. Ad və soyaddan ibarət mail ünvanından istifadə edin.

Əlaqəsiz iş təcrübələri

Bir çox insan gənc ikən və universitet illərində hədəf aldığı karyerası ilə əlaqəsiz işlərlə məşqul olmuşdur. Bunlar sizin üçün böyük həyat təcrübəsi ola bilər. Ancaq müraciət etdiyiniz mövqeylə heç bir əlaqəsi yoxdursa, onları yazmasaz da olar. Bu cür iş təcrübəsi sizi daha təcrübəli göstərməz, hətta yeni işinizə maneə ola bilər.

Şəxsi məlumat çoxluğu

Bir çox İR ekspertləri namizədlərin CV-lərində çox şəxsi məlumat yazdıqlarını deyirlər. Əslində, mail ünvanı və telefon nömrəsi kifayətdir. Vəsiqə nömrəniz, ailə vəziyyətiniz, qan qrupu və s. kimi şəxsi məlumatlara ehtiyac yoxdu. Tərcümeyi-halınızı müxtəlif yerlərə göndərirsiz, bu cür məlumatları tanımadığınız insanlarla bölüşürsüz. Bu, həm lazımsızdır, həm də şəxsi məlumatları bölüşmək peşəkar deyil.

Karyera hədəfi

Keçmişdə CV-lərdə namizədin karyera hədəflərini göstərməsi dəbdə idi. Ancaq yeni bir yanaşmaya görə, karyera hədəflərinin heç kimə bir faydası yoxdu. Əksinə, hədəfinə uyğun olmayan bir iş üçün müraciət edirsinizsə, yanlışlıqla bunun sizin üçün doğru bir iş olmadığını söyləmiş olursunuz.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Yaxın mövzular

Səyahətə çıxarkən
Turizm   ⁄   23.12.2018   ⁄   938  baxış

Səyahətə çıxanlar üçün 10 faydalı məsləhət

Heç bir öhdəliyiniz olmadan dünyanı gəzmək haqda xəyal etmisiniz? Gizli arzuların həyata keçməsi hər kəs üçün əlçatandır. Ən əsası düzgün köklənmə, düşünmə qabiliyyəti və bir balaca hazırlığın olmasıdır. Bunun üçün təcrübəli səyahətçilərin bölüşdükləri 10 sirr kifayət edər. Onların köməyi ilə yeni kəşflər, müxtəlif təəssüratlar, gözəl istirahət və yeni tanışlıqlar sizin həyatınızı istənilən yaşda dəyişə bilər.

Sağlam gözlər
Həyat tərzi   ⁄   15.12.2018   ⁄   911  baxış

Gözünüzü qorumaq üçün 10 məsləhət

Kompyuterdə işləmək, eləcə də filmə və ya videoya baxmaq, elektron kitab oxumaq gözü yorur. Gözü qorumaq üçün nə etmək lazımdır?

Bir neçə iş təklifi
Karyera   ⁄   05.12.2018   ⁄   580  baxış

Bir neçə iş təklifi alsanız nə edəcəksiniz?

İş axtarmaq olduqca stressli bir proses olsa da, bəzən işlər çox yaxşı gedə bilər və siz eyni anda birdən çox iş təklifi ala bilərsiz. Belə, bir vəziyyətdə qərar vermək çox çətindir, ancaq ən yaxşı seçim etmək əlinizdədir.

Yuxusuzluq
Həyat tərzi   ⁄   05.12.2018   ⁄   513  baxış

Yuxusuzluqla mübarizə aparmağın yolları.

Şübhəsiz ki, çoxumuz heyatımızda bir dəfə də olsun yuxusuzluqla qarşılaşmışıq. Normal orqanizmin sərf olunmuş gücü və zehni yenidən bərpa etməsi üçün ən az 7-8 saat yatmaq lazımdır.

Daha tez iş tapmaq üçün nə etmək lazımdır?
Karyera   ⁄   14.11.2018   ⁄   898  baxış

Daha tez iş tapmaq üçün nə etmək lazımdır?

İş müraciətlərindən rədd cavabı aldıqda dərhal hər kəs mütəəssir olur. Üstəlik, ətrafdakıların da “nə etdin?”, “iş tapa bildinmi?” kimi sualları, “ürəyini sıxma”, “qismət” kimi təsəlliləri daha çox cansıxıcı olur. Bəs bir an əvvəl iş tapmaq istəyənlərin nə etməsi lazımdır? Gəlin biraz bu barədə danışaq.

CV-nizi effektiv etmək üçün peşəkarlardan 7 məsləhət
Karyera   ⁄   14.11.2018   ⁄   471  baxış

CV-nizi effektiv etmək üçün peşəkarlardan 7 məsləhət

İş müsahibəsinə dəvət almaq üçün ən vacib şərt bilik və təcrübəniz barədə məlumatın CV-də düzgün formada əks olunmasıdır. Düzgün CV forması və onun tərtib qaydaları haqqıda faydalı mütəxəssis məsləhətlərini sizə təqdim edirik.

Tükənmişlik hissi
Karyera   ⁄   31.01.2020   ⁄   111  baxış

Tükənmişlik sindromunu aradan qaldırmaq üçün 3 məsləhət

Gərgin iş tempi, artan stres, trafik və s. bir çox amillər bəzən işçiləri elə bir nöqtəyə gətirir ki, son nöqtənin adı-tükənməkdir! Bu hissi aradan qaldırmaq üçün nə etməliyik?

İş axtararkən motivasiya
Karyera   ⁄   28.12.2019   ⁄   181  baxış

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

İş axtarmaq çox çətin bir prosesdir. Bu çətin prosesdən keçərkən motivasiyamızı yüksək tutmağımız da vacibdir. İşsizlik dövründə motivasiyanı yüksək tutmaq üçün nə etməlisən?

Karyera   ⁄   27.12.2019   ⁄   238  baxış

Part-time işləməyin üstünlükləri nələrdir?

Həftədə 40 saatdan az tammüddətli iş part-time iş sayılır. Part-time yəni yarım gün iş sayılır. Əlbəttə ki, bu tərifin məzmunu şirkət, sektor və ya vəzifəyə görə dəyişə bilər. Bəs part time işləmək işçi və işəgötürənə hansı üstünlüklər verir?

Karyera   ⁄   27.12.2019   ⁄   192  baxış

Gələcəkdə təəccübləndirəcək 5 peşə

Kosmik stüardessa, rəqəmsal detektiv, zibil mühəndisi və daha çox! Bütün bu peşələr qulağa maraqlı gəlir? Ancaq görünür, yaxın gələcəkdə bu peşələr haqqında daha çox eşitməyə başlayacağıq.

ofisdə mikroblar
Karyera   ⁄   26.12.2019   ⁄   381  baxış

Ofisdəki gigiyena: Mikrobların ofisdə ən sevdiyi yerlər haradır?

Bütün günü sıx bir ofisdə keçirmək sağlamlıq cəhətdən bir çox məqama diqqət etməsini gərəkdirir. Xüsusilə bəzi sahələr mikroblar üçün çox əlverişlidir. Kiçik ehtiyat tədbirləri ilə ofis həyatını daha gigiyenik etmək mümkündür!

Karyera   ⁄   25.12.2019   ⁄   279  baxış

30 yaşdan sonra karyera dəyişikliyi mümkündürmü?

Bir gün, bir çox insan kimi, karyeranıza yeni bir istiqamət vermək istəyə bilərsiniz. Deyək ki, bu istək 30 yaşdan sonra başladı. Nə edəcəksən?

Reklam

Son yazılar

omega 3 faydaları nələrdir?
Həyat tərzi   ⁄   18.02.2020   ⁄   20  baxış

Omega-3-ün faydaları nələrdir? Alarkən nələrə diqqət etməlisiniz?

Omega-3 yağ turşuları, qida maddələri ilə qəbul edilməli olan çox doymamış yağ turşularıdır. Bədənin Omega-3 ehtiyacı, ana bətnində başlayır. Ehtiyac uşaqlıq, yetkinlik və qocalıq dövründə davam edir. EPA və DHA adı verilən Omeqa-3 yağ turşuları vardır. Yetkinlər üçün EPA, hamilələr, süd verən analar və uşaqlar üçün isə DHA uyğundur.

Turşu və faydaları
Gündəm   ⁄   11.02.2020   ⁄   94  baxış

Turşu yeməyin heç eşitmədiyiniz 7 faydası

Turşu evdə şüşə qabda və əlverişli şəraitdə hazırlanarsa sağlamlıq üçün son dərəcə faydalıdır. Sağlam insanlarda turşunun həftənin 2 günü maksimum 1 ovuc içi qədər istifadəsi yetərlidir. Bəs, uyğun şəraitdə altında hazırlanıb yeyildikdə sağlamlığımız üçün faydaları nələrdir? Sadəcə sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşunun 7 faydası bunlardır.

Tükənmişlik hissi
Karyera   ⁄   31.01.2020   ⁄   111  baxış

Tükənmişlik sindromunu aradan qaldırmaq üçün 3 məsləhət

Gərgin iş tempi, artan stres, trafik və s. bir çox amillər bəzən işçiləri elə bir nöqtəyə gətirir ki, son nöqtənin adı-tükənməkdir! Bu hissi aradan qaldırmaq üçün nə etməliyik?

Həyat tərzi   ⁄   24.01.2020   ⁄   128  baxış

Uşaqlarda allergiyaya ən çox səbəb olan qidalar

Uşaqlıqdakı qida allergiyası bəzən inkişaf prosesində yox olur, bəzən yetkinlik dövründə də davam edir. Bəs, hansı qidalar allergiyaya daha çox səbəb olur? Qida allergiyası hansı şikayətlərə yol açır? Qida allergiyası  diaqnozu necə qoyulur? Qida allergiyası necə müalicə olunur?

Uncategorized   ⁄   17.01.2020   ⁄   97  baxış

Qulançar və onun faydaları

 Qulançarın tərkibində maqnezium, fosfor, selenium, sink, natrium, dəmir, mis, kalsium, manqan kimi minerallar və ə A, C, B6, K kimi vitaminlər var.

uşaqlarda zəka
Həyat tərzi   ⁄   01.01.2020   ⁄   169  baxış

Elm adamlarına görə uşaqlar zəkalarını anadan alırlar

Elm adamları genetik modifikasiya olunmuş siçanlar üzərində araşdırma aparıblar. Uzun illər davam edən araşdırma, insanlar üçün həyata keçirildiyi zaman oxşar bir nəticə əldə edildi. Buna görə uşaqlar ağıllarını analarından alırlar.

Həyat tərzi   ⁄   29.12.2019   ⁄   247  baxış

Xərçəng xəstəliyinin mübarizəçisi

Tərkibindəki sulfuranın miqdarı ilə sağlamlığımız üçün vacib olan brokoli və gül kələmin faydaları saymaqla bitmir. Xüsusilə qışda bu iki qidanı yemək lazımdır. Brokoli faydası baxımından bir addım qabaqdadır

İş axtararkən motivasiya
Karyera   ⁄   28.12.2019   ⁄   181  baxış

İş axtararkən motivasiyanı yüksək tutmağın yolları

İş axtarmaq çox çətin bir prosesdir. Bu çətin prosesdən keçərkən motivasiyamızı yüksək tutmağımız da vacibdir. İşsizlik dövründə motivasiyanı yüksək tutmaq üçün nə etməlisən?

Həyat tərzi   ⁄   28.12.2019   ⁄   169  baxış

K vitamini haqqında heç eşitmisiniz?

Vitamin K, çox eşitdiyimiz bir vitamin deyil, təəssüf ki digər vitaminlər qədər adı çəkilmir. Ancaq bu təməl qidaya əhəmiyyət verməmək səhv olardı. Bəs, çoxumuzun eşitmədiyimiz K vitamini nə işə yarıyır?

Qəhvə qalığı-kofe
Həyat tərzi   ⁄   28.12.2019   ⁄   106  baxış

Kofe qalığını tullamadan, istifadə edin

Türk qəhvəsi və ya filtrli qəhvə hazırladıqdan sonra qalan qalığını atmaq əvəzinə yenidən istifadə edə bilərsiniz. Üyüdülmüş kofe tumları, dəmləndikdən içərisində olan yağ və aroma böyük ölçüdə suya keçsə də, yetərli miqdarda yağ və qoxu qalır. Geriyə qalan bu təbii qalığı fərqlı yerlərdə istifadə edə bilərsiniz.