Dəmir deposu 7 qida
Dəmir orqanizm tərəfindən istehsal olunmayan və qidalar vasitəsilə qəbul etdiyimiz bir mineraldır. Dəmirlə zəngin qidalarla tanış olaq.

Dəmir ilə zəngin qidalar
Dəmir əksikliyində yorğunluq, halsızlıq, əsəbilik, baş ağrısı, diqqət pozğunluğu kimi problemlər yaranır. Daha çox hamilə və süd verən analarda daha çox rast gəlinir. Günlük ehtiyac kişilərdə 8 mg, qadınlar üçün isə 18 mg olur. Hamiləlik dövründə ehtiyac artdığı üçün günlük 27mg, süd vermə dövründə isə 18 mg dəmir alınması vacibdir. Bu ehtiyac körpə və uşağlarda 1-3 yaş aralığında 7mg, 4-6 yaş aralığında isə 10 mg-dır.
Ət və ət məhsulları
Dəmir tərkibi yüksək qidalar arasında ət və ət məhsulları ilk sıralarda yer alır. A və B qrupu vitaminləri, sink, fosfor, selenium kimi minerallarla zəngindir. Bununla yanaşı xolesterol tərkibinin də yüksək olduğunu nəzərə alaraq diqqətlə yemək lazımdır. Həftədə 2 gün qırmızı ət, 2 gün toyuq kimi ağ ət, 3 gün isə balıq yemək məsləhətlidir.
Yumurta
Ana südündən sonra ən keyfiyyətli zülala sahib yumurta hərkəs tərəfindən düzənli olaraq günlük yeyilməlidir. Yumurtanın tərkibindəki dəmir faizini artırmaq üçün yanına C vitaminindən zəngin cəfəri, mandalin kimi qidalar əlavə oluna bilər. Eyni zamanda yemək vaxtı içilən çay da dəmiri yuduğundan, çayı səhər yeməyi sonrasında içmək lazımdır.
Yaşıl yarpaqlı göyərtilər
İspanaq, pazı, kahı, cəfəri, nanə kimi yaşıl yarpaqlı səbzələr dəmir mineralı cəhətdən yüksəkdir. Lifli quruluşu sayəsində həzm sistemini qoruyur və xəstəlikərdən qorunmağa kömək edir. Ara qidalarda içilən tərəvəz suları həm fit qalmağa, həm də dəmir miqdarını artırmağa kömək edir
Paxlalı bitkilər
A, C, E vitaminindən zəngin olan quru paxlalıar,lifli quruluşu sayəsində həzm sistemini qoruyaraq immunitet sistemini gücləndirir.
Quru meyvələr
Yüksək antioksidan tərkibi, vitamin və mineral tərkibi ilə yüksək quruluşa sahib quru meyvələrdən də mütləq yeyilməlidir. Gündüz ara qidalarda 1 yemək qaşığı üzüm və 2 ədəd qoz yeyərək həm qan şəkərinizi düzənləyib, həm də sağlam qidalanmış olarsız.