Dəri sağlamlığı üçün təhlükəli qidalar
Son illər ərzində bir çox insan sağlam qida haqqında məlumatlanıb. Yediyimiz qidalar daxili orqanlarda olduğu kimi dərimizə də zamanla ya müsbət ya da mənfi təsir göstərir. Dərinizə mənfi təsir göstərəcək , yeyərkən 2 dəfə düşünməniz lazım olan 4 qidaya aid maraqlı məlumatları topladıq.

Ağ çörək
Çörək sadəcə çəki artmağına səbəb olmaz. Eyni zamanda tərkibindəki korbohidrat ilə dəriyə də zərər verə bilər. Qlisemik indeksi yüksək olan ağ çörək dəridə sızanaqların da yaranmasını sürətləndirir.

Təndir çörəyi
Şirniyyat
Əslində şirniyyat yeyərkən miqdarını kontrol etsəniz çox ciddi bir problem yaratmaz. Digər tətəfdən isə yeyərkən artıq bir pay dondurma və ya bir dilim çox şirniyyat dərinizin daha tez yaşlanmasına səbəb ola bilər.

şirniyyat
Qızartma yeməklər
Qızardılmış yeməklərin tərkinibdəki yağları orqanizm asanlıqla həzm edə bilmir. Orqanizmdə toplanmağa başlayan bu yağlar zamanla bir çox ürək və damar xəstəliklərini ilə dəridə istənilməyən deformasiyalara səbəb olur.

qızartma
Süni dadlandırıcılar
Süni dadlandırıcılar orqanizmamız üçün bu siyahıda olan ən zərərli qida əlavələridir. Süni dadlandırıcılar qida kalorisini azaltmağa kömək eləsə də cildinizdə sızanaq, akne və müxtəlif deformasiyalara səbəb ola bilər.

süni dadlandırıcılar