Diş ağrısını yüngülləşdirməyin təbii yolları
Əksər insanlar diş ağrısı zamanı ağrını yüngülləşdirmək üçün bir çox yollara əl atırlar. Diş ağrısının aşkarlanması və müalicəsi yalnız həkimi tərəfindən təyin olunmalıdır. Ancaq diş həkiminə gedincəyə qədər ağrını yüngülləşdirmək üçün bəzi həll yolları da vardır.

Diş fırçalamaq çürüklərdə sıxılıb qalan və ağrıya səbəb olan qalıqları aradan qaldrımağa kömək olur. Dişlərin diş sapı ilə təmizlənməsi və fırçalanma ağrını azaldar.
Sirkəli su və duzlu su qarqarası diş ağrılarını qismən uyuşdurar, dişi bakteriyalardan təmizləyər və şişlikləri azaldar. Diş əti və açıq diş çürüklərində dezinfeksiya təsiri vardır.
Diş həkiminizin tövsiyyəsi ilə ağrı kəsici qəbul eləməyiniz ağrını müəyyən vaxt içində azaldar.
Dişə mütləq şəkildə Aspirin, odekolon, spirt qoyulmamalı, bunların əvəzinə mixək yağı istifadə olunmalıdır.
Uzun illərdir infeksiyanı müalicə etmək üçün mixək yağı və ya quru mixək istifadə edilmişdir. Diş ağrısı üçün yaxşı olan mixək yağı, keyidici və antiseptik xüsusiyyətlərə malikdir. Mixəkin tərkibində “eugenol” adlanan güclü maddə vardır. Bakteriyaları öldürən bu maddə diş pastalarının da tərkibində var.

quru mixək və diş ağrısı
Quru mixək ağrıyan bölgəyə yerləşdirilib gözlənilərsə ağrı hissini azaldar. Bundan əlavə, antibakterial xüsusiyyətlərinə görə çürümüş dişin ətrafındakı zərərli bakteriyalara təsir göstərir.
Buz tətbiq etmək, ağrıyan diş bölgəsinə soyuq kompres tətbiq etmək və ya ağzını soyuq su ilə yuymaq ağrıları müvəqqəti yüngülləşdirə bilər. Əksinə, ağrılı diş bölgəsinə isti kompres tətbiq etmək və ya ağzını isti su ilə yuymaq ağrıları müvəqqəti yüngülləşdirə bilər.

quru mixək və diş ağrısı
Diş ağrısı gecə yaranarsa yatmış vəziyyətdə olmaq ağrını artıra bilər, bunun üçün yastıq bir qədər yuxarı qalxmalıdır.