Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?
Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Dis mecunu – flor
Diş çürüməsinə səbəb olan üç bakteriyanı bir fabrik işçisi hesab etsək, bu fabrikin şləməsi üçün enerji mənbəyi lazımdır.
Bu enerji mənbəyi qidadakı karbohidratdır. Fabrik gücünü yediyimiz qidalardan alır. Karbohidratlarla işləməyə başlayan işçi bakteriyalar turşu buraxır. Bu turşu, dişin ən xarici təbəqəsi olan minada hidroksiapatit adlanan kristallaşmış quruluşu pozur və dişin qalxanı olan minanı məhv edir.
Çürük zavodunun işinə mane olacaq ən böyük amil karbohidrat olan qidanın, diş səthində uzun müddət qalmasının qarşısını almaqdır.
Beləliklə, fabrik işçiləri enerji tapa bilmirlər. Diş səthinə asanlıqla yapışan karbohidratların şəkər, şokolad və s. qidalar diş çürüməsinin meydana gəlməsini sürətləndirir.
Diş çürüklərinin qarşını almağın ən yaxşı yolu sağlam qidalanma və düzgün ağız gigiyenasıdır. Yeməkdən sonra fırçalamaq və qəlyanaltı zamanı yapışqan qidalardan imtina etmək çürüklərin qarşını alacaqdır.
Flor diş çürüməsinin qarşısını almaq üçün yetərlidirmi?
Diş məcunu və tərkibindəki flor sehrli bir maddə deyil. Dişlər bu qidalara uzun müddət məruz qalsa, flor çürüməmənin qarşısını almaq üçün kifayət etməyəcəkdir.
Flor çürüməni emaye səviyyəsində bərpa etməyə kömək edir. Düzgün fırçalama ilə ilkin çürüklər geri dönəcəkdir. Diş minasına yapışan bu mineral fabrikdə qısa qapanmaya səbəb olur və diş çürüməsinin qarşısı alınır.
Niyə flora zərərli deyirlər?
Tədqiqatla sübut edildiyi kimi, flor çürümənin qarşısını almaqda böyük əhəmiyyətə malikdir. Lakin xüsusən də uşaqlara verdiyimiz flor həbləri bəzən sistemik flor toksitlənməsinə səbəb ola bilər. Bu o deməkdir ki, bir insanın tələb etdiyi gündəlik flordan çoxunu qəbul etmək flor zəhərlənməsinə səbəb olur. Həb formasında qəbul olunacaqsa gündəlik miqdarı keçməməlidir. Lakin diş məcunları diş səthinə çəkilir və udulmur.
Elmi araşdırmalar diş məcunundakı floridin çürümə əmələ gəlməsini əhəmiyyətli dərəcədə azaltdığını sübut edir.