Diş qulluğu təlimatında ən vacib suallar
Yaxşı ağız gigiyenası bir çox problemlərin qarşısını alır. Moskva Dövlət Tibb Universitetinin Periodontologiya şöbəsinin professoru, Viktoriya Atruşkeviç öz müsahibəsində dişlərə necə qulluğ edilməsindən, hansı qulluğ vasitələrinin seçilməsindən danışdı.

Diş qulluğu
Diş sağlamlığı və ağız gigiyeniyasının qayğısına qalmaq üçün hamam otağında nələr olmalıdır?
Ağız boşluğunda təxminən 800 mikroorqanizm növü yaşayır. Yetərli gigiyeniya olmdıqda, diş ərpləri patologiyaya səbəb olur, diş xəstəlikləri yaradırlar. Diş ərpi təmizlənmədikdə onlar diş daşlarına çevrilir. Bu şəraitdə mikroblar sürətlə çoxalır-xoşagəlməz ağız qoxusuna, diş əti qanamalarına və diş çürüklərinə səbəb olur. Ona görə gigiyena məhsulları seçərkən onların təmizlik keyfiyyətinə diqqət olunmalıdır. İstifadədən sonra təmizlik və təravət hiss olunmalıdır.
Çürüklərinin qarşısını almaq üçün diş emalını möhkəmləndirən flor və kalsium tərkibli diş pastalardan istifadə etmək lazımdır. Diş əti iltihabı(gingivit) və ya periodontit varsa müalicə tərkibli, diş ətini möhkəmləndirən, immuniteti artıran diş pastaları seçmək lazımdır. Tərkibi bitki mənşəli, vitaminli, antioksidantlardan ibarət olmalıdır.
Şübhəniz olduğu halda, diş həkimi ilə məsləhətləşin. O, sizə doğru vasitələr seçməyinizə kömək olacaq. Müalicə kompleksi həkim tərəfindən təyin olunan, yalnız müalicədə istifadə olunan xüsusi diş pastaları, yaxalama vasitələri və gellərdən (antiseptik tərkibli) ibarətdir. Ailədə uşaq varsa onların da vəsaiti yaşına uyğun seçilməlidir.
Diş pastası ilə yanaşı yaxalamadan da istifadə olunmalıdır. Amerikanın Paradotonlogiya Akademiyası dişləri fırçaladıqdan sonra hər gün ağız boşluğunu da yaxalamağı məsləhət görür. Bu nəinki diş ərpini təmizləyir, onların yaranmasının da qarşısını alır. Sodyum florid bununla yaxşı bacarır. Yaxalama üçün vasitə seçərkən onun tərkibindən əmin olun. Əks təqdirdə yaxalamanın nəticəsi olmayacaqdır.
Kəsinliklə diş çöplərindən uzaq durun və ehtiyyatla diş saplarından istifadə edin. Bu gigiyenik məhsulların təhlükəli olma ehtimalı çoxdur. İstifadə zamanı diş əti zədələnib və diş iltihabına səbəb ola bilər.
2.Diş Fırçaları necə seçilməli?
Ilk növbədə sizə diş fırçası lazımdır. Əgər siz ənənəvi yanaşmaların tərəfdarısınızsa, seçiminiz orta sərtlikdə diş fırçası olmalıdır.
Daha maraqlı seçim isə elektrikli diş fırçasıdır. Seçim edərkən fırçanın başlığının fırlanma xarakterinə diqqət edin. Elektrik fırçasının tüklərinin əks istiqamətdə dönməsi, eyni istiqamətdə hərəkət edən adi fırçadan diş ətini daha yaxşı təmizləyir. Bu diş ətinin zədələnməsinin qarşısını almaqla gingivit( diş əti iltihabı) və periodontinin yaranması ehtimalını azaldır.
Ayrıca uşaqlara diş qulluğu haqqında məlumat verilməlidir. Diş təmizliyini öyrətmək üçün xüsusi vasitələr var.
Evdə irriqator olmağı da məsləhətdir. O, normal və elektrik fırçasının da çata bilməyəcəyi çətin sahələri təmizləyir. Dişlər arasındakı boşluqları, plomb və vinirləri, implant sahələri də təmizləməyə qadirdir. Diş məhsullarının bazarı olduqca çox genişdir, hər hansı vəziyyət üçün irriqator seçmək mümkündür. Dişlərin təmizlənməsi üçün daha rahat AirFloss irriqatoru var, bu diş saplarından da daha təhlükəsizdir. Diş saplarından fərqli olaraq bu 1 dəqiqədən çox vaxt almayacaqdır.
Universal məsləhət isə-hər zaman daha tanınmış məhsullar seçin.
3.Ağız gigiyeniyası yalnız diş qulluğundan ibarət deyil. Başqa nə lazımdır?
Dişlərdən başqa ağız boşluğunda digər orqan və toxumalar da vardır ki, onlara sistemli qulluq tələb olunur. Birinci növbədə bu dildir. Dilin üst səthi həmişə zərərsziz olmayan çox sayda bakteriyaları özündə toplayır. Bakteriyalar böyük problemlər yaradır. Ağızda xoşa gəlməz qoxunun yaranmasına səbəb olur. Ona görə dil qulluğu da hər insanın səhər-axşam gündəlik rutininə çevrilməlidir. Dişləri təmizlərkən dilin üzərini də təmizləmək vacibdir.
Dİş ətinin qulluğu isə irriqator olmadan mümkün deyil. O, çətin olan sahələri təmizləyir, qan dövranını artırıb, immuniteti qaldırmağ üçün yüngül masaj edir.
4.Diş həkiminə tez-tez gedmək lazımdır?
Dişlər qaydalı şəkildə fiziki müayinə olunmalıdır. Müayinə zamanı erkən mərhələdə olan karies və periodontal xəstələlikləri aşkarlamaq, gecikmədən müalicə olunmaq mümkündür. Yalnız diş həkimi ağız gigiyeniyası ilə yanaşı, diş vəsaitlərinin istifadəsi haqqında da düzgün məlumat verə bilər.
Ağız gigiyeniyası yaxşı olduqda halda ildə 1 dəfə müayinə kifayətdir. Əgər patalogiya varsa bu başqa məsələdir. Ağız boşluğunda xroniki xəstəlik və ya periodontal varsa daimi müayinə olunmaq lazımdır.Belə halda həkim yalnız müayinə deyil, profilaktik müalicə prosedurları da edəcəkdir.Müayinələr 3 ayda 1 dəfə olunmalıdır.
Moskva Dövlət Tibb Universitetinin Peridontologiya şöbəsinin araşdırmalarına əsasən, klinikada müalicə alan xəstələr arasında yalnız 16%-i həkim məsləhətlərinə riayət edir, qalan 84 % isə müalicə bitdikdən sonra ağız gigiyeniyasına davam eləmir və ya həkim məsləhətlərinə əməl eləmir. Belə olduğu halda karies və periodontal xəstəliklərin yayılması da yüksək olacaqdır.
5.Professional prosedurlar-hansıları faydalı və təhlükəlidir?
Fərdi gigiyeniya qaydalarına düzgün əməl etsəniz də, bəzi prosedurlar var ki onları yalnız həkim edir. Professional təmizləmə, dişlərin ağardılması belə prosedurlardandır.
Professional gigiyeniya
Diş daşlarını adi fırça ilə təmizləmək mümkün deyildir. Buna görə də müntəzəm ağız gigiyeniyası diş və diş ətininin qorunmasında vacibdir. Professional gigiyeniya diş ərpinin xüsusi vasitələrlə təmizlənməsidir. Ərp təmizlənməsə diş əti qanamalarına və xoşa gəlməz qoxuya səbəb olur. Peşəkar olan ağız gigiyeniyası tamamilə zərərsizdir.
Cilalama
Bu professional gigiyeniyanın son mərhələsidir. Fırlanan başlıqlı xüsusi alət və pastalar vasitəsilə diş daşlarını təmizləyərək, diş səthini düzəldir.Cilalanmanın iki məqsədi var: Estetik və gigiyenik. Yalnız diş daşları çıxarılarsa diş səthi kobud olacaqdır. Yenidən qida qalıqlarını və bakteriyaları özündə toplayaraq diş daşları yarana bilər.
Cilalama karies müalicəsindən sonra olunmalıdır. Diş emalı və plomb arasında sərhər yaradır. Əgər dişlərdə plomb çoxdursa müntəzəm olaraq cilalanma olunmalıdır.
Florlama
Floridasiya -diş emalının flor ionları ilə təmin edir. Flor onun güclənməsinə və kariesə qarşı müqavimətinin artmasına kömək edir. Həkim kariesin qarşısını almaq, diş həssaslığını aradan göturmək üçün floridləşməni təklif edə bilər. Floridləşmə proseduru üçün xüsusi diş lakları və gellərindən istifadə olunur, hətta udulsa da təhlükəsizdir.
Bir çoxları düşünür ki, ağartma dişləri pozan təhlükəli bir prosedurdur. Buna təhlükəli prosedur demək yanlışdır. Ağartma prosedurunun qaydalarına ciddi əməl olunmalı, dərman və vasitələr düzgün seçilməlidir. Ən vacibi isə ağartmadan sonra yaranacaq problemlər nəzərə alınmalıdır. Bu prosedurun təhlükəsizliyi üçün diş həkimi profesional olaraq seçilməlidir.