Doqon qəbiləsi haqqında bilmədiklərimiz
Afrikanın Mali cumhurriyətində yaşayan Doqon qəbiləsi dünyanın ən maraqlı qəbiləsi olaraq tanınır. 250.000 nəfər əhalisi olan bu qəbiləni maraqlı edən şey astronomiya haqqında məlumatlarıdır. Belə ki, elm adamları doqonların min illər öncə ortaya atdığı düşücələri yeni-yeni kəşf edir.

Doqon qəbiləsi
Doqon qəbiləsinə mənsub insanlar, dünyanın yumru olduğunu bilir və bunu qəbul edirlər. Bu qəbilənin insanları nə qədər mədəniyyətdən uzaqmış kimi görünsələrdə çoxlarından daha artıq astronomik məlumata sahibdilər.
Hətta dünyanın günəş ətrafında döndüyünü, ayın dünya ətrafında döndüyünü, Saturn, Yupiterin peyklərini, Siriusun əslində tək bir ulduz olmadığını, A, B, C olaraq üçlü bir sistem meydana gətirdiklərini bilirlər.
Doqon qəbiləsi yaranışlarını isə çox qəribə bir şəkildə izah edirlər. Onlara görə doğumları “Sirius sistemi ilə günəş sisteminin evlənməsi nəticəsində olub. Doqonlar, Sirius ulduzunun ən parlaq ulduz olduğunu, Siriusun yanında gözlə görülməyən balaca bir ulduzun da olduğunu bilirlər.
“Potolo” olaraq adlandırdıqları bu ulduzun dünyada bilinən bütün maddələrdən daha ağır bir maddədən ibarət olduğuna və Siriusun ətrafını 50 ildə döndüyünə inanırlar.
Elm adamları doqonların ortaya atdığı fikirləri təsdiqləyirlər
Qərbli astronomlar 19-cu əsrin ortalarına qədər Doqonların bəhs etdiyi bu ulduz haqqında xəbərsiz idilər.
1862-ci ildə Amerikalı astronom Alvan Graham Clark yeni bir teleskopu sınayarkən bu ulduzu kəşf etmiş və Sirius B adını vermişdir. Sirius B-nin xırda ulduz olduğu 1920-ci ildə ortaya çıxmışdır.
Sirius B ulduzu dünyadan daha balaca olmasına baxmayaraq, doqonlar dediyi kimi o qədər sıxdırki, ondan 1 qaşıq dolusu maddə 5 ton ağırlığındadır.
Doqonlar ayrıca saysız ulduzun varlığına və dünyanın da içində yer aldığı Samanyolunun xüsusi bir gücü olduğuna inanırlar. Ayrıca doqonlar sahib olduğu məlumatların çoxunu simvollarla izah etmişlər. İstifadə etdikləri bu simvolların əsasını isə “Nommolar” deyə adlandırdıqları, kosmosdan gəlib həm su, həm də torpaqda yaşayan varlıqlar təşkile edir.
Doqon rahiblərinə görə isə qədim zamanlarda Sirius sistemindəki planetdən dünayaya gələn bir Nommo sahib olduğu məlumatları öyrədib.
Elm Doqonların tapdığını yeni kəşf edir.
Doqonların əsrlərdir sahib olduğu məlumatları elm hələ yeni-yeni kəşf edir. Bunun son nümunəsi olaraq Doqonların Sirius sistemində “ Emme ya” adını verdikləri üçüncü ulduzun varlığıdır.
Bunun Sirius B-dən 4 dəfə daha yüngül olduğu deyilir. Emme ya-nın bir peyki də olduğu deyilir.
Doğurdan da Doqonların Emme ya-sı var. O, astronomlar tərədindən 1995-ci iləd kəşf edilmiş olan Sirius C ulduzudur.
Bu qəbilənin kökləri və sahib olduqları dərin astroloji məlumatlararı necə eləd etdikləri araşdırılmışdır.
Heç bir texniki vasitəyə sahib deyillər.
Doqonların bugünə qədər dediklərinin əslində bildiklərinin bir qismi olduğu deyilir. Doqon rahiblərinin, tüm sirlərini söyləmədikləri mövzusunda elm adamları dəqiqləşiblər. Lazımı heç bir texniki vasitəyə sahib olmayan doqonlar 1930- cu ildə hələ kəşf olunublar.