Dubayda Yeni il bayramını necə keçirmək olar – Topic.az
Dubayda Yeni il bayramını necə keçirmək olar

Dubayda Yeni il bayramını necə keçirmək olar

Dünyanın ən möhtəşəm şənlikləri Dubayda keçirilir. Meqapolis şam ağacı işıqlarına bürünür, ən yaxşı restoranların aşbazları böyük axşam yeməkləri hazırlayırlar. Şəhərin qonaqlarını yeni il yarmarkaları, atəşfəşanlıq, sonsuz çimərliklər və incə qış günəşi gözləyir. Soyuqdan qorxanlar üçün Dubay – yeni il bayramları üçün mükəmməl seçimdir.

Topic.az redaksiyası
Dərc olunma tarixi: 27.12.2018 Baxış sayı:  1711 Müəllif: 
Dubayda Yeni il atəşfəşanlığı

Dubayda Yeni il atəşfəşanlığı

Hədiyyələr üçün

Dekabrda gözlənilən Yeni il yarmarkasında bütün ailə ilə bir neçə əyləncəli saat keçirmək xoşbəxtlikdir. Yerli əhali hər il Almaniyada keçirilən bayram yarmarkasına bənzər Medinat Jumeirah Resort kompleksində keçirilən bayram yarmarkasını xüsusilə sevir.

Medinat Jumeirah Resort kompleksində keçirilən bayram yarmarkası

Medinat Jumeirah Resort kompleksində keçirilən bayram yarmarkası

Orada Santa Clausla birgə qayıqda vaxt keçirirlər və inanılmaz “North Train” uşaqları qarla oynamaq üçün nəhəng  oyun zonasına aparır. Qonaqlar hər gün burada parlaq interaktiv LED işıqlı Şam ağacını və Şaxta Babanı görəcəklər.

İlin atəşfəşanlığı

Dubay ən möhtəşəm atənfəşanlıq ilə yadda qalan ölkədir. Onların ən məhşurlarını harada izləmək mümkündür?

Ən çox gözlənilən fişəng nümayişi Burc Xalifada keçirilir. Bütün dünyanın izləyəcəyi şouda göstərilən fantastik atəşfəşanlıqla yanaşı, yeni il ərəfəsində bir çox yeni elementlər əlavə ediləcək. Dubayın mərkəzində parlaq işıq şousu və rəqs edən fontanlarda musiqili şoudan həzz alacaqsınız. Bu şouları izləmək üçün xüsusi meydançalarla yanaşı, dünyanın bir çox ölkələrində yayımlanan canlı televiziya yayımı veriləcəkdir.

Palma üzərində Promenad

Promenad, Palma adasının yuxarı hissəsində uzunluğu 11 km olan ay formasında, yeni il ərəfəsində Dubayın həm yerli əhalisinin həm də qonaqların olmaq istədiyi yerdir. Burada Rixos otel tərəfdən ən yaxşı görüntü olduğu üçün Atlantis the Palm otelinin atəşfəşanlığına, Burc Xalifa və Burc Al Arab otelinin şousuna baxmaq üçün xüsusi yerlər yaradılıb.

Çimərlikdə üstü açıq hovuzda yeni il

Barasti Beach Dubay

Barasti Beach Dubay

Barasti Beach klubunda günəş şüaları və hit mahnıların sədaları altında 2018-ci ilə əlvida deyin. Dünya şöhrətli çimərlik klubunda Dubay Marina peyzajı fonunda gözəl musiqi, dadlı yeməklər və kreativ kokteyllərdən həzz alın. Bura çimərlikdə Yeni il atəşfəşanlığından zövq almaq üçün gözəl bir yerdir. Şən bayramlara qoşulun, çünki hamı üçün giriş pulsuzdur. Daha sonra, Fatmanscoop və Bassjackers kimi musiqi əfsanələri iştirak edən partilərə gedin.

Opera gecəsi

Yeni il ərəfəsi klassik sənət mərkəzində sizi musiqi və əyləncəli rəqslər ilə sürpriz dolu gecə gözləyir. Buradan siz Burc Xalifanın atəşfəşanlığını və rəqs edən fontanlar şousunu izləyə bilərsiniz. Gecə Chinua Hawk Band qrupunun canlı ifaları ilə başlayacaq. Onlar dünya üzrə ən hit mahnıları ifa edəcəklər – Maykl Ceksondan Ed Şirana kimi. Sonra Orta Şərqin 1 nömrəli DJ-yi olan DJ Said Mrad DJC ilə rəqs meydanını Corc Kluninin toyundakından da çox çoşduracaq. Saat 12-də isə qonaqları lazer şou gözləyir. Möhtəşəm atəşfəşanlığı və rəqs edən fontanların şousunu xüsusi baxış platformasından seyr edə biləcəksiniz.

Dovşanın dalıyca gedin

Palazzo Versace Dubai otelində dovşan çuxuruna düşün və yeni 2019-cu ili “Alice in Wonderland” tematik partidə qarşılayın. Qonaqlar klassik hekayəni xatırlayıb onlar kimi geyinib gecəyə qatıla bilərlər. Daha sonra qonaqlar Giardino restoranında bayram masalarına və ya Vanitas italyan restoranında dördlü yeməyə dəvət olunacaqlar. Enigma gastronomik restoranının aşbazları yeni il menyusu hazırlayacaqlar.

Kruiz gəmisində

Tarixi kruiz gəmisi “The Queen Elizabeth 2” indi Port Rashid limanındadır və üzən bir oteldə qonaqları qəbul edir. Gəmidə Yeni il ərəfəsində unudulmaz tədbirlər gecəsi hazırlanmışdır. Saat 12-də hər bir restorana gələn qonaq Dubayın atəşfəşanlığını çölə çıxıb seyr edə biləcək.

On interaktiv mətbəx

The Westin Dubai Mina Seyahi Beach Resort&Marina oteli Dubayda ən yaxşı brança dəvət etməyə hazırlaşır. Meqapolisin üç ən yaxşı restoranında 10 açıq mətbəx. Bir çox qastronomik mükafat qazanan Bubbalicious restoranında Yeni il gecəsi həm yemək həm də əyləncə baxımından əla olacaq.

Hollywood-un qızıl dövrünün parıltısı

Waldorf Astoria Dubai Palm Jumeirah

Waldorf Astoria Dubai Palm Jumeirah

Əfsanəvi Waldorf Astoria Dubai Palm Jumeirah otelində “Hollywoodun qızıl erası” adlı tematik qala – nahara hazırlaşırlar. Yeməkdən sonra, əlbəttə ki, xüsusi “Merilin Monro”  çıxışı olacaq və siz yerli DJ-in ifa etdiyi canlı musiqi sədaları altında bütün gecə rəqs edəcəksiniz.

Ağ parti

Rixos Premium JBR otelində Yeni ildə hər yer ağa bürünəcək, çünki burada “Yeni ilin ağ parti”-si keçiriləcək. Modern interyer, Palm İsland və Burc Al Arab yelkənlərinin gözəl görünüşləri, həmçinin Dubayda ən böyük açıq bufet, dəniz məhsulları və Türk mətbəxi sizi gözləyir.

Çimərlikdə Yeni il

Ərəb körfəzinin təmiz suları və Dubayın günəşdə parlayan qumlu çimərlikləri – vəziyyəti dəyişmək və ənənəvi ağ Miladdan uzaqlaşmaq istəyənlər üçün əla seçimdir. Çimərlikdə yerləşən restoran, bar və klublar bayram mövsümü xaosundan uzaqlaşmaq istəyən hər kəsə sığınacaq təklif edir. Seçim sizindir: əgər siz Palm İsland və Dubayın dünyaca məhşur görməli yerlərinə baxaraq nahaq etmək istəyirsinizsə, onda sizi peru, italyan, ərəb, hətta efiopiya mətbəxi olan dənizkənarı restoran Club Vista Mare klubunda gözləyirlər; əgər siz gününüzü günəş şüaları altında, yaxınlıqda təbii şirələr olan barlar, dadlı burgerlər satılan kafelər, dəbli butiklər və su əyləncələri olan parkda ailənizlə keçirmək istəyirsinizsə, onda The Beach by JBR-ə gedin. Burada Bayram paradı keçiriləcək, siz dostlarınızla çimərlikdə voleybol oynaya bilərsiniz. Əgər siz toxunulmamış sahil boyu gəzib Palm Jumeirah adasına və məhşur Burc Al Arab yelkəninə baxmaq istəyirsinizsə, Black Palace Beach-i ziyarət edin.

Topic.az redaksiyası
Bu yazılar Topic.az saytının redaksiyası tərəfindən hazırlanmışdır. Yazılarda hər-hansı bir səhv, yalnış məlumat və ya digər problemlərə rast gəlsəniz [email protected] elektron ünvanımıza yazmağınızı xahiş edirik.

Yaxın mövzular

Turizm   ⁄   14.10.2019   ⁄   1636  baxış

Balaca və zəngin ölkə – Lüksemburq

Dünyanın ən kiçik ölkələrindən biri kimi Lüksemburq, həm də dünyanın ən zəngin ölkələrindən biridir. Lüksemburq, Belçika, Fransa və Almaniya ilə həmsərhəd olan Avropanın ən kiçik ölkələrindən biridir. Ümumi sahəsi 2582 kvadrat kilometr olan Lüksemburq əslində bir hersoqluğdur.

Oland adasından görüntü
Turizm   ⁄   11.10.2019   ⁄   1146  baxış

Dənizin ortasında qeyri-adi həyat-Oland!

Almaniyanın şimal sahilində hissələrə ayrılmış “Halling” adlanan kiçik ada yerləşir. Suyun səviyyəsinin artması nəticəsində su altında qalan bu adalar qurudan 20 dəqiqə uzaqlıqda yerləşir. Ölkənin ən balaca dəniz fanarının yerləşdiyi yaşayan 16 Oland sakininin həyatı sizi təəccübləndirəcək

Səyahət və sağlamlıq
Turizm   ⁄   28.05.2019   ⁄   2212  baxış

Səyahətin sağlamlıq üçün 5 vacib faydası

Səhayət eləmək müxtəlif mədəniyyətləri tanımaq üçün böyük əhəmiyyət kəsb edir. Getdiyimiz yerlərin fərqli xüsusiyyətlərini kəşf edərək təcrübə əldə edirik. Səyahət etdiyiniz yerləri yenidən kəşf etmək, fərqli özəllikləri tanımaq, oradakı insanlarla münasibətdə olub, müxtəlif hadisələrlə üzləşmək sağlamlığınız üçün çox gözəl təsir bəxş edir. Daimi olaraq etdiyiniz hər səyahət sağlamlığa da təsirt edir. Səyahət etməyin sağlamlığ üçün 5 vacib faydası bunlardır.

Çimərlik- istirahət
Turizm   ⁄   29.01.2019   ⁄   1406  baxış

Turizm agentliyini necə seçmək lazımdır

Zənn edək ki, siz gəzintiyə çıxmaq istəyirsiz, lakin tur seçimində kimə müraciət edəcəyinizi bilmirsiz. Şəhərinizin tur agentliklərində uyğun təkliflər çoxdur və seçim bir qədər çətin olur.

Manarola - Italiya
Turizm   ⁄   25.01.2019   ⁄   1485  baxış

Qayalıqların kənarında həyat

Dünyada qayalıqların tam kənarında yerləşən onlarla qəsəbə var. Bəzilərinin təhlükəli görsənməsinə baxmayaraq, möhtəşəm mənzərəsinə görə orada yaşamağa dəyər. Mükəmməl mənzərəli, qayalalıqların tam kənarında yerləşən möhtəşəm qəsəbələr.

Hotel Ascher Cliff - Isvecrə
Turizm   ⁄   14.01.2019   ⁄   2384  baxış

Yenidən qayıtmağ istəyəcəyiniz fantastik otellər

Otellər müasir həyatın çox əhəmiyyətli və olduqca məşhur bir hissəsinə çevrilib. Getdikcə daha çox insan dincəlməyə və səyahət etməyə can atır. Otel biznesinin sahibləri daha çox müştəri cəlb etmək üçün istənilən vasitələrə əl atırlar.

Turizm   ⁄   04.09.2020   ⁄   2512  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Dehidrasiya nədir
Turizm   ⁄   02.03.2020   ⁄   2842  baxış

Dehidrasiya nədir, bunun qarşısını necə almaq olar?

Temperatur və rütubət faizinin artdığı yay aylarında digər fəsillərə nisbətən maye ehtiyacı daha yüksəkdir. Bədən istiliyini hava istiliyinə nisbətən balansda saxlamaq üçün nəfəs alıb-vermə, tərləmə və idrar ilə istiliyini ifraz edər. İnsan bədəninin təxminən 65% -i sudan ibarətdir. Yetkin bir şəxs gündəlik orta hesabla 2,5 litr maye itirir. Maye itkisinə əlavə olaraq, bədənin elektrolit balansını tənzimləyən natrium, kalsium və kalium kimi minerallar xaric olur. Normal şəraitdə bədən, maye elektrolit balansını qorumaq üçün itirdiyi maye və elektrolitləri qida və su istehlakı ilə qarşılayar. Bədəndəki mayenin ümumi miqdarının azalması susuzluq hissi ilə özünü göstərir. Maye miqdarında azalmalar artdığda ciddi sağlamlıq problemləri yarana bilər.

Turizm   ⁄   20.12.2019   ⁄   1686  baxış

Niyə dünyanın ən xoşbəxt insanları Skandinaviya ölkələrində yaşayır?

Anket və araşdırmalara görə Skandinaviya ölkələrində yaşayan insanların xoşbəxtlik nisbəti olduqca yüksəkdir. Yəni əlverişsiz hava şərtləti xoşbəxtliklərinə təsir etmir. Bu xoşbəxtliyin mənbəyi yüksək firavanlıq və iqtisadi inkişafdan qaynaqlansa da, vəziyyətə təsir edən bir çox amil var.

Ən maraqlı otellər
Turizm   ⁄   13.12.2019   ⁄   2134  baxış

Dünyanın ən maraqlı otelləri

Yeni bir yer araşdırarkən, səyahətçinin qaldığı yer ziyarət etdiyi yerlər qədər vacibdir. Çox vaxt qiymət, məkan və gözəlliyə görə yaşayış yeri seçirik. Yaxşı, otel özü fərqli bir təcrübədirsə nə etməli?

Turizm   ⁄   06.12.2019   ⁄   9710  baxış

Dünyanın 10 ən soyuq yeri

Mülayim hava bir çox insanın xəyalı ikən həddindən artıq isti və soyuq dünyann bir reallığıdır. Xüsusilə şimal və cənub qütb bölgələrinə yaxınlaşdıqca, soyuq hava təsirini daha çox hiss elətdirərkən planetimizin ucqar bölgələri bu soyuqdan öz paylarını alırlar.

Turizm   ⁄   19.11.2019   ⁄   1906  baxış

Arktikada ən qalın buz sürətlə əriyir

Dünyanın getdikcə isinməyə davam etməsi, iqlim dəyişikliyini gətirir. Yeni bir araşdırmaya görə, Şimal Buzlu dənizdə yerləşən ən qalın buz kütləsi,Arktikadakı digər buzlardan iki qat sürətli əriyir.

Reklam

Son yazılar

Google Developers Group Games
Biznes və texnologiya   ⁄   24.05.2021   ⁄   1451  baxış

Google şirkətinin oyun sahəsindəki yeni brendi “Google Developers Group Games”-in dünyadakı 3-cü mərkəzi Bakıda açıldı.

Pandemiya dövrünün böyük təsiri ilə qlobal oyun sənayesində güclü sıçrayış oldu və oyun sektorunda fəaliyyət göstərən şirkətlərin illik gəlirləri film və musiqi sənayesini geridə qoydu. Dünyanın bir çox böyük şirkətləri: […]

Biznes və texnologiya   ⁄   05.04.2021   ⁄   1137  baxış

Şimali Koreyanın LG şirkəti smartfon istehsalını dayandırdı

Şimali Koreyanın LG şirkəti zərərlə işləyən mobil telefonlar istiqamətini tam ləğv edir. Buna səbəb kimi bazarda yüksək rəqabət şəraiti göstərilib.

Biznes və texnologiya   ⁄   25.01.2021   ⁄   1730  baxış

Global Game Jam Azerbaijan 2021

27 – 31 yanvar tarixlərinlərində eyni anda 200 – ə yaxın ölkədə təşkil edilən Global Game Jam Azərbaycanda da baş tutacaq. Jam pandemiya səbəbindən online keçiriləcək. Tədbirin əsas məqsədi Azərbaycandakı oyun qurucuları cəmiyyətini bir araya gətirmək, inkişaf etdirmək və dünyayla birləşdirməkdir. Azərbaycanda ilk dəfə Global Game Jam Azərbaycan Online keçirilir.

Həyat tərzi   ⁄   26.10.2020   ⁄   4069  baxış

Darçının insan orqanizmasına faydaları

Darçın çox dadlı ədviyyatdır. Darçın, elmi olaraq Cinnamomum olaraq bilinən ağacların daxili qabığından hazırlanmış bir ədviyyatdır. İki əsas darçın növü var: Seylon darçını: “Həqiqi” darçın kimi də tanınır, digəri Cassia darçındır. Bu gün daha çox yayılmış və insanların “darçın”  olaraq adlandırdığları növdür.

Darçın tozu
Həyat tərzi   ⁄   15.10.2020   ⁄   5386  baxış

Darçının faydaları nədir?

Çin təbabətində ənənəvi bir dərman olaraq istifadə edilən darçının həzm və mədə problemlərinə faydası olduğu bilinir. Bir çox xəstəlik üçün faydalı olan bu qida mütləq istehlak edilməlidir. Bəs Darçının faydaları nədir? 

idman-sağlamlıq
Həyat tərzi   ⁄   11.09.2020   ⁄   5163  baxış

Bədənin əzələ kütləsini artırmağın 5 təbii yolu

Əzələ kütlənizi təbii şəkildə artırmaq istəyirsinizsə, məşqlər arasında istirahət etməlisiniz. Bu istirahət dövrü idman qədər vacibdir. Əzələnin inkişafına bu müddət ərzində vaxt verəcəksən.

Turizm   ⁄   04.09.2020   ⁄   2512  baxış

Zürafə Boyunlu Qadınlar

“Zürafə boyunlu” olaraq bilinən dünyanın ən uzun boyunlu qadınları Kayanlar adlı bir xalqın üzvləridir.  Kayan xalqı Cənub-Şərqi Asiyada- Burma və Tayland kimi də bilinən Myanmada yaşayır. Kayan qəbiləsinin üzvləri Qırmızı Karen (Kayah) xalqının bir alt qoludur. Qırmızı Karen xalqının alt qrupu olaraq bilinən Padaunglar, zürafə boyunlu qadınlardan ibarətdir. Padaung sözü Şan dilində “uzun boyun” mənasını verdiyi üçün bu qrup insanlara bu ad verilmişdir.

Biznes və texnologiya   ⁄   04.09.2020   ⁄   2460  baxış

Alimlərə görə yuxu real həyatın davamıdır

Elm adamları 24 min yuxu üzərində tədqiqat apararkən  təəccüblü nəticələr əldə etdilər. Araşdırmalara görə röyalar real həyatımızın davamı ola bilər.

Dis mecunu - flor
Həyat tərzi   ⁄   04.09.2020   ⁄   2781  baxış

Diş məcunundakı flor zərərlidir yoxsa faydalıdır?

Flor diş çürüklərinin qarşısını almaqda böyük əhəmiyyətə sahibdir. Diş pastasının işini müzakirə etmədən əvvəl diş çürüməsinin necə baş verdiyini izah edək.

Balıq yağının faydaları
Həyat tərzi   ⁄   10.07.2020   ⁄   3395  baxış

Balıq yağının faydaları

Balıq yağının faydaları nələrdir? Balıq yağı ən çox hansı balıqda olur? Balıq yağı əlavələrinin tərkib hissəsi nələrdir?