Dünyanın ən varlı adamı – Cef Bezos – boşanır
Dünyanın ən varlı adamı – 140 milyard sərvəti olan Amazon şirkətinin başçısı Jef Bezos 25 il birgə ailə həyatı sürdüyü xanımıyla boşanır.

Jef ve Makkenzi Bezos
Bu barədə Jef və Makkenzi Bezos özləri Twitter şəbəkəsinin Amazon.com səhifəsində bəyanat ediblər:
Biz dost kimi ayrılmaq qərarına gəldik. Biz çox gözəl ailə həyatı yaşamışıq, irəlidə isə bizi valideyin, dost və partnyor kimi gözəl gələcək gözləyir. Buna hər cür ad qoymaq olar – amma biz ailə və əsl dost olaraq qalacağıq.
1980-ci illərdə hər ikisi Prinston Universitetində oxusalar da, cütlük yalnız 1992-ci ildə işlədikləri D.E.Shaw investisiya fondunda işləyən zaman tanış olublar. 1993-cü ildə onlar evləndirlər və növbəti il Sietl şəhərinə köçdülər. Orana Jef onlayn-ticarətlə məşğul olacaq Amazon.com şirkətini yaratdı.
Cütlüyün 4 uşağı var – üç doğma oğlu və bir himayəyə götürdükləri qızları.
Biz həyatın bizi qovuşdurduğu üçün çox xoşbəxdik və birgə yaşadığımız hər bir il üçün minnətdarıq. 25 ildən sonra ayrılacağımızı öncədən bilsəydik də, heç nə dəyişməyəcəkdi.
Forbs jurnalının reytinqinə görə Jef Bezos 139.6 milyard dollar sərvəti ilə dünyanın ən varlı adamıdır. Boşanmadan sonra bu sərvətin necə bölüşdürüləcəyi barədə hələ ki heç bir məlumat yoxdur.
Makkenzi Bezos məktəblərlə bağlı Bystander Revolution fonduna başçılıq edir. O, həm də yazıçı kimi 2006-cı ildə “Lyuter Olbraytın sınağı” əsərinə görə Amerika ədəbiyyat mükafatına layiq görülüb. Özü barədə danışarkən Makkenzi deyirdi:
Mən hansı işlə desəz məşğul olmuşam: ofisiant, qabyuyan, anbar işçisi, kitabxanaçı, klerk, mühasib, dayyə, paltar mağazasında satıcı. Amma yeganə məşğul olmaq istədiyim peşə yazıçılıq olub.